Month: April 2024

  • Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin – Deputatdan təklif

    Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

    O qeyd edib ki, deyilənə görə palma yağlarının ərimə temperaturu 37 dərəcədir. “Əgər bu yağlar insan bədənində həll edilmirsə deməli palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir.
    Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir. Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişiklər edə bilərik”, – deyə o əlavə edib.

  • Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

    “Məktəbdənkənar təhsil müəssisələrinə qəbul da elektronlaşdırılacaq”.

    “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

    O bildirib ki, bu istiqamətdə də vətəndaş məmnuniyyəti, o cümlədən obyektivlik artırılacaq.

  • Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər

    Avropa İttifaqı dövlətləri İrana qarşı yeni sanksiya paketinin tətbiqi ilə bağlı razılığa gəliblər.

    Bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

    Sanksiyalar raket və pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan şirkətlərə qarşı yönəldiləcək.

    “Biz İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəldik. Bu, İran rəhbərliyinə açıq siqnaldır. Sanksiyaların hədəfi raket və PUA istehsalı ilə məşğul olan şirkətlərdir”, – deyə Mişel bildirib.

    Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran yüzlərlə pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərdən istifadə edərək İsrailə kütləvi hücuma cəhd edib. Hücum ABŞ, Fransa, Böyük Britaniya və İordaniyanın köməyi ilə uğurla dəf edilib.

    Mənbə: Newsru.co.il

  • Азербайджан запустил штурмовик “Лачын” – ВИДЕО

    Согласно утвержденному министром обороны Азербайджана плану подготовки 2024 года, авиационные средства ВВС Азербайджана выполнили учебно-тренировочные полеты.

    Как сообщили в Минобороны Азербайджана, сначала личному составу были разъяснены правила безопасности. После проверки состояния здоровья военных летчиков были выполнены практические полеты.

    “В соответствии со сценарием экипажами самолетов типов Су-25МЛ (“Лачын”) и Су-25 по установленным маршрутам в дневное время выполнялись задачи по взлету, посадке, а также по сложным пилотажным и боевым маневрам на различных высотах.

    В ходе учебно-тренировочных полетов, проводимых с целью совершенствования боевой подготовки военных летчиков, поставленные задачи были выполнены с высоким профессионализмом”, – говорится в сообщении ведомства.

  • Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Vurğulanıb ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

    Ssenariyə uyğun olaraq “Su-25ML” (“Laçın”) və “Su-25” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

    Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

  • Пашинян: Близость Азербайджана должна воодушевлять армян

    Власти Армении хотят, чтобы близость Азербайджана к приграничным армянским селам не тревожила, а воодушевляла их жителей, в частности, перспективами взаимной торговли.

    Об этом заявил армянский премьер Никол Пашинян на встрече с жителями в Тавушской области (Товузгалинский район – ред.), посвященной процессу делимитации и демаркации границы с Азербайджаном.

    “Наша цель, задумка состоят в том, чтобы вы говорили: “В 50 метрах – Азербайджан” не с тревогой, а говорили: “Как хорошо, что в 50 метрах – Азербайджан, мы будем заниматься там торговлей, строить хозяйство”. А может быть построен и пропускной пункт, через который будут проезжать автомобили и платить за это Республике Армения”, – отметил Пашинян.

    По его словам, у сельчан может возникнуть вопрос, а есть ли стопроцентная гарантия, что так и будет.

    “Я на 100% не гарантирую, но знаю, что делая шаг за шагом, дойдем до 90 и более процентов. Но если мы не сделаем эти шаги, то гарантируем, что в регионе будет новый взрыв. Перед нами стоит задача обеспечить верховенство закона в регионе, так как за последние 30 лет мы жили в атмосфере беспредела… Есть право, закон, линия, и мы становимся на этой линии”, – сказал Пашинян.

    Источник: РИА Новости

  • Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”

    “Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinlərimizi sevindirməlidir”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı deyib.

    “Məqsədimiz sizin həyəcansız bir şəkildə “Azərbaycan 50 metr yaxınlığımızdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir”, – baş nazir vurğulayıb.

    O qeyd edib ki, bundan başqa Azərbaycanla sərhəddə avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər.

    Mənbə: Erməni KİV

  • Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb

    Abşeron rayonu Fatmayı qəsəbəsində evlərdən birindən 8 000 manat pul və 8 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

    Bakıda evdən qadınla kişinin meyitləri tapılıb.

    Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

    Meyitlər həmin ünvanda yerləşən evlərdən birində hamam otağında aşkarlanıblar.

    Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Алиева и Арзу Алиева посетили Детский центр музыки и искусства SƏNƏT – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и президент Baku Media Center Арзу Алиева посетили Детский центр музыки и искусств SƏNƏT.

    Соответствующей публикацией Лейла Алиева поделилась на своей официальной странице в Instagram.