Month: April 2024

  • İmtahan nəticələri elan olundu

    Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2 764 namizəddən 46 nəfər imtahana gəlməyib.

    İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167 nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il aprelin 16-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skanerdən çıxarılmış surətləri formaya əlavə edilir:

    – ali təhsil haqqında sənədin surəti;

    – əmək kitabçasının surəti (olduğu halda).

    İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

    İmtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 aprel saat 10:00-dan 18 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

    Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib

    “Dövlət resurslarından səmərəli istifadə olunmamasını deməyə əsas verən hal kimi elmi-tədqiqat institutlarına və Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Təsərrüfatı Ortaq Müəssisəsinə təhkim olunmuş torpaq sahələrinin 120 hektara yaxın hissəsinin kənar şəxslər tərəfindən zəbt edilməsidir”.

    APA xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

    Hesabatda bildirilib ki, müəyyən tədbirlər görülsə də zəbtetmələrin aradan qaldırılmasına nail olunmaması və auditin keçirildiyi müddətdə də davam etməsi, analoji zəbtetmələrin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin dövlət sort-sınaq məntəqələrinə aid torpaq sahələrində də mövcud olması səlahiyyətli dövlət qurumu ilə razılaşdırılmadan müqavilələrin bağlanılması və ya hər-hansı rəsmiləşdirilmə aparılmadan torpaq sahələrinin kənar şəxslərə istifadəyə verilməsi, 902,7 min manat dəyərində texnika və avadanlıqların müvafiq açıq üstü örtülü olmayan ərazilərdə istifadəsiz saxlanılması, 200,6 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində praktiki əhəmiyyət və nəticəlilik baxımından məqsədlərə nail olunmaması, əmək resurslarının və texnikaların müvafiq torpaq sahələrinə nisbətən qeyri proporsional şəkildə bölüşdürülməsi və digər çatışmazlıqlar müəyyən edilib.

  • “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

    Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

  • Quzu ətinin qiymətinə satılan qulançar – VİDEO

    Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.

    İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə – 16-17 manata, bəzən ondan da artığına satılır.

    Tovuz sakinlərinin əksəriyyəti qulançarı sahələrdən özləri toplayırlar. Xüsusən də bu işə ailəvi qoşulurlar.

    “Qulançara “quşqonmaz” da deyirlər. Bərk hissələrini qırıb, sonra doğrayıb suda qaynadırıq. Suyunu süzəndən sonra soğanla qızardırıq. Müxtəlif cür bişirmək olur. İstəyən zövqə görə üzərinə yumurta da vura bilər, yumurtasız, uzun halda qızardıla da bilər.

    Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində “asparagin” və bir sıra vitaminlər – A, B1, B2, C var. Tovuz-Qazax bölgəsində sakinlər qulançarın yığımına əsasən aprel-may aylarında başlayırlar.

    Qeyd edək ki, gəlirli bitki olan qulançarın çoxlu seleksiya sortları da yaradılıb və ölkəmizdə də becərilməkdədir. Lakin rayon sakinləri əsasən təbii şəraitdə bitən qulançarları toplayıb istifadə etməyə üstünlük verirlər.

    Ətraflı ATV-nin süjetini təqdim edirik:

  • Техническая неисправность автобуса Тертер – Баку чуть не привела к трагедии – ВИДЕО

    В Азербайджане техническая неисправность пассажирского автобуса могла привести к серьезному дорожно-транспортному происшествию.

    Инцидент произошел в транспортном средстве, курсирующем по маршруту Тертер – Баку.

    Руль двигавшегося по трассе автобуса внезапно затрясся, однако хладнокровное поведение водителя предотвратило возможную аварию.

  • Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı – VİDEO

    Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.

    Hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb.

    Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib.

    Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb.

    O özünü itirməyərək, sükana nəzarət edib və avtobusu yolun kənarına çəkə bilib. Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb.

  • 52 yaşlı kişi xəstəliyinə görə intihar edib

    Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə Aşıq Molla Cümə küçəsi, 2A ünvanında baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxs 1972-ci il təvəllüdlü Habil Abbasovdur. 11-ci mərtəbədən özünü atan Habilin xəstəliyi səbəbindən intihar etdiyi güman olunur. Şəxs yerindəcə dünyasını dəyişib.

  • Prezident İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Peter Pelleqriyə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Slovakiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmizin Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram.

    Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF

    Qazaxıstan lideri Astananın Ermənistan və Azərbaycan arasında təmasların təşkili üçün xoşməramlı missiyanı üzərinə götürməyə hazır olduğunu bəyan edib.

    “Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır”.

    Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

    “Əsas məqsədimiz bizə dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”, – deyə Tokayev bildirib.

    Mənbə: Sputnik Ermənistan

  • Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb – YENİLƏNİB

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.

    Erməni KİV-in məlumata görə, imzalanma mərasimi Ermənistan prezidentinin iqamətgahında baş tutub.

    Tərəflər miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, Armavir və Manqistau regionları arasında əməkdaşlıq memorandumu, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

    Bundan əlavə, İrəvan və Astananın qardaşlaşmış şəhərlərə çevrilməsinə dair sənədlər imzalanıb.

    * * * * *

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib.

    Kasım-Jomart Tokayevi “Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb.

    Səfər çərçivəsində Qazaxıstan prezidenti Ermənistan baş naziri Nikol Paşinyanla, prezident Vaaqn Xaçaturyanla və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək.

    Mənbə: Sputnik Qazaxıstan