Month: April 2024

  • Dirsəyi ilə rəqibini vuran Ronaldonu hansı cəzalar gözləyir? – VİDEO

    Səudiyyə Ərəbistanı superkubokunun yarımfinal mərhələsində “Al-Hilal”la matçda rəqibini dirsəyi ilə vuran “Al-Nassr”ın superulduzu Kriştiano Ronaldonu gözləyən cəzalar açıqlanıb.

    Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı hücumçu ikioyunluq cəzaya və külli miqdarda pul cəriməsinə məruz qala bilər. Bu barədə matçın hakimi Məhəmməd Əl Huveyş açıqlama verib. Onun dediklərinə görə, portuqaliyalı ilə bağlı ən azı bu sanksiya tətbiq edilə bilər. Hələlik qəti qərar olmasa da federasiya “Al Nassr”dan iddialar tələb edib. Klub bu həftəsonuna qədər portuqaliyalı oyunçunun iddialarını çatdırmalıdır. Bazar gününə qədər isə rəsmi heç nə olmayacaq.

    Səudiyyə Ərəbistanı superkubokunun yarımfinalının “Al-Hilal”la cavab görüşünün 88-ci dəqiqəsində portuqaliyalı cinahda rəqiblə mübahisə edib. Auta çıxan topu oyuna tez daxil etmək istəyən hücumçu iki dəfə rəqibə dirsəklə vuraraq hakimdən birbaşa qırmızı vərəqə alıb.

  • Nazirlik MİDA-nın tenderini ləğv etdi

    Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

    Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı əsasən ləğv olunub.

    Bildirilir ki, “MİDA” MMC-nin avtomobillərə texniki xidmətin göstərilməsi üçün keçirdiyi tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.

    Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.

    Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.

    Onu da bildirək ki, tenderi keçirən “MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan “MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.

  • Bakıda torpağın bir sotu yarım milyon manata satılır (VİDEO)

    Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.

    Ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.

    Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.

    Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.

    Qeyd edilib ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.

    Ətraflı süjetdə:

  • СМИ: Семьи немецких дипломатов покидают Иран

    Из-за заявлений о возможной атаке Ирана на Израиль члены семей сотрудников посольства Германии уезжают из Тегерана.

    Об этом сообщает газета Bild.

    Точное число граждан ФРГ, которые должны выехать из Ирана, остается неизвестным.

    Кроме того, посольства Германии в Тегеране и Тель-Авиве принимают дополнительные меры безопасности.

    Ранее Министерство иностранных дел ФРГ попросило всех граждан Германии как можно быстрее покинуть Иран.

  • KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir

    İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.

    Bu barədə “Bild” qəzeti məlumat yayıb.

    İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.

    Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.

    Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.
    //report

  • Обслуживавшая канатную дорогу в Анталье компания не имела сертификата Минпрома Турции

    Компания, проводившая техобслуживание канатной дороги в турецкой Анталье, где накануне произошла авария, не проходила сертификацию в Министерстве промышленности и технологий страны.

    Об этом говорится в заявлении центра по борьбе с дезинформацией при управлении по коммуникациям администрации президента Турции.

    В центре опровергли распространенные в социальных сетях сообщения о том, что данная компания якобы была одобрена министерством.

    “Компания не одобрена и не сертифицирована Министерством промышленности и технологий для техобслуживания канатной дороги”, – говорится в сообщении.

    Напомним, 12 апреля в результате обрушения опоры канатной дороги в Анталье одна из кабин упала на скалистый склон. Находившиеся в ней 8 человек выпали, один скончался на месте.

    Согласно последним данным, спасателям удалось эвакуировать 137 из 184 застрявших на канатной дороге.

  • Antalyada kanat yoluna texniki xidmət həyata keçirən şirkətin sertifikatı olmayıb

    Türkiyənin Antalya şəhərində bir gün əvvəl qəzanın baş verdiyi kanat yoluna texniki qulluq edən şirkət ölkənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən sertifikatlaşdırılmayıb.

    Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında qeyd edilir.

    Mərkəz sosial şəbəkələrdə şirkətə nazirlik tərəfindən icazə verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

    Xatırladaq ki, aprelin 12-də Antalyada kanat dayağının uçması nəticəsində kabinələrdən biri qayalıq yamaca düşüb. Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    Son məlumata görə, xilasedicilər kanatda qalmış 184 nəfərdən 137-ni təxliyə edə bilib.

  • Денежные переводы из Грузии в Азербайджан возросли на 30%

    В 2023 году из Грузии в Азербайджан было перечислено 37,5 млн долларов США.

    Как сообщает Median.Az со ссылкой на Центральный банк Азербайджана (ЦБА), это на 29,8% больше, чем в 2022 году.

    Доля денежных переводов из Грузии в Азербайджан в общем объеме переводов за отчетный период выросла с 0,8% до 2,3%.

    В прошлом году из Азербайджана в Грузию было перечислено 58,85 млн долларов США, что на 0,8% меньше, чем годом ранее.

    За год доля денежных переводов из Азербайджана в Грузию в общем объеме переводов выросла с 8,8% до 10,7%.

  • Gürcüstandan Azərbaycana pul köçürmələri 30 % artıb

    2023-cü ildə Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.

    Hesabat dövründə Gürcüstandan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 0,8 %-dən 2,3 %-ə çatıb.

    Ötən il Azərbaycandan Gürcüstana isə 58,85 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 0,8 % azdır.

    İl ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin ümumi köçürmələrdə payı 8,8 %-dən 10,7 %-ə çatıb.

  • Ermənistanda polis 36 kq qızıl oğurlayan şəxsləri saxlayıb

    Ermənistanda polis 36 kq qızıl və 290 milyon rubl oğurlayan soyğunçuların bəzilərini saxlayıb.

    “Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, hücum edənlər İrəvan-Yerasx avtomobil yolunda yaxalanıb. Onların getdikləri “Mercedes Vito” markalı mikroavtobusda qızıl külçələr və məbləğin bir hissəsi aşkar edilib. Sosial şəbəkələrdə həbsin videoları yayımlanıb.

    Qeyd edilib ki, İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi həbslə bağlı məlumatı şərh etmir.