Month: March 2024

  • Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu dedi

    Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu bildirib

    Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

    “Report”un məlumatına görə, bu barədə Prezident “Venezolana de Television” kanalının canlı efirində bildirib.

    Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edib.

    “Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı”, – o deyib. “Saxlanılanlar ifrat sağçı, faşist “Vente Venesuela” Partiyasına mənsub olduqlarını etiraf ediblər”, – Maduro vurğulayıb. O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

    Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlamışdı.

  • İrandan Azərbaycana gətirilən şüyüdə zərərli kimyəvi maddə vurulur? – VİDEO

    İrandan Azərbaycana gətirilən şüyüdə xüsusi kimyəvi maddə vurulur.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videonu çəkən şəxs iddia edir ki, İrandan gətirilən şüyüdə xüsusi kimyəvi maddə vurulur.

    Bu iddianı araşdırmaq üçün bazara üz tutduq. Satıcılar şüyüdün əvvəllər daha çox İrandan gətirildiyini, hazırda isə bazarda yerli məhsulun üstünlük təşkil etdiyini bildirdilər. Satıcılar “Şüyüdə kimyəvi maddə vurulur” iddiasına da münasibət bildiriblər.

    Qida üzrə mütəxəssis Məshəti Hüseynova “Xəzər Xəbər”ə deyib ki, satışda xaricdən gətirlən meyvələrlə yanaşı, göyərtilərə də rast gəlinir. O, həm meyvələrə, həm də göyərtilərə kimyəvi maddə vurulduğunu söyləyib. Mütəxəssis onu da bildirib ki, bəzi hallarda məhsul təmiz yuyulmadığı üçün həmin kimyəvi maddə insanda allergiyaya səbəbə ol bilər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Şəkidə avtomobil bir neçə il əvvəl paylaşılan görüntüyə görə duracağa aparıldı

    2021-ci ildə paylaşılan videogörüntüyə görə duracağa yerləşdirilən avtomobillə bağlı məsələyə aydınlıq gətirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə yeni paylaşılan avtoxuliqanlıq görüntüləri ilə əlaqədar həmin nəqliyyat vasitəsinin sahibi Nəbi Hüseynov polisə dəvət edilib.

    “Araşdırma zamanı onun oğlu Oruc Hüseynovun etibarnamə olmadan idarə etdiyi VAZ-2106 markalı avtomobillə 2021-ci ildə rayon ərazisində avtoxuliqanlıq etdiyi məlum olub. Onunla profilaktik söhbət aparılıb, qanunvericiliyin tələbləri izah edilib və gələcəkdə belə hallara yol verməməsi barədə xəbərdarlıq olunub”, – M.Məsimov deyib.

  • Sümbülə Əliyeva həbs edildi – FOTO

    200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

    Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

    Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

  • Cəlilabadda üç uşağı ilə birgə itkin düşən qadından xəbər var

    Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

    Qeyd edək ki, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

  • Keçmiş məhkum külli miqdarda heroinlə TUTULDU – FOTO/VİDEO

    Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən dörd kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.

    Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə beş kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Hikmət Hacıyev: “Azərbaycan vahid Çin siyasətini dəstəkləyir”

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb.

    O bunu Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.

    “Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib”, – Prezidentin köməkçisi bildirib.

    H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha çox Çin şirkəti görmək istədiyini söyləyib:

    “İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik”.

    H.Hacıyev diqqətə çatdırıb ki, dayanıqlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərdə rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli məsələdir:

    “Yaşıl keçid gündəliyimizdə Çini tərəfdaş kimi görürük. Biz, həmçinin, çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji üçün istehsal xətləri yaratmağı istəyirik. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsalat bazası yaratmaq istəyərdik”.

    Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının “Bir kəmər – bir yol” Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm əhəmiyyət kəsb etdiyini də bildirib:

    “Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan Qara dəniz və Xəzər sahillərində yerləşən ölkələrlə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, “Bir kəmər – bir yol” təşəbbüsü ilə yaxşı uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır”.

  • В Ханкенди обнаружены автоматы и боеприпасы

    Сотрудники полиции обнаружили в Ханкенди автоматы и боеприпасы.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что 25 марта на территории города Ханкенди обнаружены 6 автоматов, пистолет, 6 винтовок, 19 гранат, взрывчатое устройство с часовым механизмом, 19 запалов, 50 магазинов к оружию, 6 321 патрон различного калибра и другие боеприпасы.

  • Xankəndidə saatlı bomba və qumbaralar aşkarlandı

    Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 ədəd saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • В Джалилабаде загорелся автомобиль

    В городе Джалилабад произошел пожар.

    Как сообщает Median.Az со ссылкой на МЧС, загорелись легковоспламеняющиеся конструкции автомобиля Mercedes.

    Прилегающие территории были защищены от огня.

    Пожар был потушен подразделениями пожарной охраны.