Month: April 2024

  • Sumqayıtda evdən meyit tapılıb

    Sumqayıtda evdən 46 yaşlı kişinin meyiti tapılıb.

    “Report” xəbər verir ki, hadisə 76-cı məhəllədə qeydə alınıb.

    1978-ci il təvəllüdlü Əbil Müseyib oğlu Babayevin meyiti yaşadığı evdə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 60 il öncə Göygöl necə görünürdü? – VİDEO

    AzTV-nin “Qızıl Fond”u 1960-cı illərin görüntülərini yayımlayıb.

    Süjetdə Nizami yurdunun zəngin təbiətindən, Göygöldən bəhs olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • В Турции арестовали пять человек после аварии на фуникулере – ФОТО

    Суд арестовал пять человек в рамках расследования аварии на фуникулере в Анталье (Турция) с одним погибшим и 17 пострадавшими.

    Об этом сообщил министр юстиции страны Йылмаз Тунч в соцсети X.

    “Были арестованы пять человек из 14 задержанных ранее, среди них – сотрудники компании, эксплуатирующей дорогу, а также ответственные за ее ремонт и техническое обслуживание. В отношении восьми введен судебный контроль, еще одного отпустили на свободу”, – написал он.

  • Antalyada funikulyorda baş verən qəza ilə bağlı bələdiyyə sədri həbs edilib – FOTO

    Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda bir nəfərin öldüyü, yeddi nəfərin yaralandığı kanat yolu qəzası ilə bağlı saxlanılan 14 şübhəlidən beşi həbs edilib.

    İstintaq çərçivəsində Türkiyə Baş Prokurorluğu eyni zamanda Kepez Bələdiyyə Başçısı Mesut Kocagöz haqqında da həbs qərarı çıxarıb. Kocagöz nəzarətə alınıb.

    Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kepez bələdiyyəsinə sədr seçilib. O həmçinin funikulyora cavabdeh “Anet” şirkətinin idarə heyətinin sədri olub.

    Xatırladaq ki, aprelin 13-də Antalyada baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.

  • В Нахчыване автомобиль сбил 68-летнюю женщину

    В городе Нахчыван произошло дорожно-транспортное происшествие с наездом на пешехода.

    Как сообщает АПА, случай зафиксирован на пересечении улиц Наги Алиева и Джалила Мамедгулузаде.

    Согласно информации, автомобиль сбил переходившую дорогу местную жительницу Хадиябану Бабаеву (1956 г.р.).

    Пострадавшая была госпитализирована в отделение травматологии Нахчыванской центральной больницы, ее состояние оценивается как среднетяжелое.

    По данному факту ведется расследование.

  • Naxçıvanda avtomobil piyadanı vurub

    Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınıb.

    Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hədiyyəbanu Baba qızı Babayevanı vurub.

    O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtobus parkı yenilənən Bakıda köhnə olanların aqibəti necə olacaq? – ARAŞDIRMA (VİDEO)

    Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək. Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq? Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox… Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir.

    Xezerxeber.az-ın məlumatına görə, belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu bildirilir. Bu avtobusları idarə edən sürücülər heç özləri də neçənci ilin nəqliyyat vasitəsini idarə etdiklərini bilmirlər.

    Paytaxt sakinləri də köhnə avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər. Bəzi sərnişinlər ümumiyyətlə, belə avtobuslara minmədiklərini deyir.

    Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, marşrut avtobusları ilə bağlı bölgələrdə vəziyyət ümumiyyətlə qaneedici deyil.

    Ekspertin sözlərinə görə, taksilərə tətbiq olunan yeni qaydaları avtobuslara da tətbiq etmək lazımdır.

    Ətraflı süjetdə:

  • Üç nəqliyyat vasitəsinin bir evakuatorda daşınması hansı məsuliyyəti yaradır? – VİDEO

    Evakuator üzərində evakuator. Bu azmış kimi, onun da üzərində əlavə evakuator və avtomobil..

    Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan bu görüntülərin çəkildiyi tarix bəlli olmasa da, şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

    Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud şəkildə pozub.

    Qeyd edək ki, qanunla əgər avtomobil yedəyə möhkəm bərkidilibsə və yandan 40 santimetr, hündürlüyü dörd metr və arxa tərəfdən bir metri keçmirsə daşınma qaydalara uyğun hesab olunur.

    Ətraflı süjetdə:

  • В Баку 25-летний парень получил ножевое ранение

    В Хатаинском районе Баку произошла поножовщина.

    Как сообщает АПА, инцидент зафиксирован около средней школы №261 в поселке Ахмедлы.

    Согласно информации, Ульви Мамедов (1999 г.р.) получил ножевое ранение во время драки со своим знакомым.

    Пострадавший был госпитализирован в Сабунчинский медицинский центр.

    По данному факту ведется расследование.

  • Bakıda gənc oğlan bıçaqlanıb

    Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

    261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Ülvi Ziyarəddin oğlu Məmmədov tanışı ilə dava zamanı bıçaqlanıb.

    Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.