Month: April 2024

  • Ağır qəzaya düşən Aytən Səfərova başqa xəstəxanaya köçürülüb – YENİLƏNİB (VİDEO)

    Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Qeyd edək ki, A.Səfərova açıqlamasında Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirildiyini bildirmişdi.

    * * * * *

    “Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.

    Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

    * * * * *

    Tanınmış aparıcı Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı təfərrüat məlum olub.

    APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində, Gənclik parkının qarşısında qeydə alınıb.

    A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər “Hyundai” ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan “KIA Soul” markalı maşına çırpılıb.

    Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

    * * * * *

    Aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb.

    Bu barədə A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib.

    O qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

    Hazırda müayinə üçün o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

    Aparıcı səhhətinin ağır olduğunu qeyd edib.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    В Ханкенди обнаружены оружие и боеприпасы.

    Об этом сообщает пресс-служба МВД.

    В частности, 16 апреля на территории города были обнаружены и изъяты три единицы автоматического оружия различных марок, ружье, граната, воспламенитель, 14 обойм для патронов, 1 195 патронов различного калибра и другие боеприпасы.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən üç ədəd müxtəlif markalı avtomat silahı, bir tüfəng, bir qumbara, bir alışdırıcı, 14 patron darağı, 1 195 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • Taksi qiymətləri yenidən bahalaşıb? – Eyni yola 1 manat daha artıq

    Azərbaycanda taksi xidməti bahalaşıb.

    Valyuta.az xəbər verir ki, bununla bağlı taksidən istifadə edən müştərilər bildirib. Müştərilərdən birinin sözlərinə görə, tez-tez istifadə etdiyi marşrut xətti üzrə qiymətlər ən azı 1 manat bahalaşıb.

    Müştəri iddia edir ki, əvvəl 4-5 manata getdiyi məsafə 6 manata qədər bahalaşıb.

    “Günün pik saatlarında isə qiymətlər 2 manatdan daha çox bahalaşır”, – deyə müştəri bildirib.

  • “Crocus”un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır – “Baza”

    Rusiya İstintaq Komitəsi “Crocus”un bütün əcnəbi işçilərini terror aktında iştirakına görə yoxlayır. Əsasən Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan vətəndaşları yoxlanılır.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Baza” yazır.

    Teleqram kanalın məlumatına görə, İstintaq Komitəsinin rəhbərliyi müstəntiqlərə terror aktı ilə bağlı cinayət işi üzrə “Crocus”un bütün əcnəbi əməkdaşlarının yenidən dindirilməsi barədə göstəriş verib. Müstəntiqlər bu əməkdaşların Rusiyaya nə vaxt gəlməsi və hansı şəraitdə “Crocus City Hall”a işə düzəldiklərini öyrənməlidirlər.

    İlk dindirmə zamanı məlum olub ki, “Crocus”un bir çox əcnəbi işçisi Rusiyada qeyri-qanuni ola bilər və onlar miqrasiya qanunvericiliyini pozaraq sənədlər alıblar. Buna görə də, müstəntiqlər əməkdaşların patentləri nə vaxt, harada və necə aldığını, hansı məmurun verdiyini, sınaqdan keçənlərin harada və nə vaxt rus dili və Rusiya tarixindən imtahan verdiyini öyrənəcəklər.

    Ümumilikdə, mənbələrin məlumatına görə, “Crocus”un 25 əcnəbi əməkdaşının terror aktında iştirakı yoxlanılacaq.

    Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, bu gün səhər saatlarında istintaq “Crocus City Hall”da baş verən terror aktının birbaşa icraçıları ilə ukraynalı millətçilər arasında əlaqəni təsdiqləyib və prosessual olaraq müəyyən edib.

    Xatırladaq ki, Moskva yaxınlığındakı “Crocus City Hall” binasına hücum martın 22-də baş verib. Bir qrup silahlı şəxs konsert zalında tamaşaçılara atəş açıb, daha sonra binada yanğın başlayıb. 144 nəfər həlak olub, 550-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti “İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb. ABŞ kəşfiyyatının, eləcə də İranın xüsusi xidmət orqanlarının məlumatına görə, terror aktının arxasında qruplaşmanın Əfqanıstan qolu “Vilayəti Xorasan” dayanır.

    Məlumdur ki, Rusiyada 12 nəfər, o cümlədən dördü hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, onların dördü də xarici ölkə vətəndaşıdır.

  • 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)

    Şəhid Ülfət Kərimovun 91 yaşlı anası Fatma Kərimova ilk dəfə oğlunun şəhid olduğu ərazidə olub.

    Bu barədə görüntülər ARB-də yayımlanıb.

    F. Kərimovanın işğaldan azad olunandan sonra ilk dəfə Kəlbəcərə gedişi təsirli görüntülərlə yadda qalıb.

    Daha ətraflı videoda:

  • В Баку построят ветряную электростанцию

    Кабинет министров Азербайджана определил некоторые земельные участки в Гарадагском районе Баку и Абшеронском районе как территорию возобновляемых источников энергии (ВИЭ).

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, земельные участки в поселке Мушфигабад Гарадагского района города Баку и Абшеронском районе общей площадью 34,5 га определены как территория ВИЭ с целью строительства ветряной электростанции установленной мощностью 240 МВт.

  • Bakıda külək elektrik stansiyası tikiləcək

    Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

    Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib
    //report

  • Завтра в трех районах Баку будет временно приостановлено газоснабжение

    Завтра в Хазарском, Наримановском и Гарадагском районах Баку будут перебои в подаче газа.

    Об этом сообщили в Производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    В ведомстве сообщили, что в связи с ремонтными работами с 10:00 17 апреля в Хазарском, Наримановском и Гарадагском районах будет временно приостановлено газоснабжение.

  • Sabah Bakının üç rayonunda qaz olmayacaq

    Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilir ki, “Dübəndi” qazpaylayıcı stansiyasında (QPS) “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir-bərpa işləri görülən müddətdə Xəzər rayonunun (Kənd Qala, Xaşa-Xuna bağları, Laçın və Kəlbəcər rayonlarında olan keçmiş məcburi köçkünlərin yaşadığı ərazilər), Nərimanov rayonunun (F.Yusifov, Təbriz, N.Hacıyev, A.Nemətulla, F.X.Xoyski, Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələri), Qaradağ rayonunun (Lökbatan qəsəbəsinin 20 Yanvar, 28 May, M.Ə.Sabir küçələrində və 1-ci, 2-ci massivlər) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.