Month: March 2024

  • Londonda fermerlər mitinq keçirib

    Böyük Britaniya fermerləri İngiltərə paytaxtının mərkəzi küçələrində 150-dən çox kənd təsərrüfatı avadanlığı yığaraq, aqrar məhsulların ucuz idxalına qarşı etiraz aksiyası keçiriblər.

    Bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.

    Qeyd edilir ki, 150-dən çox fermer texnikası ilə Vestminsterin (Londonun mərkəzi-red) gördüyü ən səs-küylü etiraz aksiyalarından birini təşkil edib.

    Qəzetin yazdığına görə, fermerlərin narazılığına səbəb ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı olmasıdır ki, bu da yerli biznesə “fəlakətli təsir” göstərir.

  • Турция стремится ввести в строй первый энергоблок АЭС “Аккую” немного раньше

    Соглашение с Росатомом по строительству АЭС “Аккую” предполагает ввод в строй первого энергоблока в 2025 году, но Турция пытается немного сдвинуть дату на более ранний срок.

    Об этом сообщил турецким журналистам глава Минэнерго Турции Алпарслан Байрактар на площадке форума “Атомэкспо-2024” в Сочи.

    “Мы прилагаем интенсивные усилия для ввода в эксплуатацию первого реактора АЭС “Аккую” в этом году. Это наша цель, и мы работаем в этом направлении, особенно Росатом, подрядчики и наш атомный регулятор. Есть разные трудности, и технические, и другие. Надеюсь, мы сможем этого добиться. По условиям соглашения с Росатомом срок ввода в строй первого реактора установлен на 2025 год. Мы пытаемся его немного сдвинуть на более ранний срок”, – цитирует министра газета Sabah.
    //report

  • Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır

    “Rosatom” ilə “Akkuyu AES”in tikintisinə dair razılaşma ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsini nəzərdə tutur, lakin Türkiyə tarixi bir az daha erkən vaxta keçirməyə çalışır.

    Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Soçidə keçirilən “Atomexpo 2024” forumunda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

    “Akkuyu AES-in ilk reaktorunu bu il istifadəyə vermək üçün intensiv səylər göstəririk. Məqsədimiz budur və xüsusən “Rosatom”, podratçılar və nüvə tənzimləyicimiz istiqamətində işləyirik. Həm texniki, həm də digər çətinliklər var. Ümid edirəm ki, buna nail olacağıq.

    “Rosatom”la razılaşmanın şərtlərinə əsasən, ilk reaktorun istismara verilmə tarixi 2025-ci ilə qədər müəyyən edilib. Biz onu bir qədər erkən tarixə keçirməyə çalışırıq”, – “Sabah” qəzeti nazirdən sitat gətirib.

  • Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini dəyişdi

    Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

    Dövlət başçısı müvafiq fərmanı bu gün, martın 26-da imzalayıb.

    Digər fərmanla Zelenski bu vəzifəyə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenkonu təyin edib.

    Mənbə: pravda.com.ua

  • Azərbaycan millisinin sabiq futbolçusu karyerasını bərpa edib

    Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.

    39 yaşlı keçmiş oyunçu II Liqa təmsilçisi “Cəbrayıl”la anlaşıb.

    Əmircanov mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

    Qeyd edək ki, yığmanın sabiq üzvü karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.

  • Erməni deputat: “Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır”

    “Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil”.

    Bunu Ermənistan mətbuatına açıqlamasında hakim partiyadan olan deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən deyib.

    “Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib, sağlığımıza içirdik.

    İndi də İrəvandan Voskepara, (Əskipara – red.) bu kəndlilərə deyirsiz ki, əl çəkməsinlər. Lakin orada döyüş başlayanda İrəvandan ora heç kim gəlməyəcək. Ona görə də Voskeparda hər bir kənd sakini bilməlidir ki, dövlət var, ordu var, dövlət maraqları var və dövlət sərhədi olmalıdır ki, heç bir tərəf onu pozmasın”, – deyə deputat bildirib.

  • Salyan rayon sakini itkin düşüb

    Salyan rayon sakini itkin düşüb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qeyd olunub ki, 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğlu Süleymanov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

    Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

    Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) məlumat vermələri xahiş olunur.

  • “Crocus City Hall”dakı axtarış-xilasetmə işləri yekunlaşıb

    “Crocus City Hall”da törədilən terrordan sonra konsert kompleksində aparılan axtarış-xilasetmə işləri yekunlaşıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb.

    Məlumatda həmçinin qeyd olunur ki, sonrakı işlər mühəndis avadanlıqlarından istifadə etməklə mexaniki üsulla aparılacaq.

  • Balakəndə yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildilər

    Polis əməkdaşları Balakəndə yerin təkindən istifadə qaydalarını pozan altı nəfəri məsuliyyətə cəlb ediblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.

    Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

  • Türkiyədə İŞİD-lə əlaqəsi olan 150-yə yaxın şəxs saxlanılıb – VİDEO

    Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinənlərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

    Bildirilir ki, ölkənin 30 əyalətində eyni vaxtda həyata keçirilən “BOZDOĞAN-17” əməliyyatlarında 147 şübhəli yaxalanıb.

    Onun sözlərinə görə, təxminən bir il ərzində İŞİD üzvlərinə qarşı ümumilikdə 1 329 əməliyyat keçirilib və 2 919 şübhəli saxlanılıb:

    “Biz ilin 365 günü, dörd mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar təşkil edirik. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”, – deyə nazir vurğulayıb.