Month: April 2024

  • Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb

    Çinin əyaləti saydığı Tayvanın Silahlı Qüvvələri “Lutszian-2” yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, “Lutszian-2″ təkərli şassi üzərindəki mobil buraxılış qurğusu TC-2 raketi ilə (“Tiantszian-2”, ingiliscə adı – “Sky Sword 2”) hədəfdəki pilotsuz uçuş aparatını uğurla vurub. Sınaqlar Zhongshan Jiupeng Elm və Texnologiya İnstitutunun hərbi poliqonunda reallaşıb. Sınaqların ötən həftə keçirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

    Vurğulanıb ki, Tayvan Silahlı Qüvvələri gələcəkdə bu cür tədbirləri hər il keçirməyi planlaşdırır.

    Məlumata görə, “Lutszian-2″ hava hücumundan müdafiə sisteminin ilk nümunələri ötən ilin may ayında Tayvan Quru Qoşunlarının inventarına daxil edilib. Onların hədəf məsafəsi təxminən 15 km-dir. Yeni sistemlərdən təyyarələri, helikopterləri, dronları, həmçinin qanadlı raketləri və başqa hava hədəflərini məhv etmək üçün istifadə oluna bilər.

    Tayvan 1949-cu ildən, Çan Kayşinin (1887-1975) başçılıq etdiyi Homindan (Kuomintang) qüvvələrinin qalıqlarının Çinlə vətəndaş müharibəsində məğlub olduqdan sonra adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

  • HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

    Fələstin hərəkatının rəsmi nümayəndəsi İzzat ər-Rişq bildirib ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə dialoqda güzəştə getməyəcək və bu ölkənin ordusunun Fələstin anklavından tamamilə çıxarılması tələbindən əl çəkməyəcək.

    O, bu barədə teleqram kanalında yazıb.

    Onun sözlərinə görə, Fələstin xalqının müdafiəsi üçün yeganə təminat tam atəşkəsdir. İzzat ər-Rişq əlavə edib ki, HƏMAS “(İsrail hərbi qüvvələrinin) Qəzzadan tamamilə çıxarılması və köçkünlərin anklavın şimal bölgələrinə sərbəst qayıtması zərurəti məsələsində” hər hansı güzəştə getməkdən imtina edir.

  • США распространили в СБ ООН документ по Ирану

    Соединенные Штаты распространили в Совете Безопасности (СБ) ООН документ по атаке Ирана на израильские военные объекты.

    Об этом заявил заместитель постоянного представителя США при всемирной организации Роберт Вуд.

    “Мы распространили кое-что в СБ ООН, посмотрим, что из этого получится”, – сказал он журналистам в ответ на соответствующий вопрос, не уточнив форму документа.

    По словам Вуда, США “не уверены, что смогут найти путь” для обеспечения поддержки документа. “Нам надо ответить на то, что произошло. Это нужно совету”, – заявил американский дипломат.

  • ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib

    ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı sənəd yayıb.

    Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.

    “BMT Təhlükəsizlik Şurasına göndərdiyimiz sənədin cavabını gözləyirik”, – Vud bildirib. O sənədin mətnini açıqlamayıb.

    “Hücumla bağlı cavab tədbirləri olmalıdır, sənədə maksimum dəstək istəyirik”, – diplomat qeyd edib.
    //report

  • Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

    Aprelin 16-da baş tutan açılış mərasimində iştirak edən Leyla Əliyeva tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

    Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

    Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

    Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

    Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.

  • В Баку женщина-водитель пострадала в ДТП

    В Сабунчинском районе Баку произошло дорожно-транспортное происшествие, в котором пострадала женщина-водитель.

    В результате столкновения двух автомобилей травмы различной степени тяжести получила водитель Фарида Хаджиага гызы Ахмедова.

    Пострадавшая госпитализирована. В ходе обследования у нее диагностировали закрытую черепно-мозговую травму и ушиб головного мозга.

    По факту ведется расследование.

  • Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb

    Bakının Sabunçu rayonunda qadın sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    İki avtomobilin toqquşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Əhmədova Fəridə Hacıağa qızı xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Чехия договорилась о закупке 180 тыс. снарядов для Украины

    Чехия договорилась о закупке 180 тыс. артиллерийских снарядов для Украины на средства западных стран.

    Как передает Median.Az со ссылкой на газету Financial Times, об этом заявил премьер-министр республики Петр Фиала.

    “Чехия договорилась о закупке 180 тыс. снарядов за средства западных стран для Украины, – отметил он. – Ведется работа по обеспечению покупки еще 300 тыс.снарядов”.

    Украина получит снаряды, по словам Фиалы, в ближайшие месяцы. Он отметил необходимость для европейских стран продолжать поддержку Киева и одновременно укреплять собственную обороноспособность.

  • Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb

    Çexiya Qərb ölkələrinin vəsaiti hesabına Ukrayna üçün 180 min artilleriya mərmisi almağa razılaşıb.

    “Report” “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Petr Fiala deyib.

    P.Fiala bildirib ki, Ukrayna mərmiləri yaxın aylarda alacaq.

    O, Avropa ölkələrinin Kiyevə dəstəyini davam etdirməsi və eyni zamanda öz müdafiə qabiliyyətini gücləndirməsinin vacibliyini qeyd edib.

  • Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib

    Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

    Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd “İJ-26” markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

    Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri bir ədəd “AK-74” markalı avtomat silahını, 28 ədəd patronu və üç ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.