Month: March 2024

  • Od çərşənbəsində gözlənilən hava şəraiti açıqlandı

    Martın 5-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

    Xatırladaq ki, sabah Azərbaycanda Od çərşənbəsi qeyd ediləcək.

  • Coni “Yandex”də birincidir – FOTO

    Jony təxəllüsü ilə Rusiya şou-biznesində məşhurluq qazanan həmyerlimiz Cahid Hüseynli “Yandex”də birinci elan olunub.

    Bu haqda müğənni şəxsi sosial şəbəkə hesablarında məlumat verib .

    O, fevral ayı ərzində “Yandex Music”də ən çox dinlənilən sənətçi ünvanına sahib olduğunu bildirərək dinləyicilərinə təşəkkür edib.

  • Hüseyn evlənmək üçün bu yola əl atdı – FOTO

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov instagram paylaşımı ilə müzakirə yaradıb.

    Məşhur evlənmək üçün onu xanımla tanış edəcək şəxsə 10.000.000 rubl (185.000 manat) mükafat verəcəyini bildirib.

    Bloger paylaşımında bildirir:

    “Məni gələcək həyat yoldaşım ilə tanış edəcək şəxsə 10.000.000 rubl (185.000 manat) mükafat verəcəyəm. Bu mütləq mart ayı ərzində baş tutmalıdır. Necəsini artıq siz özünüz düşünün”.


    //azxeber.com

  • “Kubinka”dakı söküntü niyə ləngiyir? – VİDEO

    Bakıda “Kubinka” adlanan ərazidə söküntü işləri aparılır. Sakinlərin bir çoxu ərazidən köçürülsə də öz evlərini tərk etməyən vətəndaşlar var.

    Onların etirazı söküntünü icra edən şirkətin təklif etdiyi 2 min manat kompensasiya məbləğidir.

    Ətrafda gedən söküntü işləri sakinlərin evlərinə ziyan vurmağa başlayıb. Belə ki, evlərini tərk etməyənlər artıq evlərin çatların yarandığını bildiriblər.

    240 ailədən 35 ailənin evlərini tərk etməməsi “Kubinka”dakı böyük söküntünü də yarımçıq qoyub.

    Şirkət rəsmilərinin sakinləri evləri müqabiində yeni tikiləcək binalardan daha böyük mənzil təklif etsələr də qarşı tərəf razılaşmayıb.

  • Ukraynada nazirliklərin sayı azaldıla bilər

    Ukraynada nazirliklərin sayı azaldıla bilər.

    Bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.

    Onun sözlərinə görə, nazirliklərin üçdə bir hissəsi ixtisara salına bilər:

    “Biz nazirliklərin, dövlət qulluqçularının sayını azaltmaq istəyirik”.

    Hökumət başçısının fikrincə, nazirlərin sayı 15-16 olmalıdır və müvafiq olaraq, nazirliklərin sayı 15-16 nəzərdə tutulur ki, bu, optimal rəqəmdir.

    “Bu il dövlət qurumlarında 20 min vakant yer ixtisar edilib”, – deyə Şmıqal əlavə edib.

    ///Apa

  • “Fənərbağça” – “Qalatasaray” matçının saatı dəyişdirildi

    Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib.

    Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

    Belə ki, “Fənərbağça” ilə “Qalatasaray” arasında keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
    Qeyd edək ki, matç aprelin 7-də Şanlıurfada “11 Nisan Stadionu”nda keçiriləcək.

  • Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat aldı

    Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

    “Report”un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli “Dinamo” və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

    Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

    Qeyd edək ki, martın 7-də reallaşacaq “Dinamo” – PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

  • Студент БГУ скончался от отравления угарным газом

    Скончался студент 2-го курса Бакинского государственного университета (БГУ), обучавшийся по специальности “Юриспруденция” группы SABAH, Эльчин Алиев.

    Соответствующую информацию распространил вуз.

    Было отмечено, что Эльчин Алиев был принят в БГУ с более чем 600 баллами и был одним из отличившихся студентов университета.

    Студент скончался от отравления угарным газом.

  • BDU-nun tələbəsi dəm qazından ölüb

    Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.

    Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

    Bildirilib ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, tələbə dəm qazından zəhərlənərək ölüb.

  • Назначена главврач Сальянской больницы

    Егяна Алиева назначена главным врачом Сальянской центральной районной больницы (ЦРБ), сообщает Report.

    По информации, она около 35 лет проработала в медучреждении хирургом.

    Отметим, что ранее главврачом Сальянской ЦРБ был Нурлан Гусейнов.