Month: March 2024

  • 1960-cı illərdə baramaçılığın inkişafı – NADİR GÖRÜNTÜLƏR – VİDEO

    AzTV-nin “Qızıl Fond”u 1960-cı illərdə baramaçılığın inkişafına dair görüntüləri yayımlayıb.

    Həmin kadrlarda baramaçılığın fəaliyyət istiqamətləri əksini tapıb.

    Süjeti təqdim edirik:

  • Fransada iftar vaxtı oyunlarda qısa fasilə verilməsi yenə qadağan edilib

    Fransa Futbol Federasiyası Ramazan ayında futbolçulara oruclarını açması üçün matçlarda fasilə yaranmasına yenə icazə verməyəcək.

    Sözügedən qərar oyun tempinin pozulması ilə izah olunub.

    Beləliklə, iftar vaxtı oyunlarda qısa fasilə verilməsi qadağan edilib.

    Qeyd edək ki, Fransa futbolunda ötən mövsüm üçün də eyni qərar verilmişdi.

  • Oftalmoloq dünyada 70 milyondan çox insanın əziyyət çəkdiyi qlaukomanın səbəblərini açıqlayıb

    Dünyada 70 milyondan çox insan qlaukoma xəstəliyindən əziyyət çəkir.

    Bunu Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Cəmil Həsənov Səhiyyə Nazirliyinin instaqram hesabındakı canlı yayımda deyib.

    O bildirib ki, xəstəliyin əsas səbəbi göz təzyiqinin normadan yuxarı olmasıdır: “Adətən qlaukomanın simptomları olmur, 3-cü və 4-cü dərəcədə göz və ətrafında ağrılar, qızartılar əmələ gəlir. Ona qədər xəstə bu xəstəliyi hiss edə bilmir. İnsanda göz zəifliyi nə qədər çox olarsa, bu təzyiq də arta bilər. Bəzən insan gözündən zədə alır, illər sonra qlaukoma meydana çıxa bilir”.

    Oftalmoloq vurğulayıb ki, xəstənin göz təzyiqi 20-dən yuxarıdırsa, mütləq həkimə müraciət etməli və müvafiq müayinədən keçməlidir: “Bütün yaşlarda qlaukomaya rast gəlinə bilər. Hətta irsi amillər də buna təsir edir. Adətən 50-55 yaşlı insanlarda bu təzyiq yüksələ bilər. Statistikaya görə, 50 yaşda olan 200 nəfərdən 1-də, 50-dən yuxarı şəxslərdə isə hər 10-nəfərdən 1-də bu xəstəlik aşkarlanır. Bunlar ciddi rəqəmlərdir”.

    C.Həsənov qeyd edib ki, kompüter və telefondan istifadə zamanı göz təzyiqi artır. Lakin bu səbəbdən qlaukomanın yaranması hələ təsdiq olunmayıb.
    //report

  • На проспекте 8 Ноября в Баку начнутся ремонтные работы

    С 15 марта начнутся работы по капитальному ремонту автодороги на проспекте 8 Ноября в Баку.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    Ремонтные работы начнутся на участке проспекта от улицы Юсифа Сафарова в направлении Зыхского шоссе.

    В Госагентстве призвали граждан проявлять осторожность при проезде по проспекту и строго соблюдать требования временных дорожных знаков.

  • Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılacaq

    Martın 15-dən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə agentlik bəyan edib.

  • В Финляндии с 16 марта начнут задерживать машины с российскими номерами

    Владельцы автомобилей с российскими номерами обязаны до 16 марта вывезти из страны свои машины.

    Как передает Median.Az со ссылкой на местные СМИ, об этом говорится в заявлении директора департамента таможенного контроля Финляндии Сами Ракшита.

    Если необходимые документы отсутствуют, то автомобиль могут изъять, а также наложить налоговую пошлину или вывезти за пределы Евросоюза.

    Исключение составляют машины, принадлежащие студентам или лицам, работающим в Финляндии по действующему трудовому договору, а также те авто, которые находятся в стране на основании санкционного постановления.

  • Finlandiyada Rusiya dövlət nömrə nişanlı avtomobillər saxlanılacaq

    Rusiya dövlət nömrə nişanlı avtomobil sahibləri martın 16-dək avtomobillərini Finlandiyadan çıxarmalıdırlar.

    Bu barədə Finlandiya gömrük nəzarəti departamentinin direktoru Sami Rakşit bildirib.

    O qeyd edib ki, lazımi sənədlər yoxdursa, avtomobilə müsadirə edilə, vergi rüsumu tətbiq oluna və ya Avropa İttifaqından kənar ölkələrə göndərilə bilər.

    İstisnalar isə tələbələrə, Finlandiyada qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərədir.

  • Putin: Rusiya qoşunları Finlandiya ilə sərhəddə yerləşdiriləcək

    Rusiya qoşunları Finlandiya ilə sərhəddə yerləşdiriləcək.

    Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

    O, Finlandiyanın NATO-ya daxil olmasını mənasız hesab etdiyini bildirib.
    V.Putin Alyansın Helsinkiyə niyə lazım olduğunu başa düşmədiyini qeyd edib.

    “Əvvəllər bizim münasibətlərimiz çox yaxşı olub. Amma indi vəziyyət dəyişəcək”, – Rusiya lideri söyləyib.

    Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub.

  • В Баку автомобиль сбил 22-летнего пешехода

    В Сабунчинском районе Баку произошло дорожно-транспортное происшествие, в котором пострадал пешеход.

    Автомобиль сбил Орхана Анар оглу Баширова (2002 г.р.), когда тот переходил дорогу.

    Пострадавший был госпитализирован.

    По факту ведется расследование.

  • Bakıda 22 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

    Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Yolu keçən 2002-ci il təvəllüdlü Bəşirov Orxan Anar oğlunu avtomobil vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.