Month: April 2024

  • CDRI COP29-da telekommunikasiyanın davamlılığı ilə bağlı araşdırma təqdim edəcək

    Fəlakətlərə Dayanıqlı İnfrastruktur Koalisiyası (CDRI) Bakıda keçiriləcək COP29 iqlim konfransında təbii fəlakətlərə qarşı telekommunikasiya infrastrukturunun gücləndirilməsinə dair yeni araşdırmanı təqdim edəcək.

    Bu barədə Hindistan KİV-i məlumat yayıb.

    CDRI baş direktoru Amit Prothinin sözlərinə görə, təşkilat bütün dünyada telekommunikasiya infrastrukturu layihələrini genişləndirir və bu il xarici ölkələrdə təşəbbüslərə başlayacaq.

    “Biz Hindistanın bir neçə ştatında telekommunikasiya məkanında risklərin harada olduğunu anlamaq üçün araşdırma aparırıq”, – o əlavə edib.

    A.Prothi qeyd edib ki, araşdırmanı təqdim etməklə yanaşı, CDRI inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yeni maliyyə alıcıları dəstinin nümayişini planlaşdırır.

    Qeyd edək ki, CDRI Hindistanın rəhbərlik etdiyi təşəbbüsdür və ekoloji təlatümlərdən yarana biləcək mümkün risklərin modelləşdirilməsi üzrə digər ölkələrə xidmətlər təqdim edir.

  • Завтра в некоторых районах Ярдымлы и Масаллы будет временно ограничено газоснабжение

    Завтра будет временно ограничено газоснабжение некоторых частей Ярдымлинского и Масаллинского районов.

    Завтра в связи с ликвидацией утечек газа, возникших на магистральном газопроводе высокого давления “Ордахал-Ярдымлы” на территории Ярдымлинского района с 10:00 до завершения работ в городе Ярдымлы и в 15 селах района будет временно приостановлено газоснабжение.

    Также в связи с установкой газорегулятора на газораспределительной станции “Масаллы”, расположенной на территории Масаллинского района, будет временно ограничено газоснабжение 17 000 абонентов и 225 промышленных объектов в городе Масаллы, поселках Сейбатин, Самидхан-2, Аркиван, селах Онджагала, Гусейнгаджилы, Мусакючя, Гяячёль, Хыл, Сирабиль, Сарчувар, Тезекенд, Гарибляр, Исиляр, Ниналов, Мамедрзакючя, Гызылавар и Кёлатан.

  • Sabah Yardımlı və Masallının bəzi ərazilərində qaz kəsiləcək

    Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

    Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

    Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı” qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Гендиректор ЕК по расширению совершит турне по странам Южного Кавказа

    Гендиректор Еврокомиссии (ЕК) по расширению и политике соседства Герт Ян Копман с 30 апреля по 4 мая совершит турне по странам Южного Кавказа.

    Об этом сообщают армянские СМИ со ссылкой на представительство ЕС в Армении.

    Согласно информации, Копман прибудет в Армению 30 апреля, далее он посетит Грузию и Азербайджан.

    “Цель турне – обсудить вопросы двустороннего и регионального сотрудничества, а также выступить с новыми инициативами”, – отметили в представительстве.

  • Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Cənubi Qafqaza səfər edəcək

    Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.

    Bu barədə Ermənistan KİV-i Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayıb.

    Məlumata görə, Baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək.

    “Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, – nümayəndəlikdən bildirilib.

  • В Нигерии в результате ДТП погибли не менее 19 человек

    По меньшей мере 19 человек погибли, 3 пострадали в результате ДТП в штате Коги в центре страны.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом агентству Xinhua сообщила дорожная полиция.

    По данным предварительного расследования, причиной инцидента стало столкновение грузовика с автобусом на встречной полосе шоссе Окене – Локоджа. Один из пострадавших был госпитализирован в тяжелом состоянии.

    Полиция сообщила, что водитель грузовика выжил и будет привлечен к ответственности.

  • Nigeriyada yol qəzası baş verib, azı 19 nəfər ölüb

    Nigeriyanın mərkəzindəki Koqi əyalətində baş verən yol qəzasında azı 19 nəfər ölüb, 3 nəfər yaralanıb.

    Bu barədə “Sinxua” agentliyinə yol polisi məlumat verib.

    Məlumata görə, hadisəyə səbəb yük maşını ilə avtobusun toqquşması olub. Vəziyyəti ağır olan zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib.

    Polis yük maşını sürücüsünün sağ qaldığını və məsuliyyətə cəlb olunacağını bildirib.

  • Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun 4 fəaliyyət istiqaməti olacaq.

    Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

    Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    – Agentlik tərəfindən tabeliyində olan qurumların təsdiq edilmiş smetaları və digər dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə hüquqi və fiziki şəxslərin sifarişləri əsasında su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər obyektlərin layihələndirilməsini həyata keçirmək;

    – qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühəndisaxtarış işlərini həyata keçirmək;

    – müvafiq sahənin inkişafını təmin etmək;

    – bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

  • Rusiya Ukraynanın Semyonovka kəndini tutub

    Rusiya Ukraynanın Donetsk vilayətində yerləşən Semyonovka kəndini tutub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

    Kənd Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşir.

  • De Bruyne İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib

    “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruyne İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

    Belçikalı yarımmüdafiəçi assist rekorduna imza atıb.

    32 yaşlı futbolçu cari mövsüm Premyer Liqada keçirdiyi 18 matçda 2 və ya daha artıq qol ötürməsi etməklə bunu bacarıb.

    Qeyd edək ki, Kevin De Bruyne son olaraq XXXV turda “Nottinqem Forest”lə matçda (2:0) iki məhsuldar ötürmə ilə yadda qalıb.