Month: April 2024

  • Плохо себя вел: в России пожилая женщина задушила 9-летнего внука – ФОТО

    В Чебоксарах (Россия) бабушка убила девятилетнего внука, который плохо себя вел.

    Отмечается, что ребенка воспитывали мать и бабушка. Отец мальчика живет отдельно. Накануне днем ребенок остался дома с бабушкой. Когда мать вернулась домой с работы, она обнаружила сына мертвым.

    По данным источника, 61-летняя бабушка задушила своего внука. Причиной такого поступка стало плохое поведение мальчика, которое не понравилось пенсионерке.

    Сотрудники правоохранительных органов задержали пожилую женщину.

    По данным источника, до этого случая она судима не была. К тому же в социальных сетях гражданка не публиковала ничего, что могло бы вызвать подозрения. Женщина делилась с подписчиками народными средствами для укрепления сосудов, секретами здорового позвоночника и выкладывала видеоролики, в которых говорилось, как дожить до 100 лет.

    В ее отношении возбуждено уголовное дело по статье об убийстве малолетнего.

    Источник: Telegram-канал SHOT

  • Rusiyada DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü – FOTO

    Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb.

    Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb.

    61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünün bəyənmədiyi pis davranışı olub.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadını saxlayıblar.

    Qeyd edək ki, onun bu hadisəyə qədər heç bir cinayəti olmayıb. Bundan başqa, vətəndaş sosial şəbəkələrdə şübhə yarada biləcək heç bir şey dərc etməyib. Qadın damarları gücləndirən xalq üsullarını, sağlam onurğanın sirlərini abunəçiləri ilə bölüşüb, 100 yaşına qədər necə yaşamaq lazım olduğunu göstərən videolar yayımlayıb.

    Onun barəsində azyaşlı uşağın öldürülməsi maddəsi ilə cinayət işi açılıb

    Mənbə: “Shot” “Telegram” kanalı

  • Orduda xidmət edib peşə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

    Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024-2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  bildirilib ki, nazirliyin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis edib. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.

    Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

    Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

    100 manat məbləğində təqaüd;

    200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

    150 manat məbləğində hesabda yığılan ödəniş.

    Qəbul haqqında məlumat: Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.

  • Bakıda gənc oğlan özünü asdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində Südçülük Sovxozu deyilən ərazidə baş verib. 28 yaşlı Turqut Rafiq oğlu Tağıyev səhər saat 7 radələrində yaşadığı evdə özünü asıb.

    İntiharın səbəbi isə məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

    Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub.

    Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər.

    İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

    “Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər. Oğlum uşağı qucaqlayıb ki, batmasın. 50 metr gəldikdən sonra ikisi də batıblar”.

    İtkin düşən kişinin dostu Şahin Rəsulov vurğulayıb ki, hadisə yerində olan motorxana su idarəsinə məxsus imiş:

    “Atanı da idarədən göndəriblər ki, gəlib burada baxış keçirsin. O da motora baxan zaman uşaq əlindən çıxıb düşüb suya”.

    Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı qız suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

  • Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

    Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub.

    Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər.

    İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

    “Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər. Oğlum uşağı qucaqlayıb ki, batmasın. 50 metr gəldikdən sonra ikisi də batıblar”.

    İtkin düşən kişinin dostu Şahin Rəsulov vurğulayıb ki, hadisə yerində olan motorxana su idarəsinə məxsus imiş:

    “Atanı da idarədən göndəriblər ki, gəlib burada baxış keçirsin. O da motora baxan zaman uşaq əlindən çıxıb düşüb suya”.

    Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı qız suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

  • В Анталье завершилась операция по спасению застрявших на канатной дороге

    Турецкие спасатели эвакуировали всех застрявших в результате аварии на канатной дороге в Анталье.

    Как передает Report, об этом сообщил глава МВД страны Али Ерликая на своей странице в соцсети “Х”.

    Ерликая подчеркнул, что спасательная операция завершена.

    В то же время министр юстиции Йылмаз Тунч сообщил, что в рамках расследования инцидента задержаны 13 подозреваемых. Среди них сотрудники компании, ответственной за эксплуатацию канатной дороги.

  • Antalyada kanat yolunda qalanların xilas edilməsi əməliyyatı başa çatıb – YENİLƏNİB

    Türkiyə xilasediciləri Antalyada kanat yolunda qəza zamanı ilişib qalanların hamısını təxliyə ediblər.

    “Report”xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Yerlikaya xilasetmə əməliyyatının tamamlandığını vurğulayıb.

    Eyni zamanda, ədliyyə naziri Yılmaz Tunç hadisənin araşdırılması çərçivəsində 13 şübhəlinin saxlanıldığını bildirib. Bunların arasında kanatın istismarına cavabdeh olan şirkətin işçiləri də var.

  • Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var – FOTO

    Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində “Mercedes” markalı iki avtomobillə “Ford” markalı yük maşını toqquşub. Nəticədə, “Mersedes”lərdən birinin sürücüsü, İmişli rayon Telişli kənd sakini, 70 yaşlı Əliəşrəf Rüstəm oğlu Mövsümov hadisə yerindəcə dünyasını dəyişib, onun sərnişini, 58 yaşlı Arifə İsa qızı Manafova ağır xəsarətlər alıb.

    Qəza zamanı həmçinin digər “Mercedes”də olan sərnişin, Ağcabədi rayon sakini, 66 yaşlı Anya Qaraxan qızı Tağıyeva da ağır xəsarət alıb.

    Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

    İranın İsrailə hücumu təhlükəsi ilə əlaqədar Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri İranı tərk edirlər.

    İranı tərk edəcək Almaniya vətəndaşının dəqiq sayı hələ ki məlum deyil.

    Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri tərəfindən də əlavə təhlükəsizlik tədbirləri görülür. Vaşinqton, Paris və Berlin bu həftəsonu İranın İsrailə mümkün hücumunu gözləyir.

    İranın hücumu ilə bağlı iki əsas variant nəzərdən keçirilir: İsraildə və ya ondan kənarda konkret hədəfə istiqamətlənmiş zərbə və ya İsrail ərazisinə irimiqyaslı raket hücumları.

    Qeyd edək ki, daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi bütün Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etməyə çağırıb. Niderland da həmçinin Tehrandakı səfirliyinin bağlandığını elan edib.

    Mənbə: “BILD”