“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb.
Daşıyıcı raket aprelin 17-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən start götürüb.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
Month: April 2024
-
“SpaceX” daha 23 internet peykini orbitə çıxardı
-
Ermənistanda 13 yaşlı qız zorlanıb

Ermənistan Vardenis rayonunda 13 yaşlı qıza qarşı cinsi təcavüz edilib.
“Aysor.am”ın məlumatına görə, Zod qəsəbəsinin sakini olan qız taksi ilə Vardenis Musiqi Məktəbinə gedirmiş. Taksi sürücüsü və yanında olan başqa bir kişi qıza təcavüz edib.“Hazırda qızın vəziyyəti çox ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparır”, – mənbə bildirib.
Zod icmasının rəhbəri Sevak Xaçatryan xəbəri təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.
Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.
-
Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. -
4-cü sinifi bitirənlər üçün “Son zəng” keçirilir? – Rəsmi AÇIQLAMA
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Bu barədə o, brifinq zamanı məlumat verib.
Direktor bildirib ki, 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsi valideynlərin təşəbbüsü ola bilər, Agentlik məktəblərə belə tapşırıq verməyib:
“Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”. -
Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK
Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq. -
Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi
Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər və maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu 15 faiz olacaq.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
8711 10 000 – – mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli: 8711 10 000 1 – – – konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksi-mal sürəti saatda 50 km-dən çox olan əd 15 8711 10 000 9 – – – digərləri əd 15 8711 60 900 – – digərləri: 8711 60 900 1 – – – konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan əd 15 8711 60 900 9 – – – digərləri əd 15 -
Qırğızıstanda “TikTok” qismən BAĞLANDI
“TikTok” sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb.
Bu barədə TASS məlumat yayıb.“TikTok”a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq, demək olar, mümkün deyil. Bu sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün çox vaxt tələb olunur: təxminən 5-10 dəqiqə.
Xatırladaq ki, bir neçə gün öncə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasını tələb edib.
-
Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər – Video
AzTV-nin “Qızıl Fond”unda 1981-ci ildə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin xatirə gecəsindən olan görüntülər təqdim olunub.
Kult.az xəbər verir ki, Rüstəm İbrahimbəyov, Anar, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Akif İslamzadə, Vaqif Səmədoğlu və digər tanınmışların yer aldığı xatirə gecəsində Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin ifasını da dinləyiblər.Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
-
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib.
Median.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hazırda İsveçdə yaşayan Milli Qəhrəmanın yaxınları bildiriblər.
“Şahin Tağıyev 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, – ailə üzvləri Milli Qəhrəman haqqqında danışarkən deyiblər.
Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır:
“İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”.
Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.







