Month: April 2024

  • Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? – DOSYE

    Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

    Median.Az yeni sədrin dosyesini təqdim edir:

    Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub.

    1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

    2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

    F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

    Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.

    F.Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

  • Прямые рейсы в Баку запущены из Нижнего Новгорода

    Российская авиакомпания “ИрАэро” запустила новый маршрут из Нижнего Новгорода (Россия) в Баку.

    Об этом сообщили в пресс-службе аэропорта имени Чкалова.

    Полеты будут выполняться еженедельно по четвергам. Из Нижнего Новгорода самолет будет вылетать в 01:00 и прибывать в Баку в 05:00.

    В обратном направлении, из Международного аэропорта Гейдар Алиев, рейс будет осуществляться по средам в 21:00. Расчетное время прибытия в Международный аэропорт имени В.П.Чкалова – в 23:00 (для каждого аэропорта указано местное время).

  • Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək

    Rusiyanın “IrAero” aviaşirkəti Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

    Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, Azərbaycanın paytaxtına bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı “Sukhoi Superjet 100” təyyarəsi ilə uçuşlar planlaşdırılır.

    Nijni Novqoroddan Bakıya uçuşlar Rusiya vaxtı ilə saat 01:00-da həyata keçirilir. Təyyarə Azərbaycana saat 05:00-da çatacaq.

    Heydər Əliyev Beynəlxalq Aeroportundan geri dönüş reysi həftədə bir dəfə, çərşənbə günləri saat 21:00-da, Çkalov adına Beynəlxalq Hava Limanına eniş isə saat 23:00-da həyata keçirilir.

    Mənbə: İraero.ru

  • Prezident: “Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”

    “Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.

    Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

  • Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib

    Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.

    AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısı İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən qərara alınıb ki, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilsin.

    Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

  • İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

    AZƏRTAC xəbər verir ki, dəyişikliklərə əsasən, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.

    Daha bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

    Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.

    Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

    – Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

    – Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

  • Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib – FOTO

    Aprelin 16-da Bakı şəhəri, Sabunçu rayonunun Zabrat-1 qəsəbəsi, Babək küçəsi, 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib.

    AZƏRTAC xəbər verir ki, 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 ədəd həb (1 ton 527 kiloqram 101,231 qram heroin, 1 ton 372 kiloqram 034,257 qram marixuana, 172 kiloqram 565,992 qram tiryək, 93 kiloqram 610,043 qram həşiş, 145,697 qram kokain və 60 596 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 2 104 ədəd psixotrop maddə) müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 58 860 ədəd çətənə bitkisinin, həmçinin 3 877 ədəd həb, 19 341 ədəd kapsul, 24 flakon, dörd ampula, 81,446 qram güclü təsir edən maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

    Məhv edilən narkotik vasitələrin qara bazar qiyməti 116 milyon 815 min manat təşkil edir.















  • Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur”

    “Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib.

    “Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək”, – deyə dövlətimizin başçısı bildirib.

  • UEFA AFFA-nı cərimələyib

    UEFA AFFA-nı 1500 avro cərimələyib.

    “Report”un əldə etdiyi məlumata görə, buna ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin ləğv edilməsi səbəb olub.

    Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi sözügedən qarşılaşmaya görə yığmamıza texniki məğlubiyyət vermişdi. Bu hal komandanın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadəyə görə yaşanıb.

    Qeyd edək ki, Azərbaycan – Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.

  • Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”

    “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib:

    “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.