Month: April 2024

  • Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”

    “ABŞ və Avropa İttifaqı (Aİ) ilə hərbi-siyasi razılaşmalar barədə məlumatların mətbuatda yer almasından sonra Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”.

    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

    “Əvvəllər İrəvan açıq şəkildə əmin edirdi ki, Qərb ölkələri ilə əməkdaşlığın inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Biz bu amillərin məcmusunu nəzərə alaraq, Ermənistan hakimiyyətindən ortaya çıxan məlumatlara aydın şəkildə reaksiya verilməsini gözləyirik. Daha ideal variant olaraq isə bu məlumatların rəsmi təkzibini”, – deyə diplomat aprelin 5-də Brüsseldə Ermənistan, ABŞ və Aİ-nin görüşünü və bu görüşdə hərbi-siyasi sahədə razılaşmaların əldə olunduğu barədə yayılan xəbərləri şərh edərkən bildirib.

    Mənbə: TASS

  • Подписан меморандум о сотрудничестве между Милли Меджлисом Азербайджана и Конгрессом Новой Каледонии

    Между Милли Меджлисом Азербайджана и Конгрессом Новой Каледонии подписан меморандум о сотрудничестве.

    Как сообщает АПА, меморандум от имени Милли Меджлиса Азербайджана подписала спикер Сахиба Гафарова, от имени Конгресса Новой Каледонии – Рок Вамитан.

    Согласно меморандуму, с целью укрепления дружественных связей между народами Азербайджана и Новой Каледонии стороны будут развивать межпарламентское сотрудничество, оказывать содействие в установлении постоянных связей между комиссиями, комитетами и органами законодательных органов, а также организовывать взаимные визиты делегаций, состоящих из членов парламента, с целью изучения и обмена опытом парламентской и международной деятельности.

    Согласно документу, Милли Меджлис Азербайджана принимает во внимание право народа Новой Каледонии на самоопределение и будет информировать международное сообщество по этому вопросу.

    В документе также отмечается, что для реализации целей меморандума о сотрудничестве будут организованы регулярные встречи.

  • Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

    Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

    APA xəbər verir ki, Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıb.

    Sənədə görə, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

    Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradılacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcəklər.

    Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.

  • Захарова: Армении отводится лишь роль инструмента в руках Запада – ВИДЕО

    Армении отводится лишь роль инструмента, которым Запад хочет разжечь пожар на Южном Кавказе.

    Об этом сказала сегодня в ходе еженедельного брифинга глава пресс-службы МИД России Мария Захарова.

    “Очевидно, что в Вашингтоне и Брюсселе поставлена цель разрушить все связи между Россией и Арменией как в сфере безопасности, так и в экономике, а также подорвать механизмы ОДКБ и ЕАЭС. Западные страны стремятся рассорить ближайших соседей на Южном Кавказе, при этом Армении отводится роль всего лишь инструмента, с помощью которого США и ЕС планируют разжечь новый большой пожар”, – сказала она.

    “Мы не удивимся, если выяснится, что в документе предусматривается замена российских пограничников американо-есовско-натовскими специалистами, расширение подрывной деятельности американцев и ЕС на границе Армении против Азербайджана и Ирана, а также переориентация критически важной инфраструктуры и энергосистемы Армении. Действительно, представители США и Евросоюза активно внушали эти идеи Еревану”, – подчеркнула Захарова, комментируя принятый в ходе брюссельской встречи документ между ЕС, США и Арменией.

    Источник: ТАСС

  • Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” – VİDEO

    “Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib:

    “Görünən odur ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının mexanizmlərini sarsıtmağı qarşısına məqsəd qoyub. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşuları düşmən etməyə çalışır, Ermənistana isə sadəcə ABŞ və Avropa İttifaqının (Aİ) yeni böyük yanğınını alovlandırmağı planlaşdırdığı alət rolu verilir”.

    Zaxarova Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşündə qəbul edilən sənədi də şərh edib.

    “Sənəddə rus sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsi, amerikalıların və Aİ-nin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsinin nəzərdə tutulduğu aydın olsa, təəccüblənmərik. Həqiqətən də ABŞ nümayəndələri və Avropa İttifaqı bu ideyaları İrəvana fəal şəkildə aşılayıblar”, – deyə Zaxarova bildirib.

    Mənbə: TASS

  • Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

    Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar.

    Sənədi 206 nəfər imzalayıb.

    Məktubda deyilir:

    “Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,

    Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.

    Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə, bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.

    Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.

    Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.

    Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.

    Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.

    Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un offşor sistemi ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

    Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.

    Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq”.

  • Деятельность совместного российско-турецкого мониторингового центра в Агдаме будет прекращена

    Деятельность совместного российско-турецкого мониторингового центра в Агдаме будет прекращена.

    Как сообщают турецкие СМИ, об этом сообщили в Министерстве обороны Турции.

    “Процесс по завершению деятельности российско-турецкого совместного мониторингового центра, созданного в городе Агдам 30 января 2021 года для осуществления контроля за прекращением огня и пресечения правонарушений в Карабахском регионе согласно меморандуму, подписанному между Турцией и Россией, продолжается при взаимной координации сторон”, – говорится в информации.

  • Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır – RƏSMİ

    Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:

    “Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir”.

  • На освобожденных территориях строятся 13 школ: две уже построены

    Продолжается ремонт и строительство 13 общеобразовательных школ на освобожденных от оккупации территориях Азербайджана.

    Как сообщает Report, об этом заявил директор Государственного агентства по дошкольному и общему образованию Эшги Багиров.

    Багиров отметил, что в настоящее время на освобожденных территориях функционируют пять школ.

    По его словам, ремонтно-строительные работы в двух школах завершены, в ближайшее время работы начнутся еще в шести школах.

    “На освобожденных территориях в настоящее время функционируют 2 детских сада. Ремонт четырех детских садов продолжается, еще в четырех начнется в ближайшее время”, – сказал он.

  • İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

    “Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

    “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

    Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, ikisi yekunlaşıb, altısının isə təmir-tikintisinə başlanılacaq.

    “Bundan başqa, azad olunan ərazilərdə hazırda iki uşaq bağçası fəaliyyət göstərir, dördünün təmiri davam edir, dördünün də təmir-tikintisinə başlanılacaq”, – deyə agentliyin direktoru əlavə edib.