Month: April 2024

  • Азербайджанские гимнастки завоевали 7 золотых медалей на международном турнире

    Представительницы сборной Азербайджана по художественной гимнастике Захра Джафарова и Шамс Муваффаги завоевали семь золотых медалей на первом международном турнире “Келечек” в Бишкеке (Кыргызстан).

    Как сообщили в Федерации гимнастики Азербайджана, Джафарова выступала в категории среди взрослых, а Муваффаги – юниоров.

    Муваффаги одержала победу в многоборье, упражнениях с обручем, мячом, булавами и лентой, а Джафарова – в многоборье и упражнениях с мячом.

  • Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

    Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

    Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

    Bildirilib ki, Zəhra böyüklər, Şəms isə gənclər arasında bu nailiyyətə imza atıb.

    Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Майские фьючерсы на марку WTI подешевели на 0,5% – до 85,23 доллара за баррель, а на Brent – на 0,38%, до 90,11 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin may füçersləri 0,5% ucuzlaşaraq bir barelinin qiyməti 85,23 ABŞ dolları olub.

    “Brent” markalı neftin may füçersləri isə 0,38% ucuzlaşaraq bir barelinin qiyməti 90,11 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Баку 25-летняя женщина скончалась от передозировки лекарств

    В Хатаинском районе Баку молодая женщина совершила суицид.

    Как сообщает АПА, Арзу Алышова (1999 г.р.) свела счеты с жизнью, приняв большую дозу различных лекарственных препаратов в своей квартире.

    По данному факту проводится расследование.

  • Bakıda 25 yaşlı qız intihar edib

    Bakıda 25 yaşlı qız dərman içərək özünə qəsd edib.

    APA xəbər verir ki, 1999-cu il təvəllüdlü, Xətai rayonu, M.Hadi küçəsində yaşayan Arzu Musa qızı Alışova yaşadığı mənzildə müxtəlif növ dərman həbləri qəbul edərək intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане произошло землетрясение

    В Азербайджане произошло землетрясение магнитудой 3,2.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы.

    Землетрясение зафиксировано в 18 км к северо-западу от станции Саатлы в Имишлинском районе.

    Очаг подземных толчков залегал на глубине 50 км. Стихия не ощущалась.

  • Azərbaycanda zəlzələ olub

    Azərbaycanda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Zəlzələ Saatlı stansiyasından 18 km şimal-qərbdə, İmişli rayonunda qeydə alınıb.

    50 km dərinlikdə meydana gələn, maqnitudası 3,2 zəlzələ hiss olunmayıb.

  • İntim videoları ilə təhdid olunan iş adamını sifarişlə öldürən şəxslərin məhkəməsinin tarixi bilindi

    2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Ruslan Arif oğlu Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Ağdaşda “Taxta-şalban Məhəmməd” kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalananı göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

    Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.

    Bundan öncə isə, Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.

    Bundan sonra, Varis Səmədov Rauf Hüseynovu intim görüntülərlə şantaj edib və pulu qaytarmayacağı halda video və fotoları həm Ağdaşda, həm də Rusiyada yayacağını, qohumlarına göstərəciyini bildirib. Lakin Varis Səmədov bu üsulla məqsədinə nail ola bilmədiyini görüb, hədə-qorxu ilə tələb etməklə bağlı cinayət əməlini davam etdirərək, 2018-ci ilin noyabr ayında Ağdaş rayonu ərazisində istintaqla müəyyən edilməyən gündə və məkanda qohumu, əvvəllər dəfələrlə məhkum olunmuş, 2019-cu ildə isə vəfat edən Rufan Səmədovla görüşüb. O, görüş zamanı istintaqa məlum olmayan məbləğdə pul verəcəyini Rauf Hüseynovda qorxu yaratmaq məqsədilə qardaşı Ruslan Hüseynovun öldürülməsini Rufan Səmədova sifariş verib.

    R.Səmədov 2019-cu ildə Ağdaş rayonu, Qumlax kəndi yaxınlığında İntiqam Hüseynzadə ilə görüşüb və onu cinayətin törədilməsinə cəlb edib. O, eyni zamanda, qohumluq əlaqəsində olduğu Məhəmməd Lətifovla da əlaqə yaradıb və qətlin vaxtı, yeri barədə müzakirə aparıblar. Bundan sonra İntiqamla Məhəmməd Rusiyaya yollanıb. Onlar qətldə istifadə olunan tapançanı da Moskvadan alıblar.

    Cinayət əməlinin davamı olaraq, əldə edilən avtomobillə Arxangelsk vilayətinin Nyandoma və Karqopol rayonlarında Ruslan Hüseynovun hərəkət qrafikini və gedib-gəldiyi yerləri dəqiqləşdirməyə başlayıblar. Bundan sonra, Şahin Qasımzadəyə zəng edərək cinayətin icraçısının tapılması üçün kömək istəyiblər. Şahin isə öz növbəsində Belarusun Qomel şəhərində yaşayan, kriminal qruplaşmaların üzvü kimi tanınan Ruslan Tarasovla əlaqəyə çıxıb. Ruslan Tarasova qətlin sifarişi üçün 15 min dollar vəd edilib.

    Tarasov isə Hüseynovun hərəkət etdiyi avtomobil yolunda qalıb mövqe tutmağa başlayıb. Daha sonra adaşının gəldiyini görərək, ona yaxınlaşıb və üç dəfə ardıcıl atəş açmaqla onu qətlə yetirib.

    Bundan sonra, Ruslan Tarasov Rusiya hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb və o, sifarişlə yerinə yetirdiyi qətlə görə ona vəd edilən pulu ala bilməyib. Onunla yanaşı, İntiqam Hüseynzadə də Rusiyada həbsdədir.

    Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ruslan Hüseynovun qardaşı Rauf Hüseynov ifadəsində ilkin olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirib və əlavə olaraq hazırda psixoloji vəziyyəti ilə bağlı müalicə aldığından, baş vermiş hadisələri xatırlamadığını qeyd edib.

  • В Тегеране возобновили работу два аэропорта

    В Иране тегеранские аэропорты имени имама Хомейни и Мехрабад возобновили обслуживание международных и внутренних рейсов.

    Об этом сообщило агентство Tasnim.

    Поскольку работа двух аэропортов вернулась к нормальному режиму, пассажиры отмененных рейсов смогут обменять билеты на другие даты.

    Как ранее сообщило иранское агентство IRNA, после проведения Военно-космическими силами Корпуса стражей исламской революции (КСИР, элитные части Вооруженных сил Ирана – ред.) в ночь на 14 апреля массированного удара ракетами и беспилотниками по военным объектам Израиля, до 06:00 понедельника (06:30 по Баку – ред.) отменены полеты из аэропортов 16 иранских городов, в том числе из двух столичных – имени имама Хомейни и Мехрабад, воздушных гаваней Исфахана, Бушера, Тебриза, Керманшаха, Ахваза и других.

    Источник: ТАСС