Month: March 2024

  • США направили четыре корабля для помощи в создании временного порта в секторе Газа

    Власти США направили четыре корабля в Средиземное море с целью оказания поддержки при создании временного порта в секторе Газа для поставок гуманитарной помощи палестинцам, ожидается, что этот объект начнет в полной мере эксплуатироваться в течение 60 дней.

    Об этом заявил на регулярном брифинге для журналистов пресс-секретарь американского военного ведомства Патрик Райдер.

    “Сегодня Министерство обороны США направило четыре корабля Армии США с объединенной базы Лэнгли-Юстас в восточную часть Средиземного моря для поддержки операций по оказанию гуманитарной помощи в секторе Газа и миссии по строительству временного порта”, – сказал он. По словам Райдера, на борту кораблей находится “оборудование и материальные средства для поддержки этой миссии”. Как уточнил представитель Пентагона, США ожидают, что “порт будет в полной мере готов к эксплуатации примерно в течение 60 дней”.

    Американский президент Джо Байден 7 марта заявил, что США создадут временный порт на территории сектора Газа для поставок гуманитарной помощи в палестинский анклав. Американская администрация пояснила, что они будут осуществляться по морю через Кипр.

  • ABŞ Qəzzada müvəqqəti limanın yaradılmasına kömək üçün gəmilər göndərib

    ABŞ Qəzza zolağında fələstinlilərə humanitar yardım çatdırmaq üçün müvəqqəti limanın yaradılmasını dəstəkləmək məqsədilə Aralıq dənizinə 4 gəmi göndərib.

    Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

    “Bu gün ABŞ-nin Müdafiə Nazirliyi Qəzza zolağında humanitar yardım əməliyyatlarını və müvəqqəti liman qurma missiyasını dəstəkləmək üçün Lenqli-Yustas birləşmiş bazasından Aralıq dənizinin şərqinə Birləşmiş Ştatlar ordusunun dörd gəmisini göndərib”, – o deyib. Rayderin sözlərinə görə, gəmilərdə “bu missiyanı dəstəkləmək üçün avadanlıq və material var”. Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ limanın təxminən 60 gün ərzində tam istismara hazır olacağını gözləyir.

    ABŞ Prezidenti Cozef Bayden martın 7-də bildirib ki, Birləşmiş Ştatlar Fələstin anklavına humanitar yardım çatdırmaq üçün Qəzza zolağında müvəqqəti liman yaradacaq. Amerika Administrasiyasından qeyd olunub ki, onlar Kipr üzərindən dəniz yolu ilə həyata keçiriləcək.
    //report

  • Hansı qadınların pensiyaya daha tez çıxa biləcəkləri məlum oldu

    Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlara pensiyaya tez çıxmaq üçün güzəşt ediləcək.

    “Report”un xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

    Layihə barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib.

    O qeyd edib ki, təcrübədə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin uşaqlarını 8 yaşınadək böyütməsi faktını təsdiq edən elektron məlumat bazasının olmaması bu xidmətin avtomatlaşdırılmasına mane olur.

    Şöbə müdiri bildirib ki, əvvəlki təcrübədə qeyd olunan fakt yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış əsasında təsdiq edilir. Həmin qurumların isə qeyd olunan məsələ ilə bağlı elektron resursunun mövcud olmaması 8-ci maddə üzrə hüququ yaranan şəxslərə avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan vermir. Dəyişikliyə əsasən, bu tələb aradan qaldırılacaq, pensiya hüququ yaranmış həmin şəxslər heç bir müraciət etmədən onlara pensiya təyin ediləcək.

    Bundan əlavə, layihədə öz əksini tapan ikinci təklif – sui-istifadə imkanının aradan qaldırılmasını nəzərdə tutur. Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.

    Onun sözlərinə görə, təklif olunan dəyişiklik qəbul edilərsə yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısı alınacaq. Belə ki, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin də erkən pensiya hüququ yaranacaq. Bu isə həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.

  • Названо число палестинцев, погибших в Газе с начала войны

    31 272 человека погибли в секторе Газа с начала резкого обострения палестино-израильского конфликта. Еще 73 024 палестинца получили ранения.

    Такие данные привело Министерство здравоохранения палестинского анклава.

    Только за минувшие 24 часа, как отметило ведомство, были убиты 88 человек, 135 пострадали.

    Источник: ТАСС

  • Qəzzada ölənlərin sayı 31 mini keçib

    Qəzzada ölənlərin sayı 31,3 min nəfərə yaxınlaşıb.

    Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi xəbər verib.

    Bildirilir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri Qəzza zolağında azı 31 272 nəfər ölüb, 73 024 nəfər isə yaralanıb.

    Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

    Mənbə: TASS

  • Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilən Məsim Məmmədov kimdir? – DOSYE

    Bu gün Məsim Əhməd oğlu Məmmədov Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

    Məsim Məmmədov Bakının Novxanı qəsəbəsində dünyaya gəlib.

    1990-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (Neft və Kimya institutu) bitirib.

    Həmin dövrdə Məsim Məmmədov həmçinin keçmiş Neft və Kimya İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləyib.

    1990-1992-ci illərdə Məsim Məmmədov keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ali Məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1992-ci ildə o, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb.

    Daha sonra M.Məmmədov 1999-cu ildə NATO sülhməramlı qüvvələrinin çətiri altında Azərbaycan sülhməramlı heyətinin tərkibində Kosovoda xidmət göstərib. Sonrakı illərdə isə Məsim Məmmədov Azərbaycanın beynəlxalq təşkilatlardakı missiyasında çalışıb.

    Son dövrlərdə isə o, iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib. Məsim Məmmədovun adı bu yaxınlarda Qarabağın ermənilər yaşayan ərazilərində təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi çəkilib. Rus, fransız və ingilis dillərini bilir.

    M.Məmmədov həmçinin iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.

  • Azərbaycanda diş həkimi azyaşlını döyüb? – VİDEO

    Ağstafada həkimlə azyaşlının doğmaları arasında mübahisə düşüb.

    Ağstafanın Poylu kəndindən olan Qurbanovlar ailəsi 6 yaşlı Yusifi Qazax Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

    Ailə üzvləri iddia edirlər ki, stomatoloq Rövşən Məmmədov uşağı döyüb.

    Həkim isə Baku TV-yə açıqlamasında deyib ki, keyidici iynə vuran zaman uşaq onu özünə yaxın qoymayıb:

    “İynənin ucu uşağın dodağına dəydi, azca qan çıxdı. Pambıqla quruladıq, anasına dedim ki, narahat olmayın. Damağı keyidikdən sonra yenidən yanıma gələndə uşaq ağzını açmaq istəmədi. Nə əlini, nə ayağını tuta bildik. Barmağımı dişlədi, çənəsini açmadı. Mən də ağzına vurmalı oldum”.

    Qeyd edək ki, Qurbanovlar ailəsi 63 yaşlı stomatoloqdan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib.

  • Azərbaycanın ən çox su çatışmazlığı olan rayonlar açıqlandı

    “Azərbaycanda ən ağır su çatışmazlığı olan rayonlar Şamaxı və Qobustandır”.

    “Report” xəbər verir ki, bunu “Hidroloq” MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında (“Baku Water Week Conference”) deyib.

    “Bu ərazilər Bakıya çox yaxındır və turizm, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün əlverişlidir. Lakin su çatışmazlığı səbəbindən, xüsusilə yay aylarında çox ciddi problemlər meydana gəlir. Şamaxı və Qobustan şəhər olaraq su ilə təmin olunublar, amma 38 kənd bu zonada ciddi su problemi ilə qarşılaşırlar”, – deyə o bildirib.

    Baş mütəxəssis qeyd edib ki, bu vəziyyətlə əlaqədar təklif Ağsu çayının bir qolu üzərində Basqal kəndinin altında su anbarının yerləşdirilməsidir:

    “Girdimançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bu anbara yönəldilə bilər. Aparılan araşdırmalara görə ildə təxminən 50 milyon kubmetr suyu bu zonalara vermək olar”.

  • Президент Ильхам Алиев подписал распоряжение в связи с Вахидом Гаджиевым

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении специального представителя Президента Азербайджанской Республики в Джебраильском, Губадлинском и Зангиланском районах.

    Как сообщает President.az, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. Назначить Вахида Расим оглу Гаджиева специальным представителем Президента Азербайджанской Республики в Джебраильском, Губадлинском и Зангиланском районах.

    2. Отменить распоряжение Президента Азербайджанской Республики “О назначении специального представителя Президента Азербайджанской Республики в Джебраильском, Губадлинском и Зангиланском районах, входящих в Восточно-Зангезурский экономический район” №3699 от 30 декабря 2022 года (Собрание законодательства Азербайджанской Республики, 2022 год, №12, статья 1527 (Том I).

    3. Настоящее распоряжение вступает в силу со дня подписания”.

  • İlham Əliyevdən Vahid Hacıyevlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, bu vəzifəyə Vahid Rasim oğlu Hacıyev təyin olunub.