Month: April 2024

  • Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

    Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında üç avtomat silahı, beş qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, beş patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan beş ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

  • Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

    Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə diplomat X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

    Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli və tranziti məsələləri diqqət mərkəzində olub:

    “SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, – paylaşımda qeyd olunub.

  • Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

    Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə diplomat X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

    Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli və tranziti məsələləri diqqət mərkəzində olub:

    “SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, – paylaşımda qeyd olunub.

  • Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

    Almaniyanın “Lufthansa” aviaşirkəti İranın paytaxtı Tehrana uçuşların dayandırılması müddətini mayın 9-dək uzadıb.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

    Qeyd edək ki, daha öncə aviaşirkət Yaxın Şərqdəki vəziyyətlə əlaqədar aprelin 30-dək Tehrana uçuşları dayandırmışdı.

  • Göyçay sakini döyülərək öldürülüb

    Göyçay sakini döyülərək öldürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Eynulla Sahabqulu oğlu Əhmədovun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeni tikilən bina çökə bilər – VİDEO

    Bakıda dörd il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.

    Xezerxeber.az-ın məlumatına görə, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binanın sakinləri zirzəmiyə fasiləsiz su axdığını iddia edirlər.

    Onlar bildiriblər ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.

    Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.

    Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb.

    Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

    Ətraflı süjetdə:

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksəktəzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

    Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı” qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

  • Turkish Airlines намерена приобрести у Airbus и Boeing 235 самолетов

    Авиакомпания Turkish Airlines ведет переговоры с авиапроизводителями Airbus и Boeing о приобретении у них 235 самолетов в рамках стратегии развития.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил председатель совета директоров национального перевозчика Турции Ахмет Болат.

    “Мы ведем переговоры с Airbus и Boeing по 235 самолетам”, – сказал он встрече в Стамбуле с участием представителей компаний Airbus и Rolls-Royce.

    Десятилетний план развития Turkish Airlines предусматривает увеличение авиапарка компании почти на 600 самолетов. В декабре 2023 года Turkish Airlines объявила о договоренности с Airbus по приобретению у европейского производителя 355 самолетов (A312 Neo, A350-900, A350-1000, A350F) на сумму в размере 70 млрд долларов.

    Авиапарк Turkish Airlines сейчас насчитывает 440 самолетов, в основном нового поколения (Airbus и Boeing). Компания является одним из ведущих в мире авиаперевозчиков.

  • “Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq

    “Türk Hava Yolları” aviaşirkəti inkişaf strategiyası çərçivəsində “Airbus” və “Boeing” kimi təyyarə istehsalçıları ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.

    Bu barədə Türkiyənin milli aviadaşıyıcısının Direktorlar Şurasının sədri Əhməd Bolat İstanbulda “Airbus” və “Rolls-Royce” şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.

    Qeyd edək ki, “Türk Hava Yolları”nın 10 illik inkişaf planı şirkətin aviaparkının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında aviaşirkət “Airbus”dan 70 milyard ABŞ dolları dəyərində 355 ədəd təyyarə (“A312 Neo”, “A350-900”, “A350-1000”, “A350F”) almaq üzrə müqavilə imzaladığını elan edib.

    Hazırda “Türk Hava Yolları”nın parkında, əsasən yeni nəsil (“Airbus” və “Boeing”) olmaqla, 440 təyyarə var. Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.

  • CDRI представит исследование по устойчивости телекоммуникаций на COP29

    Коалиция за устойчивую к стихийным бедствиям инфраструктуру(CDRI) представит новое исследование по укреплению телекоммуникационной инфраструктуры против стихийных бедствий на предстоящей климатической конференции COP29 в Баку.

    Об этом сообщают индийские СМИ.

    По словам генерального директора CDRI Амита Протхи, организация расширяет свои проекты в области телекоммуникационной инфраструктуры по всему миру и в этом году начнет реализацию инициатив в зарубежных странах.

    “Мы проводим исследования в нескольких индийских штатах, чтобы понять, где существуют риски в телекоммуникационном пространстве”, – добавил он.

    Гендиректор подчеркнул, что помимо представления исследования, CDRI планирует объявить о новом наборе получателей финансирования для малых островных развивающихся государств.

    CDRI – возглавляемая Индией инициатива, которая оказывает другим государствам услуги по моделированию вероятных рисков от экологических потрясений.