Month: April 2024

  • Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar.

    Bununla bağlı Leyla Əliyevanın rəsmi “Instagram” hesabında paylaşım edilib.

    Həmin paylaşımı təqdim edirik:

  • Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı

    Bakıda Avropa ölkələrinə iş vizası düzəltmək adı ilə vətəndaşları aldadan şirkət rəhbərləri barəsində cinayət işi başladılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Niderland, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-24-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

    Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

  • В Гаджигабульском районе пропала девушка

    В Гаджигабульском районе пропала девушка.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    Было отмечено, что 21-летняя жительница Гаджигабульского района Тунзаля Тахмазова ушла из дома и больше не вернулась.

    Приметы Т.Тахмазовой: рост 171 см, волосы черные, среднего телосложения, глаза карие.

    На ней была темно-синяя куртка, черные брюки и черные туфли.

    Всех, кто знает пропавшую на фото либо владеет информацией о ней, просят сообщить об этом в колл-центр МВД по номеру 102 или в Гаджигабульский районный отдел полиции (055-717-87-84).

  • Hacıqabulda gənc qız itkin düşüb

    Hacıqabulda gənc qız itkin düşüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Hacıqabul rayon sakini, 21 yaşlı Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    T.Təhməzovanın əlamətləri: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

    Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

    Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.

  • Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar

    Aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Стало известно о состоянии пострадавшей в ДТП телеведущей Айтен Сафаровой

    Телеведущая Айтен Сафарова в настоящее время проходит необходимое обследование и лечение в Клиническом медицинском центре.

    Об этом в ответ на запрос oxu.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Было отмечено, что А.Сафарова была госпитализирована в отделение нейрохирургии с диагнозом несмещенный перелом ребра и черепно-мозговая травма.

    Ее состояние оценивается как среднетяжелое, стабильное.

    Напомним, что авария произошла утром минувшего дня. В ходе инцидента еще один человек получил травмы, а другой погиб.

  • Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

    “Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”.

    Bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

    Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

    Xatırladaq ki, A.Səfərova aprelin 17-də səhər saatlarında ağır qəzaya düşüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.

  • Одна из главных магистралей Баку будет закрыта на три дня – ФОТО

    В связи с ремонтными работами, которые будут проводиться на выезде из Бакинского международного автовокзального комплекса на кольцевую дорогу (от эстакады до АЗС), с 08:00 19 апреля до 22:00 22 апреля на данном участке дороги будет ограничено движение автотранспорта.

    Об этом сообщает Государственное агентство автомобильных дорог Азербайджана.

    Было отмечено, что водителей просят с пониманием отнестись к проводимой работе и использовать альтернативные пути в указанный промежуток времени.

  • Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq – FOTO

    Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estakadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar – FOTO

    Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik rayonu ərazisindəki evlərdən birindən gecə saatlarında naməlum şəxslərin gitara, saz və məişət əşyaları oğurlaması barədə polis məlumat daxil olub. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar.

    Onlar sözügedən ünvana içərisində xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün daxil olublar. Pul və zinət əşyası tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyası oğurlayıblar. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.