Month: April 2024

  • В Баку мужчина нанес своему отцу тяжелую травму

    В Сураханском районе Баку пожилой мужчина получил тяжелую травму головы в ходе семейно-бытового конфликта.

    Как сообщает АПА, случай был зафиксирован в поселке Амирджан.

    Согласно информации, Сулейман Тахмазов (1969 г.р.) в своем доме подвергся нападению со стороны сына.

    Отмечается, что мужчина нанес своему отцу удар по голове тупым предметом.

    Пострадавший был госпитализирован.

    По данному факту в Сураханском районном управлении полиции проводится расследование.

  • Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü

    Bakının Suraxanı rayonunda ailə-məişət zəminində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

    1969-cu il təvəllüdlü Süleyman Sərxan oğlu Təhməzov yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.

    Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” – Qətlin TƏFƏRRÜATI

    Astara rayonunda 1996-cı il təvəllüdlü Tahir qısqanclıq zəminində yaranan mübahisə zamanı həmyerlisi Ayazı (adlar şərti verilib – red.) öldürüb.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tahir 1 may 2023-cü ildə Astara rayonunun kəndində ailəsi ilə birgə yaşadığı yaylaq sahəsində təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedb.

    Tahirin arvadı Aytacla evdə tək qalan Ayaz ona sataşıb, onunla intim münasibətdə olmaq istəyib. Meşədən qayıdan Tahirə arvadı baş verənləri danışıb. Tahir qisas almaq niyyəti ilə Ayazı öldürmək qərarına gəlib. Yaylaqdan çıxaraq qohumunun obasına tərəf gedən Ayaza zəng edib və yalandan meşə ərazisində mal-qaraya canavarın hücum etdiyini bildirib.

    Ayazı köməyə çağırdıqdan sonra onun dərəyə tərəf gələcəyinə əmin olub. Həmin yerə kəsə yolla gedərək Ayazla qarşılaşıb. Arvadına sataşdığı üçün mübahisə edib, əvvəlcədən götürdüyü balta ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ayaz aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    “Dedi ki, aramızda böləcəyik”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünün Ayazla münasibəti həmişə yaxşı olub: “Hərbi xidmətdən qayıtdıqdan sonra münasibətimiz yavaş-yavaş daha da yaxşılaşdı. Onunla təsərrüfat işlərində işləmişik, heyvandarlıqla məşğul olmuşuq. Mən Ayazın qoyunlarına baxmışam. Buna görə şəriklik etmişik.

    Ayaz dedi ki, 30 qoyun doğduqda onun balalarını aramızda iki paya böləcəyik. Bundan başqa, iribuynuzlu heyvanlarını da baxmağım üçün gətirdi. Lakin onlara baxdığıma görə mənə heç bir şey vermədi. Sonradan bütün təsərrüfat işlərini idarə etməyi mənə tapşırdı. Dedi, buna görə əlavə hörmət edəcək, lakin etmədi”.

    “Bu təklifi ilə razılaşdım”

    Təqsirləndirilən şəxs qeyd edib ki, Ayazla üç il işlədikdən sonra qoyunları təhvil verib, evinə gedib: “Məndən sonra Ayaz təzə çoban tutdu. Amma dörd ay işlədikdən sonra çoban getdi. Ayaz bizə gəlib dedi ki, mənə kömək elə, heyvanlara bax, yayda onları satacağam. Heyvanları bizdə qoydu. Bu hadisə keçən ilin martında olmuşdu.

    Sonra mən daş karxanasına işləməyə getdim. Ayaz gəlib heyvanlarını bizdən apardı. Daş karxanasından qayıtdıqdan sonra Ayaz yenə də heyvanlarına baxmağımı təklif etdi. Amma onunla razılaşmadım. Ayaz “gəl, heyvanları satım sənə” – deyə təklif etdi. Mən də heyvanların hamısını almağa imkanımın olmadığını, 20 baş qoyun ala biləcəyimi bildirdim.

    Ayazdan 20 baş qoyunu aldım. Bu zaman o, təklif etdi ki, 10-15 baş qoyununa baxım, onun da evində qalım. Bu təkliflə razılaşdım. Düşündüm ki, payıza kimi qalıb, sonra öz qoyunlarımı da satıb, özümə ev tikdirərəm.

    Ayaz təklif etdi ki, qalx yaylağa, evimdə qal, heyvanlara orada bax. Mən də yoldaşım ilə birlikdə Ayazın yaylaqda olan evinə qalxdım”.

    Tahirin sözlərinə görə, iki ay həmin yerdə qalıblar, ora isə gələn-gedən olmayıb: “Sonradan Ayaz ora gəldi, usta çağıraraq tövlə tikdirdi. Həmin vaxtlar usta da, Ayaz da orada qalırdı. Sonra qardaşım, yeznəm və atam da gəldilər. Qardaşım toya getmək üçün yaylaqdan çıxdı, yoldaşı, körpə uşağı, Ayaz orada qaldı”.

    “Arvadım ona sataşdığını dedi”

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü birlikdə işləyiblər, özü çıxıb meşəyə heyvanların dalınca gedib: “Ayaz isə orada qaldı, taxta kəsdi. Usta dedi, Ayaz, gəl birlikdə gedək, sonra maşın olmayacaq getməyə. Ayaz isə getmədi. Mən dağdan heyvanları gətirməyə getdim.

    Ayaz həmişə mənim evimdə olub, ondan belə hərəkət gözləməzdim. Təxminən 40 dəqiqə sonra qaldığımız yerə qayıtdım. Gördüm, arvadım ağlayır, qapı isə açıqdır. Ondan nə baş verdiyini soruşdum. Ayazın ona sataşdığını dedi. Mən buna inana bilmədim. Dedim, gözlə, heyvanları bağlayıb gələcəyəm.

    Heyvanları Ayazın sahəsinə buraxdım, ona zəng vurdum. Dedim ki, heyvanlara, deyəsən, canavar hücum edib. Bu adla onu əraziyə çağırdım. Onunla təpədə rastlaşdıq”.

    “Zərbə mənə dəymədi”

    Təqsirləndirilən şəxs deyib ki, Ayazdan arvadına niyə sataşdığını soruşub: “Dedi, məndən belə bir şey gözləyirsən? Sonra mənimlə mübahisə etdi. Dedi, sən özündən çox razısan, özünü tutmusan, məndən uzaqlaşmaq istəyirsən.

    Ayaza daş karxanasında daş atıb gəldiyimi, nə ilə özümü tutduğumu dedim. Ayaza arvadımın onun qızı yaşda olduğunu, özünün də ailəsinin olduğunu dedim. Ayaz qayıtdı ki, mənim ailəmin adını çəkmə. Mübahisə zamanı Ayaz “bu günə kimi kiminlə istəmişəmsə, onunla cinsi əlaqədə olmuşam, bundan sonra da belə olacağam” dedi.

    Ayazın əlində çomaq vardı, məndə isə balta. Dedim, sənin qohum-əqrəban bunun üçün səninlə işləmir. Ayaz əlindəki çomaqla başıma vurdu. Zərbə mənə dəymədi”.

    “Baltanı gizlətmişəm”

    Tahirin sözlərinə görə, daha sonra Ayazı tutub, gödəkçəsi əlinə keçib, onu aşağı itələyib:

    “Bundan sonra balta ilə vurdum. Yıxılandan sonra telefonunu götürərək sındırdım, meşəlik ərazidə basdırdım. Daha sonra evə gəldim, quzuları ayırdım. Yaşadığım yerdə elektrik olmadığından və telefonumda enerji tükəndiyindən Əlinin komasına getdim. Orada telefonumu elektrik enerjisinə qoşdum, sonra evə gəldim. Səhəri yavaş-yavaş mənə zənglər gəldi. Qorxduğumdan Ayazı öldürməyim barədə heç nə demədim. Sonradan polis şöbəsində etiraf etdim.

    Balta ümumiyyətlə həmişə özümdə olub. Meşəyə, dağa gedəndə özümlə aparmışam.

    Sonuncu hadisə zamanı düşündüm ki, Ayaz mənim bildiyim hərəkəti edibsə, balta ilə onu öldürəcəyəm. İlkin zərbəni vurarkən əlbəyaxa olmuşuq. Səhv etmirəmsə, zərbəni boğazına vurdum. Bu zərbədən yerə yıxıldı. Yıxılandan sonra ona bir-iki zərbə də vurdum. Amma harasına dəydiyini bilmədim.

    Sonra telefonu götürüb meşəyə tərəf qaçdım. Ayaz yıxılandan sonra ona çoxlu zərbələr vurmadım. Baltanın tini ilə dartıb onu yoldan kənara çıxardım. Ayaz uçurumun kənarında idi.

    Baltanın tini iti idi. Birinci dəfə çəkəndə balta çıxdı. Daha sonra baltanı salıb bir də çəkdim. Mən yanında olanda hələ ölməmişdi. Onun böyründə cızıqlar ola bilərdi. Çünki Ayaza əl vurmamaq üçün onu baltanın tini ilə çəkmişəm. Hadisədən sonra baltanı evdən yuxarıda, yıxılmış ağacın altında gizlətmişəm”.

    Məhkəmədə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaq zamanı verdiyi ifadəsi tədqiq edilib.

    “Məqsədim öldürmək olub”

    Tahir istintaq zamanı verdiyi ifadəsində göstərib ki, atasının ögey dayısı Ayazla münasibətləri yaxşı olub: “Onun kənddə təsərrüfat sahəsi, mal-qarası, kəndin meşəlik ərazisində mal-qara saxladığı yaylaq sahəsi var. Son 3 ildə Ayazla şərikli işləmişik.

    2023-cü ilin mayın 1-də Ayaz, mən və ailə üzvlərim yaylaqda idik. Ayazla tövlədə bir qədər iş gördük. Saat təxminən 16 radələrində qoyunları gətirmək üçün meşəyə getdim. Ayaz isə evdə qaldı. Arvadım da evdə idi.

    Qoyunları gətirdikdə arvadımın ağladığını gördüm. Ondan ağlamasının səbəbini soruşanda dedi ki, Ayaz ona sataşmaq istəyib, ancaq o, Ayazdan qaçıb. Həmin vaxt Ayaz yenicə evdən çıxaraq kəndə qayıtmışdı. Arvadım Ayazın sataşmaq istədiyini dedikdən sonra ağlamağa başladı. “Mən ona dayı deyirdim, belə adam olduğunu bilmirdim, onun övladı yaşdasan, necə belə iş tuta bilər” deyə təəccübləndim.

    Biabır olmamaq və camaatın lağ etməməsi üçün arvadıma bu barədə heç kimə heç nə deməməyi tapşırdım. Sonra arvadıma qoyunları ayırıb tövləyə salacağımı dedim və evdən çıxdım. Məqsədim Ayazı öldürmək idi. Onun arvadıma qarşı etdiyi əxlaqsızlığı qəbul edə bilməzdim”.

    “Özümü soyuqqanlı apardım”

    Daha sonra Tahir istintaqa verdiyi ifadəsində Ayazı öldürməsindən danışıb: “Qətli törədəndən sonra evə qayıtdım. Həmin vaxt güclü yağış başladı. Üzərindəki qan ləkələrini təmizləmək üçün baltanı yol boyu yaş vəziyyətdə olan ot və yarpaqlara sürtərək təmizlədim. Evin yuxarısına tərəf təxminən 300-400 metr qalxıb baltanı qurumuş ağac kötüyünün altında basdırdım, üzərini torpaqla örtdüm. Məqsədim izi itirmək idi.

    Sonra evə gəldim. Arvadıma paltarlarımı yumağı tapşırdım. Yeməyini yedikdən sonra yaşadığım evdə işıq olmadığı üçün arvadımın əmisi Əlinin evinə telefonu enerjiyə taxmaq üçün getdim. Hadisə barədə heç kimə heç nə demədim. Özümü soyuqqanlı apardım. Arvadımın əmisinin evindən qayıdaraq yatdım”.

    “Meyiti tapıldı”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, səhəri gün, yəni mayın 2-də, səhər saatlarında Ayazın atası Mərdana zəng edib, inəyin xəstə olduğunu deyib və bunu Ayaza bildirməyi xahiş edib:

    “Mərdan Ayazın evə gəlmədiyini dedi. Sonra Ayaza zəng etdim, zəng çatmadı. Bunları etməkdə məqsədim iz azdırmaq idi. Belə etsəm, hadisəni mənim törətdiyimdən heç kimin şübhələnməyəcəyini düşündüm.

    Günortadan sonra Sadiq zəng edib qardaşı Ayazı soruşdu. Ona Ayazın əvvəlki gün axşam vaxtı evdən çıxaraq qayınatasıgilə getdiyini bildirdim. Sadiq Daxili İşlər Nazirliyinin 102 mərkəzinə zəng edərək Ayazın itkin düşməsi barədə məlumat verdi.

    Kənd sakinləri Ayazı axtarmaq üçün meşə ərazisini gəzməyə başladılar. Özümü şübhəli aparmadan meşədə axtarışa qoşuldum. Meyitin tapılmaması üçün mənimlə birlikdə onu axtaran şəxsləri qəsdən başqa istiqamətə apardım. Mayın 3-də səhər saatlarında meyit tapıldı”.

    “Dedi ki, səni rüsvay edəcəyəm”

    İş üzrə şahid qismində ifadə verən Aytacın sözlərinə görə, həmin gün həyətdə tövlə üçün taxta qapı düzəltməklə məşğul olan Ayazla Tahirə həyətdə çay verib, evdə uşaqları ilə məşğul olub:

    “Ayazla Tahir çay içdilər. Sonra Tahir qoyunları gətirmək üçün getdi. Ayaz həyətdə əl-üzünü yuyan zaman əynində olan köynəyi çıxardı, evə girdi. Qurulanmaq üçün dəsmal istədi. Soruşdum ki, Tahir hanı. Dedi, qoyunların dalınca gedib.

    Daha sonra Ayaz üstümə gələrək dedi ki, Tahiri nə edirsən, mən buradayam. Dedim ki, qızın yaşdayam, sən nə edirsən? Boşqabı götürmək istəyəndə əlimdən tutdu. Boşqab yerə düşərək sındı. Sonra dodağımdan, boynumdan öpdü, əynimdə olan xalatın zəncirbəndini açmağa başladı. Müqavimət göstərmək istəsəm də, gücüm çatmadı. Ayaz fiziki cəhətdən güclü idi. Bir əli ilə ağzımı tutdu və yerə yıxdı. Əlimlə əlini tutaraq mane olmaq istəsəm də, gücüm çatmadı.

    Ayaz xalatımın zəncirbəndini açdıqdan sonra boğazımdan öpməyə başladı. Həyətdən səs gəldi. Ayaz səs eşitdikdə üstümdən qalxdı. Dedi, əgər Tahirə bu barədə desən, səni rüsvay edəcəyəm. Sonra digər otağa keçdi.

    Tahir görməsin deyə dərhal xalatın zəncirbəndini bağladım. Ayaz digər otağa keçib paltarını geyindi. Mən on aylıq uşağımı götürüb, həyətə bulağın başına düşdüm. Ayaz mənə yaxınlaşaraq dedi ki, səndən xoşum gəlir, sən də razılaşmadın, heç kimə heç nə demə. Sonra evinə gedəcəyini deyib, çomaq götürərək kəndə getdi”.

    “Mənə sataşdığını dedim”

    Aytac qeyd edib ki, Tahir evə gələndə ağladığını, üz-gözünün qızardığını görüb: “Məndən nə üçün ağladığımı soruşanda ona Ayazın mənə sataşdığını, onun yaxşı adam olmadığını, buradan köçmək istədiyimi dedim. Tahir bunu eşidib ağladı, biabır olmayaq deyə bu barədə heç kimə heç nə deməməyi tapşırdı. Sonra qoyunları ayırıb tövləyə salacağını deyərək evdən çıxdı.

    Təxminən 1 saat sonra gəlib qoyunları tövləyə saldığını dedi. Çay içib meyvə yedi, telefonunu enerjiyə taxmaq üçün Əlinin komasına getdi”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 16 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, qətlə yetirilən şəxs keçmiş bələdiyyə sədri olub. Qətlə yetirilən zaman isə müəllim işləyirmiş.

  • Принадлежащая российским миротворцам военная техника направляется в Россию – ВИДЕО

    Российские миротворцы, временно дислоцированные на территории Азербайджана, покидают Карабахский регион.

    Соответствующую видеозапись представило Общественное телевидение (İTV).

    На этих кадрах видно, что военная техника, принадлежащая российским миротворцам, посредством железнодорожного транспорта направляется в сторону России.

    Отметим, что победа Азербайджана во второй Карабахской войне, начавшейся в сентябре 2020 года и продолжавшейся всего 44 дня, привела к подписанию властями Армении акта о капитуляции.

  • Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda – VİDEO

    Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər.

    Bu barədə özəl görüntülər “İTV Xəbər”də yayımlanıb.

    Görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür.

    Qeyd edək ki, 2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistan hakimiyyətinin kapitulyasiya aktı imzalaması ilə nəticələnib.

    Həmin görüntüləri təqdim edirik:

  • Ходжалинский аэропорт переходит под контроль Азербайджана – ВИДЕО

    Еще один важный стратегический объект на освобожденных от армянской оккупации территориях перейдет под полный контроль Азербайджана.

    Об этом Xəzər Xəbər сказал военный эксперт Адалят Вердиев.

    По его словам, окончательная передача Ходжалинского аэропорта под юрисдикцию азербайджанского правительства произойдет после того, как российский миротворческий контингент полностью покинет Карабах.

    Специалист добавил, что данный объект имеет особое значение из-за близости к территории сразу нескольких районов. Аэропорт обладает огромным потенциалом и с точки зрения грузоперевозок.

    По мнению А.Вердиева, также будут расширены технические возможности авиагавани.

    Подробнее – в сюжете.

  • Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

    “İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt Azərbaycanın tam nəzarətinə keçəcək”.

    Bunu “Xəzər Xəbər”ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

    Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq.

    Ekspert bildirib ki, Xocalı aerportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə, xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var.

    Ekspert əlavə edib ki, Xocalı aerportunun texniki imkanları da genişləndiriləcək.

    Ətraflı süjetdə:

  • Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии – ВИДЕО

    Азербайджанский водитель фуры на протяжении уже трех месяцев не может пересечь границу с Грузией и вынужден находиться на территории страны.

    Как сообщает xezerxeber.az, Агиль Исрафилов утверждает, что 4 февраля грузовик, которым он управлял, попал в аварию в Батуми.

    В результате ДТП обрушился мост, находившийся в аварийном состоянии, а фура, которой управлял мужчина, перевернулась. Прибывшие на место сотрудники полиции оштрафовали А.Исрафилова на 61 000 лари, то есть на 38 000 манатов.

    По словам водителя, он вез в Россию загруженный в Турции шоколад, и следовал транзитом через Грузию. Мужчина также утверждает, что после аварии половина груза была украдена.

    В Министерстве иностранных дел Азербайджана в связи с данным инцидентом порекомендовали попавшему в ДТП гражданину обратиться в посольство Азербайджана в Грузии.

    Подробнее – в сюжете.

  • Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – VİDEO

    Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir.

    Xezerxeber.az-ın məlumatına görə, sürücü Aqil İsrafilov iddia edib ki, idarə etdiyi şokolad yüklü TIR fevralın dördündə Batumi şəhərində qəzaya uğrayıb.

    Nəticədə qəzalı vəziyyətdə olan körpü uçub, sürücünün idarə etdiyi avtomobil isə aşıb. Bundan sonra hadisə yerinə gələn polis sürücüyə 61 min lari, yəni 38 min manat cərimə yazıb.

    Zərərçəkmiş sürücü bildirib ki, Türkiyədən götürdüyü şokoladı Rusiyaya aparırmış və Gürcüstandan tranzit olaraq keçirmiş. Sürücü iddia edir ki, qəzadan sonra onun başı qarışıq olduğu üçün yükün yarısı da oğurlanıb.

    Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, yol-nəqliyyat hadisəsi keçirən sürücü bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etsin.

    Ətraflı süjetdə:

  • Saxlanılan tiktokerlər nə edirmişlər? – ARAŞDIRMA

    Son günlər əməlli-başlı “tiktoker ovu” gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası alan tiktokerlər var. Bəs onlar konkret nə ediblər? Suala cavab tapmaq üçün AzVision.az-ın əməkdaşları yerli tiktokerlərin pis qoxulu profillərinə baxmaq əzabına qatlanmalı olub…

    Saxlanılma xəbəri yenicə çıxan 1994-cü il təvəllüdlü, ”Semka” ləqəbi ilə tanınan Samir Ramazanovdan başlayaq. O, qeyri-etik paylaşımlarına görə 30 sutka inzibati qaydada həbs edilib. “Semka” tez-tez bir sıra xanım və oğlan tiktokerlərlə birgə canlı açır, yarış keçirirdi. Tərəf-müqabili ilə ünsiyyət zamanı bir çox hallarda qeyri-etik sözlər işlədirdi. Profil paylaşımlarında isə parikdən istifadə edərək, daha çox qadın obrazları yaradır və onları təqlid edirdi.

    1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini ”Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, yenidən məsuliyyətə cəlb edilib və müvafiq qərarla inzibati qaydada 30 sutka həbs edilib. O, “Tik-Tok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxır.

    Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

    “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, ”Roşka” ləqəbli Rövşən Süleymanov da saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30, R.Süleymanov isə 20 sutka inzibati qaydada həbs edilib. Onlar sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləməkdə günahlandırılırlar.

    Tiktoker Ləman Vəliyeva da bir neçə dəfə saxlanılıb. Saxlanılmaya səbəb canlı yayımlar zamanı milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydalarıdır. Onun səs-küylü paylaşımlarından biri də himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlətməsi olmuşdu. Ümumiyyətlə, bu qadın tiktoker canlı yayımlarında tez-tez söyüşlər işlətməsi ilə xatırlanır. Bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu “Tik-Tok” istifadəçilərinin canlı yayımda işlətdiyi qeyri-etik ifadələrə görə DİN-ə şikayət ünvanlamışdı.

    Şikayət edilənlər arasında tiktoker Əmrahın da adı var idi. O, Gürcüstandan Azərbaycana qayıdarkən Hava Limanında saxlanılmışdı. O, daha əvvəl canlı yayımda işlətdiyi söyüşlərə görə həbs edilib.

    “Daqqılı” ləqəbli bloqer Ziliş Cəfərov narkotika istifadəsinə görə 15 sutka həbs olunmuşdu. Bakının Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: “1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən, müayinə üçün narkoloji dispanserə aparıldım və psixotrop maddələrdən istifadə etməyim aşkarlandı. Əməlimdən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm”.

    “Tik-Tok”da ”Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov hələ ötən il 15 sutka həbs cəzası almışdı. Onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazilərini sərt tənqid etməsi və daha sonra onlarla Çingiz Xan restoranı yaxınlığında mübahisə etməsi səbəb olmuşdu.

    Bəs əslində normal tiktoker necə olmalıdır? “Tik-Tok” platforması Azərbaycanda özünü doğruldurmu?

    Suallara “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasovla aydınlıq gətirməyə çalışmışıq.

    Ekspert bildirib ki, “Tik-Tok” Azərbaycanda faydalı məlumat emal edən platformaya çevrilə bilmədi, yalnız mənfi, faydasız və qeyri-etik məlumatlarla bəzi insanları məşhurlaşdırdı. Halbuki başqa ölkələrdə – məsələn, Yaponiyada, Çində bu platformada faydalı məlumatlar olur. Elm insanları ondan istifadə edir, fikirlərini yayırlar. Azərbaycanda isə “Tik-Tok”un alqoritmi heç bir intellekti və etikası olmayan insanların məkanına çevrildi. Ona görə də, bu platforma ölkəmizdə birmənalı qarşılanmır, özünü sübut edə bilmir. Bu şəbəkənin bizdə nüfuzu, reputasiyası yüksək deyil. Cəmiyyətdə ən çox tənqid olunan, qınanılan sosial şəbəkələrdən biridir.

    “Orada məşhurlaşan insanlara nəzər yetirin, 70%i qeyri-etik çıxış və geyimlərlə, dəyərləri alçaldaraq, öz övladlarından sui-istifadə edərək tanınıblar. Orada cəmiyyəti poza biləcək, dəyərlərə təsir edən, insanlarda səhv fikir formalaşdıran dezinformasiyalar var. Ona görə də müharibə dövründə ilk bağlanan şəbəkə “Tik-Tok” olmuşdu. Dövlət əsas təhlükəni burada görmüşdü. Şəxsən mən “Tik-Tok”da yoxam. Orada olmağı da qəbul etmirəm. Hərçənd, orada faydalı məlumatlar paylaşan insanlar az da olsa, var”, – ekspert deyib.

    Sosial bloqer, tiktoker Vüsal Yusifli də mövzu ilə əlaqədar fikirlərini bölüşüb:

    “Tiktoker necə olmalıdır” deyə bir anlayış yoxdur. Kiminsə zövqünə uyğun tiktoker olmaq borcumuz da yoxdur. Kim özünü necə görürsə, sosial şəbəkədən də elə ifadə edir. Azərbaycandakı “Tik-Tok” bizim cəmiyyətimizin güzgüsüdür. Kimin intellektual səviyyəsi nə qədərdirsə, səhifəsini də elə idarə edir. Əfsuslar olsun ki, bizdə intellektual səviyyəsi aşağı olanların canlı yayımlarına daha çox tələbat var. Çünki onların hamısı şou xarakterlidir. Bizim cəmiyyət isə şouya düşkündür. Mənim kimi elmi bilgilər paylaşan tiktokerlərin canlı yayımlarında 300-400 nəfər olur, amma bayağı şou edənlərin 4-5-10 min izləyicisi var və minlərlə hədiyyə göndərirlər. Tiktokerlərin həbsinə gəlincə isə keçmiş hüquqşünas olaraq deyə bilərəm ki, cinayət məcəlləsində və ya inzibati xətalar məcəlləsində əxlaq normaları ilə bağlı konkret maddələr yoxdur. Tiktokerlərin əksəriyyətinin qeyri-etik ifadələrə, əxlaqsız və təhqiramiz davranışlara görə həbs olunduğu xəbərlərini oxuyuruq. Bu cür hallara görə cinayət məcəlləsi dəyişməli və yenilənməlidir. Çünki bizim məcəlləmiz 90-cı illər üçün nəzərdə tutulub. “Əxlaq” anlayışı subyektivdir. Kimin üçünsə əxlaqlı sayılan bir şey başqası tərəfindən əxlaqsızlıq kimi qəbul oluna bilər. Əgər biz bir qrup şəxsin əxlaq normalarına uyğun hərəkət edəcəyiksə, bu da düzgün deyil”.

    Bloqer deyir ki, tiktokerlərin həbsinin tərəfdarı deyil:

    “Onlarla söhbətlər aparılsa, daha yaxşı olar. Məsələ həbsə qədər gəlib çatıbsa, yəqin ki, başqa işlər də var. Bu insanları “Tik-Tok”da izləməməliyik. Şəxsən mən Azərbaycanda nə qədər canlı yayımçı varsa, hamısını bloklamışam. Bu cür insanlarla kefimi pozmaq istəmirəm. Yalandan qalmaqal yardırlar ki, insanlar baxsın. “Tik-Tok” azadlıq verir, insan isə azadlıqdan düzgün ifadə edə bilməyən canlı olduğuna görə, bu cür problemlər yaranır”.