Month: March 2024

  • Bayramdan sonra ilk iş günü hava necə olacaq?

    Mart ayının 27-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • В Абшеронском районе произошло ДТП, есть погибший и раненые

    В Абшеронском районе произошло дорожно-транспортное происшествие, в котором погиб один, пострадали два человека.

    Инцидент зафиксирован на дороге в поселок Новханы.

    В результате столкновения автомобиля “ВАЗ-2106” с грузовиком водитель первого транспортного средства Расим Надир оглу Гаджиев (1967 г.р.) скончался на месте аварии. Еще два человека получили серьезные травмы, они госпитализированы.

    По факту ведется расследование.

  • Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

    Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

    Hadisə Novxanı yolunda qeydə alınıb.

    “VAZ-2106” və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

    Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Брюсселе полиция применила водометы и слезоточивый газ против фермеров

    Полиция применила водометы и слезоточивый газ для разгона участников акции протеста фермеров в европейском квартале а Брюсселе.

    Об этом сообщают зарубежные СМИ.

    Участники протестов забросали полицию файерами, петардами и яйцами, перед полицейскими заграждениями разожгли костры.

    Фермеры выступают против многочисленных соглашений о свободной торговле со странами, не входящими в ЕС, в том числе, с Украиной. По их мнению, такие соглашения, которые продвигает Еврокомиссия, ставит европейских производителей в заведомо проигрышную ситуацию из-за дешевого импорта на общеевропейский рынок. Фермеры также требуют установить достойные закупочные цены, которые не заставляли бы их работать в убыток, а затем собирать множество документов для получения компенсаций.

  • Brüsseldə polis fermerlərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

    Belçika paytaxtı Brüsseldə polis fermerlərin etiraz aksiyasını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

    Bu barədə xarici KİV məlumat yayıb.

    Etirazçılar polisə fişəng, pirotexniki maddə və yumurta atıblar, polis maneələri qarşısında tonqallar yandırıblar.

    Fermerlər Avropa İttifaqı üzvü olmayan ölkələr, o cümlədən Ukrayna ilə çoxsaylı azad ticarət sazişlərinə qarşı çıxırlar. Onların fikrincə, Avropa Komissiyası tərəfindən irəli sürülən bu cür razılaşmalar Avropa bazarına ucuz idxal ucbatından qitə istehsalçılarını açıq şəkildə uduzmuş vəziyyətə salır.

    Fermerlər həm də onları zərərlə işləməyə məcbur etməyən münasib alış qiymətləri tələb edirlər.

  • Rusiya mediası ermənilərin təsiri altındadır – RƏY (FOTO)

    Rusiya mediası ermənilərin təsiri altında olduğundan onların sifarişi ilə Azərbaycana qarşı saxta iddialar səsləndirilir.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov rusiyalı jurnalist Vladimir Solovyovun Azərbaycanla bağlı eyhamları, Moskvadakı terrorda Azərbaycanın adını hallandırmasından danışarkən deyib.

    Onun sözlərinə görə, “Crocus City Hall”da baş vermiş dəhşətli terror hadisəsində erməni izinin olub-olmaması araşdırılır:

    “Çünki Moskvadakı terror hadisəsindən sonra Mineralnıye Vodı şəhərində bir erməni avtomobilini insanların üzərinə sürməklə növbəti terror hadisəsini törədib. Ayın 24-də isə Şeremetevo beynəlxalq hava limanından İrəvana uçan təyyarədə bir qadın çantasında bomba olduğıunu deyərək yenidən psixoloji terrora cəhd göstərib. Yəni bütün bu hadisələrin bir-biri ilə bağlılığı öyrənilməlidir. O cümlədən ermənilərin terror təşkilatları – ASALA və digərləri dünyanın müxtəlif yerlərində törətdikləri terror hadisələri ilə ləkəli tarix yazıblar. Ona görə də Moskvada törədilən dəhşətli terror hadisəsindən sonra ermənilər teleaparıcı Solovyova diqqəti özlərindən yayındırmaq üçün azərbaycanlıları terrorla əlaqələndirmək istiqamətində informasiya yaymağı sifarişi veriblər. Təbii ki, belə sifarişlərin müəllifləri Marqarita Simonyan, Samvel Karapetyan və digərləridir. Onlar hətta Vətən müharibəsi zamanı və ondan sonra da Azərbaycanı daşa tutmaqla məşhurlaşmışdılar”.

    A.Badamov bildirib ki, Solovyov aldığı sifarişə uyğun anti-Azərbaycan fikirləri səsləndirməklə Rusiyada azərbaycanlılara qarşı qəzəb və kin yaratmağa çalışır:

    “Onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Rusiya-Azərbaycan dostluğu və əməkdaşlığı möhkəmdir. Solovyovların qışqırıqlarını özlərindən başqa heç kim eşitmir. Hamı bilir ki, onlar saxta adamlardır. Bu baxımdan, Solovyovun saxta anti-Azərbaycan çağırışları Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala bilməz. Azərbaycan terroru hər zaman pisləyir. Məlumdur ki, ən çox terrora məruz qalan xalqlardan biri də bizik. Moskvada törədilmiş faciəli hadisə haqqında məlumat yayılan ilk anda dövlət başçısı və rəsmilər Rusiya Prezidenti və vəzifəli şəxslərinə başsağlığı verərək teroru pislədiklərini ifadə ediblər. Terrorçunun ölkəsi, dini, milləti və insanlığı olmur. Ona görə də terrorizmə qarşı dinindən və millətindən asılı olmayaraq, hamı birləşməli, birgə mübarizə aparmalıdır”.

    Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov çıxışında Azərbaycanla bağlı eyhamlar səsləndirib, martın 22-də Moskvada törədilmiş terror hadisəsində rəsmi Bakının adını hallandırıb. Onun bu addımı birmənalı qarşılanmadığı kimi, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək niyyəti daşıdığı da istisna olunmayıb.

  • EBRD Türkiyənin zəlzələ bölgəsinə 500 milyon avro maliyyə yardımı ayırıb

    Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında zəlzələ bölgəsinə 500 milyon avro maliyyə dəstəyinin göstərilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.

    Median.Az bu barədə “Anadolu” Agentliyinə istinadən xəbər verir.

    Xəzinə və maliyyə naziri Mehmet Şimşək EBRD-nin birinci vitse-.prezidenti Yurgen Riqterinklə Türkiyənin iqtisadi proqramını, ikili əməkdaşlığı və bankın zəlzələ zonasına maliyyə dəstəyini müzakirə edib.

    Qeyd edək ki, ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş mərkəzli zəlzələdən sonra, EBRD regionun yenidən qurulması üçün dövlət və özəl sektor üçün 1,5 milyard avroluq maliyyə paketi elan edib.

    Bu çərçivədə zəlzələ bölgəsindəki özəl sektorun layihələrinə, KOB və yerli banklara 800 milyon avro maliyyə ayrılıb.

  • Moskva terroru və Azərbaycanın təhlükəsizlik səddi – sərhədlərin açılmamasının əsl səbəbi aydınlaşır

    Son illər Fransada, Almaniyada, Böyük Britaniyada, Çində, İranda və sonuncusu Rusiyada törədilən terror aktları bəşəriyyətin hansı təhlükə ilə üz-üzə qaldığını bir daha göstərdi.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

    O qeyd edib ki, milliyətindən, dinindən, irqindən asılı olmayaraq terror törədənlər bütün insanlığın düşmənidirlər:

    “Müharibələrdə hər iki tərəfin əlində silah olur və onlar aralarındakı problemi həll etməyin yolunu döyüşməkdə görürlər. Dinc, heç bir günahı olmayan insanların öldürülməsi isə vəhşilikdir, barbarlıq və vandalizmdir. Bu qətliamı törədənlər qanunun ən sərt maddələri ilə cəzalandırılmalıdırlar”.

    Deputatın fikrincə, Rusiyanın Moskva vilayətinin “Crocus City Hall” konsert zalında törədilən terror bütün ölkələrə ciddi xəbərdarlıqdır. O vurğulayıb ki, hər bir ölkə özünün və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Bunun üçün müxtəlif yollar seçilir, üsullar tətbiq edilir:

    “Azərbaycan 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü tam olaraq təmin edib. Ötən il antiterror tədbirlərinin keçirilməsində məqsəd də ərazilərimizdə 30 il ərzində kök salmış erməni terrorçularının kökünü birdəfəlik kəsmək idi. Azərbaycan bunu bacardı, Ermənistan ordusunun qalıqlarını və separatçıların sonuncusunu ölkə ərazisindən qovub çıxara bildi. Nə qədər ki, separatçılar Qarabağda mövcud idilər, həm dövlətimiz, həm də vətəndaşlarımız daim terror təhlükəsi altında qalırdılar. Dövlətimiz sonuncu erməni terrorçusu zərərsizləşdirilənə qədər mübarizə apardı. Dünyanın güclü dövlətlərinin separatçıları dəstəkləməsinə rəğmən Azərbaycan beynəlxalq qanunlara istinad edərək, həm suverenliyini bərpa etdi, həm də Cənubi Qafqazı terrorla təhdid edən erməni terrorizminin son qalasını onların başına uçurdu. Prezident İlham Əliyevin təbirincə desək, biz separatçıların tabutuna son mismarı vurduq”.

    Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına gəlincə, A.Hüseynov hesab edir ki, bu qərar həm də bütün dünyanı təhdid edən terror təhlükəsi ilə bağlıdır:

    Milli Məclisin üzvü diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın arxasında dayanan bəzi ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən erməni terror təşkilatları ağır məğlubiyyəti qəbul edə bilmirlər. O söyləyib ki, hər yolla bunun əvəzini çıxmağa çalışırlar:

    “Hələ Birinci Qarabağ müharibəsi zamanı erməni terror təşkilatlarının həm ölkə ərazisində, həm də xaricində vətəndaşlarımıza qarşı terror aktları törətdiklərini unutmamışıq. Ermənilərin, həm də Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlı qondarma dövlətin mayası terrorla yoğrulub. Nəzərə almalıyıq ki, Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı hər cür plan hazırlamaqdadırlar. Onlardan biri də üçüncü ölkələrin vətəndaşlarının əli ilə Azərbaycanda terror aktları törətməkdir. Azərbaycan xariclə yalnız quru əlaqələrini müvəqqəti məhdudiyyət qoyub, hava və dəniz əlaqələri isə açıqdır. Azərbaycanın müharibədən sonra quru sərhədlərinin bağlanması barədə verdiyi qərarı bu gün terrordan əziyyət çəkən ölkələrin əksəriyyəti təkrarlamaqdadırlar. Terroru önləmək üçün atılan addımlar, bəzi çətinliklər yaratsa belə, alqışlanmalıdır”.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

    Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıTaleh Qaraşovun həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

    Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. O, həbs olunub.

  • “Qarabağ”ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırılıb

    UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

    “Report”un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.

    Oyunçu Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxmışdı. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.

    Əlavə edək ki, Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə almışdı. Başqa sözlə, o, avrokuboklarda ən azı iki oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

  • В центре Лондона прошел митинг фермеров

    Фермеры Великобритании провели в центре Лондона протесты против дешевого импорта сельскохозяйственной продукции, собрав на улицах британской столицы более 150 единиц сельхозтехники.

    Об этом сообщает газета Telegraph.

    “Более 150 единиц фермерской техники с их слепящими фарами и оглушающими гудками провели один из самых шумных протестов, которые видел Вестминстер (район в центре Лондона – ред.)”, – пишет издание.

    По данным газеты, причиной недовольства аграриев послужили низкие цены на импортируемую в страну сельскохозяйственную продукцию, которая оказывает “губительное воздействие” на местный бизнес.