
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar.
Bununla bağlı President.az məlumat yayıb.

Çimmək təmizlik və şəxsi qulluğun bir hissəsi hesab olunur.
Buna görə də oruc tutan müsəlmanlar da çimə və şəxsi gigiyenalarını qoruya bilərlər.
Bununla belə, bəzi cəmiyyətlərdə çimmək üçün müəyyən qaydalar və ya etiketlər ola bilər. Ona görə də bu zaman sosial normalara, mədəni adətlərə diqqət yetirilməlidir.
İslam qaydalarına görə şəxsi gigiyenanı təmin etmək üçün görülən işlər, məsələn, çimmək orucu batil etmir.
Ancaq xüsusi diqqəət etməli məqamlardan biri, çimərkən suyun ağız və ya buruna daxil olmamasıdır.
//azxeber
Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.
Median.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində bir sıra məqamlar ortaya çıxıb.
İstintaq materiallarında deyilir ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə “Space TV”də yayımlanan “Gəl Danış” verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Ruhəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.
Hadisədən sonra Rühəngiz cinayəti qardaşının üstünə atmaq istəyib. O, polisə zəng edərək qardaşı Rəşadın atasını öldürdüyünü deyib. Aparılan istintaqla qısa müddətdə hadisənin R.Əliyeva tərəfindən törədilməsi sübut edilib.
Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, R.Əliyevanın psixoloji problemi var, psixatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu formasında kəmağıllıq”dan əziyyət çəkir.
Qeyd olunanlara əsasən Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.
Hökmə əsasən, R.Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Mart ağacların budaması üçün ən münasib aylardan biridir.
Temperaturun artması ilə ağaclar yaşıllaşır və bu dövrdə budama ilə ağacların daha sağlam böyüməsini təmin edə bilərsiniz.
Ağacın budaması növündən və böyümə vərdişlərindən asılı olaraq dəyişir.
Bununla belə, çiçək açan ağaclar üçün çiçəkləmə dövründən sonra budama tövsiyə olunur.
Qışda budamadan qaçmaq lazımdır. Çünki bu, ağaclar üçün hərəkətsiz dövrdür, ağacı soyuq hava şəraitinə daha həssas edə bilər. Xüsusilə, onların xəstəliklərə və zərərvericilərə qarşı müqaviməti azala bilər.
Mart ayında budanması lazım olan ağaclar ümumiyyətlə meyvə ağacları və bəzi bəzək ağaclarıdır. Xüsusilə şaftalı, gavalı, ərik və albalı kimi yay meyvələri verən ağaclarda budama mart ayında aparıla bilər.
Kəskin və təmiz budaqlar və ya budama mişarı kimi uyğun alətlərdən istifadə edin. Kəskin alətlər təmiz kəsiklər etməyə və ağacın zədələnməsini minimuma endirməyə imkan verir.
Budamadan əvvəl ağacınızı yoxlayın və kəsmək istədiyiniz budaqları müəyyənləşdirin. Ölü, xəstə və ya nazikləşmiş budaqları kəsmək adətən yaxşı bir fikirdir.
Budaqları kəsərkən, onları əsas gövdəyə yaxın və budaqlanan budaqdan kənarda kəsin. Bu, “budaq budama yarası” adlanır və ağacın tez sağalmasına imkan verir və infeksiya riskini azaldır.
Ağacın təbii formasını qoruyaraq budayın. Ağacın formasını və quruluşunu kəskin şəkildə dəyişdirəcək böyük kəsiklərdən çəkinin.
Bəzi ağaclar sürətlə böyüyür, bəziləri isə daha yavaş böyüyür. Sahib olduğunuz ağacın növündən asılı olaraq, onun necə budanması lazım olduğuna dair bəzi araşdırmalar aparın.
//lent.az
2015-2020-ci illərdə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.
Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, “Formula-1” yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.
Həmçinin o özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti “Formula-1” yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.
Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin bir milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.
Təqsirləndirilən şəxs həbsdə deyil. Onun barəsində istintaq dövrü müddətində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

“Bakı ilə razılaşma var ki, bütün itkin hərbi qulluqçular tərəflərə təhvil verilsin”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisinin qaytarılması ilə bağlı bildirib.
“Son müzakirələr zamanı belə hallar baş verərsə, hərbçilərin qarşı tərəfə qaytarılması barədə razılıq əldə edilib. Pənahovla bağlı məsələ bu mənada birinci oldu”, – Paşinyan qeyd edib.
Mənbə: Sputnik Ermənistan
Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.
Paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AZXEBR.COM-un sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.

Ali Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.
“Report” xəbər verir ki, prosesə hakim Şahin Yusifovun sədrliyi ilə V.Hacıyevin cinayət işi üzrə əmlaklarının müsadirə olunması qərarından ailə üzvlərinin verdiyi kassasiya şikayəti əsasında baxılmalı idi.
Xatırladaq ki, sabiq icra başçısı 2022-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin onun cinayət işi üzrə əmlakları da müsadirə olunmuşdu.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirib. Daha sonra o, həbs edilib.
V.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

В январе-феврале 2024 года индекс потребительских цен в Азербайджане составил 101,3% по сравнению с аналогичным периодом прошлого года.
Об этом сообщили в Государственном комитете по статистике Азербайджана.
Согласно данным, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 100,2%, на непродовольственные товары – 101,6%, на платные услуги населению – 102,7%.
В феврале индекс потребительских цен составил 100,6% по сравнению с январем и 100,8% по сравнению с аналогичным периодом прошлого года.
В частности, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия в прошлом месяце составил 100,7% по сравнению с январем и 99,7% по сравнению с аналогичным периодом предыдущего года.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,8%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7%, qeyri-qida məhsulları üzrə 101,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,6%, ötən ilin eyni dövrünə nisbətən isə 101,3% olub.
O cümlədən, fevralda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,7%, əvvəlki ilin eyni dövrünə nisbətən isə 100,2% təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, azalma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1%, ötən ilin eyni dövrünə nisbətən isə 101,6% təşkil edib. Qeyri-qida məhsullarından artım əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 101%, ötən ilin eyni dövrünə nisbətən isə 102,7% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.