Month: March 2024

  • Ağdamda bağça müdiri oğurluğa görə saxlanıldı

    Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb. Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

  • Qətər Qəzzada atəşkəsə dair danışıqlar aparır

    Qəzza zolağında aparılan atəşkəs üzrə danışıqlar Ramazan ayının başlaması ilə intensivləşib.

    Bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib.

    “Danışıqlar cəhdləri davam edir və indi Ramazan ayında daha da güclənib”, – Qətər naziri deyib.

    O, həmçinin Qəzza zolağına humanitar yardım üçün quru dəhlizlərinin heç bir məhdudiyyət olmadan açılmasının vacibliyini qeyd edib.

    “Dəniz dəhlizi quru dəhlizlərini əvəz edə bilməz”, – Qətər xarici işlər naziri humanitar yardım daşıyan ilk gəminin çərşənbə axşamı səhər Kipr limanından Qəzza zolağına yola düşməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.

    Mənbə: interfax

  • СГБ Азербайджана: В соцсетях тиражируется дезинформация

    В иностранном сегменте соцсетей с целью вызвать у людей тревогу и искусственный ажиотаж была распространена информация в связи с запланированным вооруженным нападением на некоторые школы в городе Баку, и это вызвало обеспокоенность у наших граждан.

    Об этом говорится в информации Службы государственной безопасности (СГБ) Азербайджана.

    Отмечается, что такого рода далекие от реальности публикации в связи с учебными заведениями в некоторых зарубежных странах и ранее распространялись в соцсетях с фейковых аккаунтов.

    “В ходе оперативно-технических мероприятий было подтверждено, что указанная страница социальной сети управляется из-за рубежа. Незамедлительными совместными мероприятиями, осуществленными с иностранными партнерами, было установлено, что лица, создавшие этот канал в социальной сети, не в состоянии представлять какую-либо угрозу на территории страны, и что они не имеют никакого отношения к Азербайджанской Республике.

    Также установлено, что фотография полной средней школы №229 Низаминского района города Баку, размещенная в Telegram-канале, была сделана 12 марта 2024 года несовершеннолетним учеником этой школы и размещена им на канале, созданном с таким же названием и содержанием. Данное лицо было привлечено к расследованию в соответствии с законом.

    Сообщаем, что в то время, когда в мире действуют многочисленные социальные сети и известно, что их технические возможности могут быть использованы для разного рода дезинформационных целей, призываем общественность страны не верить подобной информации, распространяемой с целью вызвать тревогу среди населения, и осудить тех, кто распространяет эту необоснованную информацию среди широкой аудитории и сеет панику. Подобная информация постоянно детально проверяется совместно с соответствующими органами”, – говорится в сообщении СГБ.

  • DTX: “Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib”

    “Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur”.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.

    Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

    Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanunamüvafiq qaydada istintaqa cəlb edilmişdir.

    Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.

  • Prezident: “Yaradıcılıq Mərkəzi həm də iki ölkə arasında dostluq və qardaşlıq mərkəzi olacaq”

    “Bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşü zamanı deyib.

    Hər bir belə layihənin Azərbaycan xalqının qəlbini riqqətə gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə – öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı”.

  • Yunanıstan prezidenti İlham Əliyevi təbrik etdi

    Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

    Sizi əmin edirəm ki, Yunanıstan xalqlarımızın mənafeyi, eləcə də daha geniş regionda sabitlik naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək istəyir.

    Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz”.

  • Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər həbs edildilər

    Sabirabad rayonunda ictimai yerdə qadına qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş 2 gənc həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə matın 9-na keçən gecə Sabirabad şəhəri Heydər Əliyev prospektində baş verib.

    Polisə 1992-ci il təvəllüdlü E.S. və tanışı, Quba sakini 1998-ci il təvəllüdlü T.M.-in küçədə süpürgəçi qadına əxlaqsız təkliflər etməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları həmin şəxsləri saxlayaraq şöbəyə aparıblar. Məlum olub ki, gənclər gecə saatlarında sərxoş halda küçəni süpürən qadına nalayiq təkliflər ediblər və onun özləri ilə birgə getməsini istəyiblər.

    Onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Hər iki şəxs sərxoş halda olmalarını bildiriblər və törətdikləri əmələ görə üzrxahlıq ediblər.

    Saxlanılan şəxslər Sabirabad Rayon Məhkəməsinə göndərilib və onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumatı təsdiq ediblər.

  • В Азербайджане могут ввести административное наказание за передачу СМИ фото потерпевших без их согласия

    В Азербайджане предлагают ввести административное наказание за передачу в медиа фотографий потерпевших и обвиняемых по делу об административном правонарушении без их согласия.

    Как сообщает Report, соответствующие изменения могут быть внесены в Кодекс об административных проступках.

    То же самое касается видеокадров или аудиозаписей, где фигурируют потерпевшие и обвиняемые.

    В случае внесения изменений в кодекс, данные действия повлекут за собой административную ответственность по статье 376 Кодекса об административных проступках.

  • Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar

    Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar.

    “Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

    Qeyd olunub ki, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.

  • Uzun müddət davam edən COVID-19-un yeni mümkün səbəbi aşkarlanıb

    Kembric Universitetinin alimləri müəyyən ediblər ki, qanda dəmir çatışmazlığı və orqanizmin bu maddənin səviyyəsini tənzimləmək qabiliyyətinin pozulması uzun müddət davam edən COVID-19-un səbəbi ola bilər.

    Postkovid sindromu və ya uzunmüddətli COVID-19 koronavirus infeksiyasından sonra baş verən və 12 həftədən çox davam edən xoşagəlməz patoloji simptomlardır. Bunlara yorğunluq, apatiya, diqqəti cəmləyə bilməmək və beyin dumanı hissi daxildir.

    COVID-19 pandemiyasının başlamasından qısa müddət sonra Kembric Universitetinin alimləri virus testinin cavabları müsbət çıxan insanları tədqiqat üçün işə cəlb ediblər. İştirakçılardan infeksiyadan sonra qanlarında dəyişiklikləri izləmək üçün bir il müddətində alimlərə qan nümunələri vermələri tələb olunub. Araşdırmada ümumilikdə 214 nəfərin iştirak etdiyi qeyd olunub. Onların təqribən 45%-i sağaldıqdan sonra 3-10 ay arasında uzunmüddətli COVID-19 simptomlarından gileylənib.

    Postkovid sindromu olan iştirakçıların biomaterialının təhlili göstərib ki, qanda dəmirin aşağı səviyyəsi könüllülərdə anemiyanın inkişafına kömək edib və sağlam qırmızı qan hüceyrələrinin istehsalını pozub. Bundan əlavə, ağır COVID-19 zamanı və ondan sonra dəmir disregulyasiyası daha əhəmiyyətli olub.

    Alimlər izah ediblər ki, bədəndə infeksiya baş verdikdə, dəmiri qan dövranından çıxarır. Bu, qan dövranında dəmiri ələ keçirən və sürətlə çoxalan potensial ölümcül bakteriyalara qarşı qoruyucu mexanizmdir. Bu proses uzun müddət davam etdikdə, artan dəmir çatışmazlığı oksigenin bədəndə daha az səmərəli şəkildə daşınmasına səbəb olur. Bu, daimi fiziki zəiflik, dumanlanmış şüur və apatiya hissi ilə əlaqələndirilir.

    Mənbə: Gazeta.ru