Month: March 2024

  • Beynəlxalq yarışlarda uğur qazanan stolüstü tennisçilər mükafatlandırılıblar

    Azərbaycan Stolüstü Tennis Federasiyasında (ASTF) beynəlxalq yarışlarda uğur qazanan idmançılar mükafatlandırılıblar.

    ASTF-nin vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və məşqçilər heyətinin qatıldığı tədbirdə əvvəlcə qızlardan ibarət millinin üzvlərinə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim olunub.

    Ardınca son beynəlxalq yarışlarda etimadı doğruldan idmançılar və yığmanın məşqçiləri mükafatlandırılıblar. Onlara qarşıdakı yarışlarda da uğurlar arzulanıb, lazımi tövsiyyələr verilib.

    Xatırladaq ki, milli üzvləri fevral ayında qatıldıqları tunirlərdə 3 medal qazanıblar. Onur Quluzadə Əlcəzairdə keçirilən dunya seriyalı “WTT Youth Contender” yarışında qızıl, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Avropa Gənclər Seriyası” turnirində bürünc medala yiyələnib. Yagmur Məmmədli isə Əlcəzairdəki yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.
    //Report

  • США внесут в СБ ООН резолюцию против ядерного оружия в космосе

    США внесут в СБ ООН резолюцию против размещения ядерного оружия в космосе.

    Об этом сообщает Median.Az со ссылкой на Bloomberg.

    Отмечается, что резолюция, проект которой находится на начальной стадии разработки, может предполагать подтверждение обязательств стран по договору о космосе 1967 года. Договор запрещает использование небесных тел и космоса для испытания любого рода оружия, проведения военных маневров или создания военных баз, сооружений и укреплений, но оставляет за рамками использование обычных вооружений в космосе. Также он предполагает запрет на размещение ядерного оружия или любого другого оружия массового уничтожения на орбите Земли, на Луне или любом другом небесном теле, или на станции в космическом пространстве.

    К договору уже присоединились 110 государств, но 23 из них еще не завершили его ратификацию.

  • ABŞ BMT TŞ-ə kosmosda nüvə silahına qarşı qətnamə təqdim edəcək

    ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək.

    Median.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

    Qeyd edilir ki, layihəsi ilkin işlənmə mərhələsində olan qətnamədə ölkələrin 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinin təsdiqi nəzərdə tutula bilər. Müqavilə göy cisimlərindən və kosmosdan istənilən növ silahların sınaqdan keçirilməsi, hərbi manevrlər aparılması və ya hərbi bazaların, qurğuların, istehkamların yaradılması üçün istifadəni qadağan edir, lakin kosmosda adi silahların istifadəsini istisna edir.

    Bu, həmçinin Yerin orbitində, Ayda və ya hər hansı digər göy cismində və ya kosmosdakı stansiyada nüvə silahlarının və ya hər hansı digər kütləvi qırğın silahlarının yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tutur.

    Artıq 110 dövlət müqaviləyə qoşulub, lakin onlardan 23-ü hələ də onun ratifikasiyasını başa çatdırmayıb.

  • В Нигерии похитили более 200 школьников

    Более 200 школьников похищены боевиками на северо-западе Нигерии.

    Об этом сообщила газета Daily post.

    “В поселке Курига штата Кадуна похищены 232 школьника, – цитирует она бывшего сенатора от штата Шеху Сани. – Это та же самая школа, где около месяца назад был убит директор и похищена его жена”.

    Нападение на школу было совершено утром, когда проводилось общее собрание, отмечает издание. Полиция пока не называет точное число похищенных. В различных нигерийских изданиях называют числа от 100 и больше. Возраст похищенных не упоминается.

    Инцидент со школой произошел спустя два дня после поступления информации о похищении боевиками 117 женщин на востоке Нигерии.

    Наиболее крупное похищение в современной Нигерии произошло в 2014 году, когда боевики захватили и увезли с собой более 270 школьниц, которые проживали в общежитии города Чибок.
    //Report

  • Nigeriyada 200-dən çox şagird qaçırılıb

    Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox şagird qaçırılıb.

    Bu barədə “Daily Post” qəzeti yazıb.

    “Kaduna əyalətinin Kuriqa kəndində 232 məktəbli qaçırılıb. Bu, direktorun təxminən bir ay əvvəl öldürüldüyü və həyat yoldaşının qaçırıldığı həmin məktəbdir”, – ştatın senatoru Şehu Sani deyib.

    Nəşr qeyd edib ki, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. Müxtəlif Nigeriya nəşrləri 100 və ya daha çox rəqəmə istinad edir. Qaçırılanların yaşı qeyd olunmayıb.

    Məktəblə insident Nigeriyanın şərqində silahlılar tərəfindən 117 qadının qaçırılması barədə məlumat daxil olduqdan iki gün sonra baş verib.

    Müasir Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə qeydə alınıb. Yaraqlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qızı oğurlayıblar.
    //Report

  • Müdafiə naziri SELÇUK BAYRAKTAR ilə görüşüb

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

    Sonda tərəflər arasında birgə təkmilləşdirmə, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.

  • Bakı-Sumqayıt yolunda avtomobil aşıb

    Bakı-Sumqayıt yolunda avtomobil aşıb.

    Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib.

    Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alanlar var.

    Əraziyə DYP əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq yaranıb.

  • Röya ilə Flora Kərimova illər sonra barışdılar – FOTO

    Xalq artisti Röya Ayxan küsülü olduğu Xalq artisti Flora Kərimova ilə görüşüb.

    Bu barədə R.Ayxan sosial media hesabında paylaşım edib.

    O bildirib ki, Flora Kərimovanın evinə gedərək, qarşıdan gələn Beynəlxalq Qadınlar Bayramını təbrik edib:

    “Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim. Sağlam ömür arzulayıram və yeni mahnılar”. (konkret.az)

  • Kürdə batan 67 yaşlı kişinin axtarışları dörd gündür davam edir

    Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

    Bu barədə FHN-dən bildirilib.

    Belə ki, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Əlavə məlumat veriləcək.

  • Su kanalında “Kalaşnikov” gizlədən şəxs tutuldu – FOTO

    Bərdədə silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayonun Hacallı kənd sakini Abbaszadə Tural Ənvər oğlu tutulub. Onun yaşadığı ünvana baxış keçrilən zaman evlərinin yanından keçən su kanalında gizlətdiyi 1 ədəd “Kalaşnikov” avtomatı aşkar edilərək götürülüb.

    Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.