Month: April 2024

  • İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

    10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb.

    “Qafqazinfo”nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasına səbəb sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır.

    Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra proses davam edəcək.

    Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İlkin Süleymanov oğurladığı iddia olunan həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb, cəsədini yandırmaqda ittiham olunur.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən həm müdafiə, həm zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

  • Сенсационные подробности “сходки в Брюсселе” – ВАЖНЫЙ АНОНС

    “Сходка в Брюсселе”, о сенсационной военно-политической повестке которой Caliber.Az эксклюзивно сообщил 3 апреля – за два дня до встречи Никола Пашиняна с Энтони Блинкеном и Урсулой фон дер Ляйен, завершилась, на первый взгляд, довольно скромным результатом.

    Тогда у многих читателей возник логичный вопрос: пара сотен миллионов долларов экономической помощи для Армении – неужели ради такой мелочи Энтони Блинкен, учитывая его загруженный график, прилетел из Вашингтона в Брюссель? Уже тогда редакция сообщила, что они увидели лишь ту картинку, которую транслировали Армения и ее союзники на Западе.

    Сразу же после встречи сайт проинформировал о том, что обязательно предоставит подробности закулисных переговоров в Брюсселе и достигнутых там договоренностей. И вот от достоверных источников они получили целый пласт информации о том, в каких сферах и по каким конкретным программам будет осуществляться военно-политическая поддержка Армении со стороны США и Евросоюза.

    На данный момент анализируются полученные документы, и скоро они поделятся данными с широкой общественностью. Но уже сейчас можно констатировать, что степень поддержки Западом Армении превзошла все ожидания. Уверены, что в Грузии и Молдове очень удивятся – ведь армяне получают то, о чем грузины и молдаване могли лишь мечтать. И, к сожалению, все указывает на то, что направлена эта поддержка, в первую очередь, против Азербайджана.

  • Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı

    Aprelin 3-də Nikol Paşinyanın Antoni Blinken və Ursula fon der Lyayenlə görüşündən iki gün əvvəl sensasion hərbi-siyasi gündəmlə xarakterizə olunan “Brüsseldəki toplantı” ilk baxışdan kifayət qədər “təvazökar” nəticə ilə başa çatdı. Həmin vaxt bir çox insanda məntiqi sual yarandı: Ermənistana bir neçə yüz milyon dollarlıq iqtisadi yardım edildi, doğrudanmı, gərgin iş qrafikini nəzərə alındıqda Blinkenin Vaşinqtondan Brüsselə uçması belə bir xırdalıq naminədir?

    Elə həmin vaxt ekspertlər bildirdilər ki, biz ancaq Ermənistan və onun Qərbdəki müttəfiqlərinin yayımladığı mənzərəni görürük.

    Bu barədə Caliber.Az-ın hazırladığı materialda bildirilir.

    Qeyd olunur ki, görüşdən dərhal sonra nəşr Brüsseldəki pərdəarxası danışıqların və orada əldə olunan razılaşmaların təfərrüatını mütləq təqdim edəcəyini bildirib.

    “Budur, artıq etibarlı mənbələrdən ABŞ və Avropa İttifaqından Ermənistana hərbi-siyasi dəstəyin hansı istiqamətlərdə və hansı konkret proqramlar əsasında veriləcəyi barədə məlumat aldıq. Hazırda daxil olan sənədləri təhlil edirik və tezliklə məlumatları geniş ictimaiyyətlə paylaşacağıq. Amma artıq indidən deyə bilərik ki, Qərbin Ermənistana dəstəyinin dərəcəsi bütün gözləntilərimizi üstələyib. Əminik ki, Gürcüstan və Moldova da çox təəccüblənəcək – axı gürcülərin və moldovalıların ancaq arzulaya bildiyini ermənilər əldə edirlər. Təəssüf ki, hər şey göstərir ki, bu dəstək ilk növbədə Azərbaycana qarşı yönəlib”, – deyə məqalədə vurğulanıb.

  • Kosmetoloq paylaşıma görə cəzalandırıldı

    Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən “Laser Beauty Clinic”in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub.

    Onlar Elnarə Rzayevanın “Instagram” səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə “Laser Beauty Clinic” barəsində “Fikirlərinizi əsirgəməyin, bumeranq… Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da son. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilməyəcəklər, ən azı bu dəfə…” – deyə sözlərini yazıb.

    Xüsusi ittiham qaydasında şikayət edən LBC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.

    Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl xalq artistinin gəlininin LBC estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil:

    ”Xəbər səhifələrində paylaşımların altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadır. Nədənsə klinikanın həkimləri mənim barəmdə məhkəməyə müraciət edib. Çünki mən işimdə uğur qazanmışam, onların əsas rəqibiyəm. Belə etməklə məni sarsıtmaq, psixoloji təzyiq edərək nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyirəm ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər”.

    Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib.

  • Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı – VİDEO

    Hərəkət iştirakçıları arasında haqlı narazılıq doğuran, eləcə də əhali arasında kəskin qınaq obyektinə çevrilən kobud qayda pozuntularından biri kimi avtomobillərin dövlət qeydiyyat nişanları olmadan idarə edilməsi hallarına qarşı aparılan mübarizə tədbirləri davam etdirilir.

    Növbəti tədbir zamanı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən nömrə nişanları olmadan idarə olunan nəqliyyat vasitəsi saxlanılıb, araşdırma zamanı avtomobili idarə edən əlilliyi olan şəxs – Kamran Zeynalovun sürücülük hüququnun olmadığı müəyyən edilib.

    Yol verdiyi qayda pozuntularının mahiyyəti və doğura biləcəyi xoşagəlməz nəticələr barədə K.Zeynalovla izahedici söhbətlər aparılıb, aşkar edilmiş fakta bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

  • Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19

    Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19 в Баку.

    Соответствующее постановление подписал премьер-министр Азербайджана Али Асадов.

    Согласно документу, срок выплаты надбавки к заработной плате медицинским работникам, оказывающим амбулаторно-поликлиническую помощь пациентам, инфицированным новым типом коронавируса (COVID-19), в специальных амбулаторных медпунктах, созданных при Главном управлении здравоохранения города Баку, продлен со 2 апреля до 1 июля текущего года.

  • Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

    Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi aprelin 2-dən iyulun 1-dək uzadılıb.

  • Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

    Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Ханкенди обнаружено большое количество оружия и боеприпасов

    В Ханкенди за минувшие сутки обнаружено большое количество оружия и боеприпасов, в том числе пулемет и гранатомет.

    Об этом сообщили в пресс-службе МВД.

    В частности, 15 апреля на территории города обнаружены 27 автоматов различных марок, 1 пулемет, 1 пистолет-пулемет, 4 пистолета, 3 ружья, 14 гранат, 1 гранатомет, 5 запалов, 3 минные головки, 2 снаряда, 15 пулеметных лент, 74 магазина, 3 130 патронов различного калибра, 2 средства связи и другие боеприпасы.

    Помимо этого, в столице и в отдельных районах республики граждане добровольно сдали сотрудникам полиции 1 автомат, 5 ружей и 28 патронов различных калибров.

    Также правоохранители обнаружили и изъяли 3 ружья различных марок, хранившиеся без соответствующих разрешительных документов.

  • Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

    Xankəndi şəhərində 36 silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, bir pulemyot-tapança, dörd tapança, üç tüfəng, 14 qumbara, bir qumbaraatan, beş alışdırıcı, üç mina başlığı, iki mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3 130 ədəd müxtəlif çaplı patron, iki rabitə vasitəsi və digər sursat aşkar olunaraq götürülüb.

    Həmçinin polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, beş tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

    Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində isə üç ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.