Month: April 2024

  • Дорогое удовольствие: деликатес стоимостью 2 000 долларов за килограмм – ВИДЕО

    Рыбья икра когда-то была обычным блюдом на столе азербайджанцев. Однако сейчас она считается дорогим деликатесом.

    Икра осетровых рыб является ценным продуктом питания, в котором содержится множество полезных для человеческого организма элементов. В настоящее время 1 кг такой икры предлагается за 1800-2000 долларов.

    Азербайджан входит в число стран, получающих определенный доход от продажи самой дорогой икры в мире. Для этих целей осетровых рыб разводят в специальных хозяйствах.

    Представляем соответствующий репортаж телеканала İTV из Нефтчалы:

  • Azərbaycan kürüsü 2000 dollara satılır – VİDEO

    Balıq kürüsü bir zamanlar süfrələrin adi menyusu idi. İndi isə bahalı delikates sayılır.

    Belə ki, nərə balığının kürüsü insan sağlamlığı üçün əvəzsiz qidadır. Faydası çox olduğundan qiyməti də yüksəkdir.

    Hazırda bir kiloqramı 1800-2000 dollara təklif edilir.

    Azərbaycan isə dünyanın ən bahalı kürüsündən gəlir əldə edən ölkələrdəndir. Bunun üçün nərə balıqları xüsusi təsərrüfatlarda yetişdirilir.

    “İTV Xəbər” Neftçaladakı balıq təsərrüfatından videoreportaj hazırlayıb.

    Ətraflı videoda:

  • Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? – ARAŞDIRMA (VİDEO)

    Paytaxtda yataqxana tipli binalarda ucuz mənzillər satışa çıxarılır.

    Xezerxeber.az-ın məlumatına görə, qiyməti münasib olduğundan həmin mənzilləri almağa maraq göstərənlər də kifayət qədərdir.

    Ancaq ekspertlər bildiriblər ki, bu mənzilləri almaq istəyənlər diqqətli olmalıdırlar.

    Əmlak eksperti Ramil Qasımzadə yataqxanalardan mənzil almağın riskli olduğunu qeyd edib:

    “Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək”,- deyə ekspert bildirib.

    Yalnız istisnalar da var.

    Ətraflı süjetdə:

  • Армяне пытались присвоить древний памятник культуры в Лачынском районе – ВИДЕО

    Обнародованы кадры расположенного в горном лачынском селе древнего памятника культуры, который в свое время подвергся армянскому вандализму.

    Соответствующая видеозапись была продемонстрирована на телеканале AzTV.

    Было отмечено, что оккупанты нанесли на стены исторического сооружения надписи на армянском языке.

    Подробнее – в видео:

  • Ermənilər illərin türbəsini özününküləşdirmək istədilər: Abidəmizin acınacaqlı GÖRÜNTÜSÜ – VİDEO

    Laçının dağlıq kəndlərində vandallığa məruz qalan mədəni abidələrimizin yeni görüntüləri yayılıb.

    Bu barədə kadrlar “AzTV Xəbər”də yayımlanıb.

    Belə ki, ermənilər türbələrin üzərinə əlifbaları ilə yazılar yazılıblar.

    Ətraflı videoda:

  • В Перу в ДТП с автобусом погибли более 20 человек

    Минимум 23 человека погибли, еще 9 пострадали в результате падения автобуса с обрыва на севере Перу.

    По данным местных СМИ, авария произошла в провинции Селендин (регионе Кахамарка). Пострадавшие были госпитализированы.

    Прокуратура начала расследование происшествия.

    Власти объявили в провинции двухдневный траур.

    Источник: ТАСС

  • Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb

    Perunun şimalında avtobusun uçurumdan aşması nəticəsində azı 23 nəfər ölüb, doqquz nəfər yaralanıb.

    Məlumata görə, qəza Selendin əyalətində (Kacamarka bölgəsi) baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

    Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

    Hakimiyyət əyalətdə iki günlük matəm elan edib.

    Mənbə: TASS

  • ADNA-da terror aktı törədilməsindən 15 il ötür

    Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.

    Terror hadisəsindən 15 il ötür.

    Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

    Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

    Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər – Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

    “Report” terror aktı nəticəsində ölənlərin və yaralıların adlarını xatırladır:

    Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü

    Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

    Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü

    Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

    Tələbələr:

    Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

    Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

    Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

    Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

    Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü

    Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü

    Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

    və Akademiyaya süd məhsulları gətirən:

    Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

    Yaralananların siyahısı:

    İsayev Kənan

    Mustafa Məhəmməd

    Rüstəmbəyov Faiq

    Şirəliyev İlkin Azər oğlu (1989-cu il)

    Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)

    Axundov Rəhman

    Cəmiyev Elvin Azər oğlu (1989-cu il)

    Hüseyinli Zemfira

    Daas Muavviyyə (Suriya)

    Seyidəhməd Əmru.

  • Президент Ильхам Алиев принял директора Мусульманского института Пакистана

    30 апреля Президент Азербайджанской Республики Ильхам Алиев принял директора Мусульманского института Исламской Республики Пакистан, премьер-министра штата Джунагад Сахибзаде Султана Ахмада Али.

    Как сообщает АЗЕРТАДЖ, на встрече была подчеркнута важность предстоящего в Баку Всемирного форума по межкультурному диалогу, отмечено, что это мероприятие вносит вклад в дело налаживания связей между представителями различных культур.

    В ходе беседы были затронуты азербайджано-пакистанские связи, отмечено, что дружественные и братские отношения между нашими странами успешно развиваются во всех сферах, подчеркнуто значение постоянной поддержки Азербайджаном и Пакистаном друг друга в различных вопросах.

    На встрече отмечалось, что визит великого лидера Гейдара Алиева в Пакистан заложил основу связей между нашими странами, было доведено до внимания, что взаимные визиты и встречи на высоком уровне способствуют укреплению двусторонних отношений.

  • İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.

    Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.

    Görüşdə ulu öndər Heydər Əliyevin Pakistana səfərinin ölkələrimiz arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.