Month: March 2024

  • Qarabağda ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edildi – VİDEO

    Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd “T-72B” tankı, 4 ədəd “D-20” artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “KamAZ” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.

    Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir.

    Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-sursat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilib.

    10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşımış, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırmış, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.

  • Российский суд назвал имя восьмого фигуранта дела о теракте в “Крокусе” – ВИДЕО

    Следственный комитет Российской Федерации (РФ) попросил арестовать восьмого фигуранта дела о теракте в “Крокус Сити Холле” Алишера Хатамовича Касимова.

    Об этом сообщили в Басманном суде.

    Согласно данным, 32-летний повар и бизнесмен из Красногорска А.Касимов сдавал квартиру участникам нападения на “Крокус”. Касимов живет в Красногорске, владеет небольшим кафе.

    В ночь на понедельник Басманный суд арестовал четверых предполагаемых террористов. На следующий день под стражу были помещены еще трое фигурантов дела.

    23 марта глава Федеральной службы безопасности РФ Александр Бортников докладывал президенту, что всего задержаны 11 человек.
    //rbc.ru

  • “Crocus City Hall” terroru ilə bağlı daha bir nəfər həbs edildi – YENİLƏNİB (VİDEO)

    “Crocus City Hall”dakı terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim olan 32 yaşlı biznesmen Alişer Kasımov mayın 22-dək həbs edilib.

    Məlumata görə, o, Rusiya vətəndaşıdır, ölkəyə Qırğızıstanın Oş şəhərindən gəlib. Ailəlidir, üç övladı var, Putilkovoda çayxana sahibidir.

    İclasda hakimin “nədə ittiham olunduğunu bilirsinizmi?” sualına Qasımov belə cavab verib: “Mən sadəcə olaraq kirayə mənzil verirdim”.

    Kasımov Krasnoqorskdakı mənzilini kimə kirayə verməsindən şübhələnmədiyini vurğulayıb. Onun sözlərinə görə, əmlak ipotekada olub və kirayənişinləri internet vasitəsilə tapıb.

    Biznesmen gözlənilən terror aktından xəbəri olmadığını iddia edib.

    Kasımov həmçinin vurğulayıb ki, əvvəlcə evi slavyanlara icarəyə vermək istəyib, ancaq Faridun Şamsidinin vaxtında ödəmək vədindən sonra bu fikrindən daşınıb.

    * * * * *

    Rusiya İstintaq Komitəsi Alişer Kasimov adlı şəxsin “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı həbs edilməsini istəyib.

    Məlumatı Moskvanın Basmannı Məhkəməsi ictimailəşdirib.

    Qeyd olunur ki, Alişer Kasimovun 32 yaşı var, o, mənzilini terrorçulara kirayə verib.

    Qeyd edək ki, martın 24-də Basmannı Məhkəməsinin qərarı ilə “Crocus City Hall”a hücumda iştirak edən dörd nəfər, səhəri gün isə daha üç şəxs saxlanılıb.
    //rbc.ru

  • Azərbaycan Ordusunda zabit olmaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

    Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

    “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

    Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

    – şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

    – xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

    – ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;

    – xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

    – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;

    – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 1 ədəd;

    – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) – 1 ədəd;

    – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 1 ədəd;

    – 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

    – psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

    – qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

    – qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

    – hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 ədəd.

    Qeyd edilib ki, məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

    Telefon: (012) 538-35-70.

    Müraciət etmə vaxtı: 2024-cü il mart 27-dən aprelin 20-dək hər gün saat 09:00-dan 17:00-dək.

  • Sabah 17 dərəcə isti olacaq – HAVA PROQNOZU

    Martın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

  • Saatlıda balıq tutan şəxsi cərəyan vuraraq öldürüb

    Saatlıda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Qaranuru kənd sakini, 1987-ci il təvəllüdlü Amil Müzəffər oğlu Səmədovu balıq tutarkən elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şahdağda qarın hündürlüyü 54 santimetrə çatıb – FAKTİKİ HAVA

    Martın 26-sı saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq rayonlarda qar yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 54 sm, Qrızda 3 sm olub.

    Düşən yağıntının miqdarı Qaxda 20 mm, Şəkidə 19 mm, Qəbələ, Balakəndə 18 mm, Oğuzda 16 mm, Göyçay, Şahdağda 13 mm, Qrız, Xaltan, Şabran, Quba, Qusar, Tovuz, Ordubad, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Şahbuz, Lerik, İsmayıllı, Altıağac, Şəmkir, Ceyrançöl, Naxçıvan, Şamaxı, Ağdam, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Culfa, Naftalan, Gəncə, Şərur, Sədərək, Qobustan, Tərtər, Bərdə, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Astarada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

    Həmçinin Şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Şahdağda 20 m/s, Lerikdə 19 m/s, Yardımlıda 18 m/s, Naxçıvan, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

    Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Kürdəmir, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 4, Aran rayonlarında 6, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta olub.

  • İstanbulda İŞİD əməliyyat: 17 şübhəli saxlanıldı

    İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

    Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin terror təşkilatı İŞİD-ə bağlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.

    Prokurorluğun həbs qərarı ilə əməliyyat keçirən İstanbul polisi 17 şübhəlini saxlayıb. Digər şübhəlilərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

  • Yeniyetmə məhkumlar necə cəza çəkirlər? (VİDEO)

    Son zamanlar yeniyetmələrin cinayət hadisələrində iştirakı ilə bağlı xəbərlər tez-tez diqqətimizi çəkir. Elə fikir yarana bilər ki, yetkinlik yaşına çatmadığı üçün cinayət törədən yeniyetmələr cəzasız qalırlar. Amma belə deyil.

    Ağır cinayət, xüsusən qətllərdə günahdırılanlar xüsusi cəzaçəkmə müəssisələrinə yerləşdirilir. Müəssisə daxilində azyaşıların təhsil alması üçün orta məktəb, peşə kursları və idman zalı da fəaliyyət göstərir.

    ARB-nin “Diqqət efir” verilişi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsindən reportaj hazırlayıb.

  • Azərbaycan Rusiyaya 6 gündə 3,9 milyon yumurta göndərib

    Ərzaq yumurtası tədarükü başlayandan (2023-cü ilin dekabrın 19-dan) bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib.

    “Report”un məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında deyilir.

    “Martın 18-dən 24-dək olan müddətdə Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,9 milyon ədəd ərzaq yumurtası sonrakı satış üçün Rusiyaya daxil olub”, – “Rosselxoznadzor” bildirir.