Month: April 2024

  • AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir

    UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA-nın təşəbbüsü və dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş AzTU-nun fakültələri arasında futzal turniri keçirilir.

    Yarışda 8 komanda mübarizə aparır.

    Oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunur.
    //report

  • Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib

    Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib.

    “Report” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrlik etdiyi məhkəmə iclasında baxlacaq. Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin olunub.

    Qeyd edək ki, eks deputat 2023-cü ilin iyulunda həbs olunub.

    İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

    Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

    Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, o, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

    Qeyd olunub ki, səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır. Almaniya Prezidenti səfər çərçivəsində İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.

    Berlin ilə Ankara arasında müxtəlif sahələrdə əlaqələrin müzakirə olunacağı gözlənilir.
    //report

  • Almaniya millisinin sabiq futbolçusu vəfat edib

    Almaniya millisinin heyətində dünya çempionu olmuş Bernd Heltsenbayn vəfat edib.

    “Ayntraxt” klubunun sabiq futbolçusu 79 yaşında dünyasını dəyişib.

    O, karyerası ərzində UEFA Kuboku və 3 dəfə Almaniya Kubokunu qazanıb.

    Qeyd edək ki, Bernd Heltsenbayn Almaniya millisində 40 oyun keçirib. O, 1974-cü ildə dünya çempionu, 1976-cı ildə keçirilən Avropa çempionatında isə gümüş mükafatçı olub.
    //report

  • В Баку ожидается 24, в районах – 27 градусов тепла

    17 апреля в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Ночью и утром местами ожидается туман. Будет преобладать умеренный южный ветер.

    Температура воздуха ночью составит 9-14°, днем – 19-24° тепла. Атмосферное давление – 762 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-65%, днем – 45-55%.

    В районах Азербайджана преимущественно без осадков. В некоторых местах временами ожидается туман. Будет преобладать временами усиливающийся восточный ветер.

    Температура воздуха ночью составит 9-14°, днем – 22-27° тепла, в горах ночью 5-10°, днем – 15-20° тепла.

  • Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq – PROQNOZ

    Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

  • Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-ləri cərimələnib.

    Bu barədə İKTA məlumat yayıb.

    Bildirilir ki, adıçəkilən provayderlər barəsində İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

    İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmətləri bazarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

    “Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək”, – məlumatda deyilir.

    İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
    //report

  • Боррель: ЕС заранее знал об ответном ударе Ирана по Израилю

    Евросоюз заранее знал о готовящемся ответном ударе Ирана по Израилю, уведомление поступило объединению за несколько дней.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил верховный представитель Евросоюза по иностранным делам и политике безопасности Жозеп Боррель.

    “Нас предупредили за несколько дней до [удара]”, – сказал Боррель в интервью французской газете Le Monde, отвечая на вопрос о том, стал ли ответный удар Ирана для ЕС неожиданностью. Он не уточнил, откуда власти ЕС получили информацию о подготовке удара.

    По словам главы дипслужбы Евросоюза, после атаки на Израиль глава МИД Ирана Хосейн Амир Абдоллахиян сообщил ему, что исламская республика ударила исключительно по “военным объектам”, и дал понять, что это был “контролируемый ответ”. Боррель указал, что если бы Тегеран действительно хотел нанести значительный ущерб, то не отправлял бы в сторону Израиля беспилотники, которые летели до целей около шести часов. “Это ни в коем случае не оправдывает и не преуменьшает значение этой атаки”, – добавил он.

  • Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik

    Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı cavab zərbəsinə hazırlaşdığını əvvəlcədən bilirdi, çünki bununla bağlı məlumat təşkilata bir neçə gün qabaq daxil olmuşdu.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

    “Zərbədən bir neçə gün əvvəl bizə xəbərdarlıq etmişdilər”, – o qeyd edib.

    J.Borrell Aİ-nin zərbənin hazırlanması ilə bağlı xəbərin haradan alındığına aydınlıq gətirməyib.

  • Тайвань провел испытания нового зенитно-ракетного комплекса

    Вооруженные силы Тайваня провели успешные испытания нового наземного зенитно-ракетного комплекса (ЗРК) “Луцзянь-2”.

    Об этом сообщила газета “Цзыю шибао”.

    Мобильная пусковая установка на колесном шасси “Луцзянь-2” успешно поразила беспилотник-мишень ракетой TC-2 (“Тяньцзянь-2”, англоязычное название – Sky Sword 2). Испытания проходили на военном полигоне Чжуншаньского института науки и технологий Цзюпэн. Первоначально их должны были провести на прошлой неделе, однако перенесли из-за плохих погодных условий. Как отмечает издание, вооруженные силы Тайваня планируют в будущем проводить такие стрельбы на ежегодной основе.