Month: April 2024

  • Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

    Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır.

    Artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir”.

  • Президент: Рациональное использование водных ресурсов – наша главная задача

    В мире, в том числе и в Азербайджане, существует большая обеспокоенность в связи с изменением климата. Сейчас мы видим, что этот год фактически отличался от предыдущих лет.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 16 апреля в выступлении на церемонии закладки фундамента Ширванского оросительного канала.

    Отметив, что в этом году выпало немало снега, дождей, в наших водных бассейнах и водохранилищах имеется достаточно воды, глава государства сказал: “Однако в предыдущие годы мы ежегодно сталкивались с засухой. В наших горах выпадало меньше снега. Уровень воды в наших реках в прежние годы снижался, а порой наши основные реки высыхали. Обмеление Каспийского моря налицо. Это может видеть каждый. В таком случае нашей главной задачей является рациональное использование водных ресурсов”.

  • İlham Əliyev: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”

    “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.

    Bu il kifayət qədər qar, yağış yağdığını, su hövzələrimizdə, su anbarlarında kifayət qədər su olduğunu qeyd edən dövlətimizin başçısı bildirib:

    “Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”.

  • Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.

    “Report” xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.

  • Ильхам Алиев: По объему воды и охвату посевных площадей Ширванский канал будет нашим крупнейшим проектом

    По объему воды и охвату посевных площадей Ширванский канал будет нашим крупнейшим проектом.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 16 апреля в выступлении на церемонии закладки фундамента Ширванского оросительного канала.

    “Этим проектом мы придаем новое дыхание в данную отрасль”, – заявил глава государства, подчеркнув, что в следующем году начнется строительство Карабахского канала. “Это канал, который охватит 115 000 га. Количество охваченных районов равно 9-ти. То есть здесь 10 районов будут орошаться посредством Ширванского канала, а 9 районов – Карабахского канала”, – отметил Президент Ильхам Алиев.

  • Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”

    “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.

    “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, – deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb.

    “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, – deyə Prezident İlham Əliyev qeyd edib.

  • Президент: После ввода в строй Ширванского оросительного канала заполнится и озеро Гаджигабул

    Планируемый к реализации новый проект реконструкции Ширванского оросительного канала охватит 230 000 га посевных площадей.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 16 апреля в выступлении на церемонии закладки фундамента Ширванского оросительного канала.

    Отметив, что большую их часть составляют новые орошаемые посевные площади, глава государства сказал: “Если раньше этот канал охватывал 8 районов, то теперь он охватит 10 районов и последней его точкой будет озеро Гаджигабул. Озеро Гаджигабул уже более 10 лет полностью высохло. После ввода в строй канала заполнится и озеро, что очень положительно скажется на природе”.

  • İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”

    “İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması – red.) 230 min hektar əkin sahəsini əhatə edəcək”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

    Bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb:

    “Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.

  • Президент: Среди инфраструктурных проектов Ширванский оросительный канал имеет особое значение

    Закладка фундамента Ширванского оросительного канала является очень знаменательным событием. Среди инфраструктурных проектов, реализованных в Азербайджане в последние годы, этот проект имеет особое значение.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 16 апреля в выступлении на церемонии закладки фундамента Ширванского оросительного канала.

    Подчеркнув, что этот канал уже называется Ширванским каналом, глава государства отметил: “Фактически канал будет отстроен заново, и, таким образом, тысячи людей получат пользу от этого проекта. Протяженность 120-километрового канала будет увеличена вдвое и превысит 200 км. Что касается посевных площадей, то и они будут увеличены более чем в два раза”.

  • Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”

    “Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

    Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib:

    “Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq”.