Month: March 2024

  • Mikayıl Cabbarov: “Azərbaycan investorlarla əməkdaşlığa açıqdır”

    Azərbaycan investorlarla əməkdaşlığa açıqdır və ənənəvi enerji istehsalçısı kimi ölkədə bərpa olunan enerji layihələrinə sərmayə qoyan beynəlxalq enerji şirkətləri və milli liderlərdən ibarət yaxşı qrup formalaşıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.

    “Mülayim enerji keçidini təmin etmək üçün həm institusional, həm də iqtisadi siyasət və infrastrukturun inkişafı baxımından sistemli şəkildə sərmayə qoyuruq. Bu gün biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən enerji tələbatının 30 %-ni qarşılamaq hədəfimizdən xeyli irəlidəyik.

    Buna görə də təsadüfi deyil ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi ölkəsi kimi yekdilliklə seçilib. Biz bu məsələyə tam məsuliyyətlə yanaşır və bu prosesə öz töhfəmizi vermək üçün ciddi çalışırıq.

    Azərbaycan COP29-a sədrlik etməkdən şərəf duyur və məqsədimiz bu il diqqəti iqlimin maliyyələşdirilməsi mövzusuna yönəltmək olacaq. Biz yeni təşəbbüslərə töhfə vermək üçün maraqlı tərəflərlə əl-ələ verib işləməyə çalışırıq və COP29 maraqlı səyahət olacağını vəd edir. İstərdim ki, ölkələr verdiklərə sözlərə əməl etsinlər və COP29-da real addımlar atmağı öhdələrinə götürsünlər”, – nazir bildirib.

    Enerji keçidi və bərpa olunan enerjinin istehsalından danışan M.Cabbarov xatırladıb ki, hazırda Azərbaycan həm neft, həm də təbii qaz kimi qalıq yanacaqların Avropaya tədarükçüsü olmaqda davam edir, lakin ölkənin eyni zamanda məqsədi Avropa İttifaqına “yaşıl” enerji ixrac etmək olan layihəni həyata keçirməyi planlaşdırması da tamamilə təbiidir.

    “Bu, Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya, eləcə də Macarıstanla birgə təşəbbüsü ilə həyata keçirilən regional layihədir. Bu layihə Azərbaycanda külək və günəş enerjisinin istehsalını və onun Qara dəniz vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutur”, – nazir bildirib.

    Xatırladaq ki, “yaşıl” enerjinin istehsalı və çatdırılması sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Enerji körpüsü Azərbaycanın Ağstafa rayonunda hasil ediləcək “yaşıl” elektrik enerjisini Gürcüstan (Kulevi limanı) və Qara dəniz vasitəsilə Rumıniyaya (Konstansa limanı) çatdırmaq və sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün layihələndiriləcək.

    Azərbaycan ilkin mərhələdə Qara dəniz vasitəsilə Avropaya 4 GVt “yaşıl” enerji ixrac etməyi planlaşdırır.

    Azərbaycanda təkcə quruda külək və günəş enerjisinin potensialı 27 GVt təşkil edir, işğaldan azad edilmiş ərazilərin potensialı isə 10 GVt-dır. Xəzər dənizinin Azərbaycan sektoru 157 GVt külək enerjisi potensialına malikdir. Ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin payının 2027-ci ilədək 33 %-ə çatdırılması planlaşdırılır.

  • 14 yaşdan kiçiklər üçün sosial media qadağası

    ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb.

    Median.Az bu barədə “Haber Global”a istinadən xəbər verir.

    Florida Qubernatorluğu tərəfindən edilən açıqlamada sosial medianın uşaqlara müxtəlif formalarda zərər verdiyinə diqqət çəkilib.

    “İnternet uşaqlarımız üçün qaranlıq bir xiyaban oldu, burada yırtıcılar onları hədəf alır və təhlükəli sosial media depressiya, özünə zərər və hətta intihara səbəb olur” – deyə, açıqlamada qanun layihəsinin tərəfdarlarından olan Nümayəndələr Palatasının sədri Paul Rennerin sözlərinə yer verilib.

    Florida ştatında qanun 14 yaşından kiçik şəxslərin sosial media hesablarına malik olmasını qadağan edir. Valideynlərə 14 və 15 yaşlı uşaqların sosial şəbəkə hesablarının olub-olmamasına qərar vermək səlahiyyəti verilib.

  • Biləsuvarda qadın qətlə yetirildi – Əri polisə təslim oldu

    Biləsuvar rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub.

    Həmin şəxs saxlanılıb.

    Araşdırılmalar aparılır.

  • Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür

    Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür.

    Şirəli Müslümov 1805-ci ilin bu günü Lerik rayonunun Barzavu kəndində doğulub.

    136 yaşında qız atası olan Şirəli Müslümov üç dəfə ailə qurub. Onun 23 övladı dünyaya gəlib. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

    1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli filmi də çəkilib.

    Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur.

    Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyəti məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.

    Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem ötən əsrin 60-cı illərində çap olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd edib.

  • DİN-dən ƏMƏLİYYATLAR: 6 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı – VİDEO

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib.

    Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, nəticədə 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub.

    Əməliyyatlarla “qara bazar”da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

  • Bakıda keçmiş məhkum quldurluğa görə tutulub

    Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində naməlum şəxsin bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirilməsi, eləcə də onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Сегодня определятся последние национальные сборные, вышедшие в финальную стадию ЕВРО-2024

    Три последних участника чемпионата Европы по футболу, который пройдет в Германии, станут известны сегодня.

    В финале плей-офф состоятся матчи Грузия – Греция, Украина – Исландия и Польша – Уэльс.

    Победившие сборные пройдут в финальную стадию ЕВРО-2024.

    26 марта

    Финал плей-офф ЕВРО-2024

    21:00 Грузия – Греция

    23:45 Украина – Исландия

    23:45 Польша – Уэльс

    Победитель матча Грузия – Греция будет соперником сборных Португалии, Турции, Чехии в группе F. Сильнейший в матче Украина – Исландия встретится в группе E с Бельгией, Румынией и Словакией. Победитель матча Польша – Уэльс встретится в группе D с Францией, Австрией и Нидерландами.

    Отметим, что чемпионат Европы пройдет в 10 городах Германии с 14 июня по 14 июля.

  • AVRO-2024-də final mərhələsinə vəsiqə qazanan sonuncu millilər müəyyənləşir

    Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olacaq.

    Pley-offun finalında Gürcüstan – Yunanıstan, Ukrayna – İslandiya və Polşa – Uels oyunları baş tutacaq.

    Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

    26 mart

    AVRO-2024-ün pley-off mərhələsinin finalı

    21:00. Gürcüstan – Yunanıstan

    23:45. Ukrayna – İslandiya

    23:45. Polşa – Uels

    Gürcüstan – Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna – İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa – Uels matçında sevinən tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

    Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

  • Binəqədidə liftdən meyit tapıldı

    Binəqədidə liftdən meyit tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • В Карабахе обнаружен еще один опорный пункт ВС Армении – ВИДЕО

    В ходе осмотра территории в Карабахском экономическом районе Азербайджанской Республики (АР), после проведенных азербайджанской армией антитеррористических мероприятий локального характера, был обнаружен очередной заброшенный опорный пункт, принадлежавший вооруженным силам (ВС) Армении.

    Об этом сообщили в пресс-службе Министерства обороны АР.