Month: April 2024

  • Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

    Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev etibarnamə ilə torpaq alanları diqqətli olmağa çağırıb.

    O, bildirib ki, bu sənəd heç bir halda torpaq sahəsinin onu alan şəxsin mülkiyyətinə keçməsini təsdiqləyə bilməz.

    Ekspert bildirib ki, gələcəkdə etibarnamə ilə satılan torpaqlarla bağlı ciddi problemlər yaşana bilər.

    Elnur Fərzəliyevin sözlərinə görə, sərəncam üzərindən ikinci bir alqı-satqı mexanizmi qurulmayıb ki, vətəndaş gedib bir sərəncamı digərinin adına keçirsin.

    Belə torpaq sahələri özəlləşəndə birinci sahibinin adına özəlləşir.

    O, əlavə edib ki, vətəndaşlar problemlə üzləşməmək üçün torpaq sahəsi alan zaman sənədləşmə işləri ilə yanaşı, onun təyinatına da ciddi önəm verməlidirlər.

    Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Meyxanaçı Balaəli: “Kökəlmək istəmirəm” – VİDEO

    “Gün ərzində bir dəfə yemək yeyirəm”.

    Bu sözləri “Space TV”də yayımlanan “Duz-İstiot” verilişində Meyxanaçı Balaəli deyib.

    “Mən kökəlmək istəmirəm. Özümü kök olaraq təsəvvür etmirəm”, – deyə ifaçı əlavə edib.

    Ətraflı süjetdə:

  • Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb – VİDEO

    Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.

  • Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”

    Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?”.

    Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib. İfaçı aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:

    “Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin müğənnilərdən sual versələr, onlara ağzıma gələni deyəcəyəm. Verməyin!

    Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kasamı daşırmayın”.

    M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını əlavə edib:

    “Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb “paketlə müğənni”. Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər “paket”lə qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı “paket” qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm”.

  • Bu ölkədə ən qədim insanların qalıqları tapılıb

    Keniyada aparılan arxeoloji qazıntılar zamanı planetimizdə ilk məskunlaşan insanların qalıqları aşkarlanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu tapıntılar Turkana gölünün sahilində tapılıb və onların yaşı təxminən 1,86 milyon ildir.

    Məlumata görə, alimlər fosillərin anatomiyası müasir insanlara çox bənzəyən ilk hominid olan Homo erectus növünə aid olduğunu bildirib. Bu kəşf Homo erectusun ağıllı Homo sapiensin əcdadı ola biləcəyi ilə bağlı fərziyyələri artırır.

  • İstanbulda silahlı hücum: Ölən və yaralananlar var – FOTO

    Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunda baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

    Verilən məlumata görə, üç şübhəli şəxs silahla ətrafa atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər daha sonra hadisə yerindən qaçıblar.

    Hadisənin baş verdiyi əraziyə polis və tibb qrupları gəlib.

    Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Yaralananların birinin vəziyyəti ağırdır.

  • Azərbaycanda istilik mövsümü başa çatır – BU TARİXDƏ

    Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək.

    Median.Az xəbər verir ki, hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.

    Qeyd edək ki, noyabrın 15-dən Azərbaycanda növbəti istilik mövsümünə start verilmişdi. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənmişdi

  • Xankəndinin yeganə Azərbaycan məktəbinin məzunları 41 il sonra bir arada – VİDEO

    Xankəndinin yeganə məktəbinin məzunları uzun müddətdən sonra bir araya gəliblər.

    Belə ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin 1983-cü il məzunları 41 ildən sonra bir araya gəliblər.

    Həmin məktəb Xankəndidə yeganə Azərbaycan məktəbi olub. Məzunlar həm Xankəndiyə, həm də xatirələrinə qovuşublar.

    Daha ətraflı İTV-nin süjetində:

  • Посольство США: Поддерживаем соблюдение и уважение прав азербайджанцев, покинувших Армению

    Соединенные Штаты Америки поддерживают соблюдение прав всех в регионе Южного Кавказа, в том числе и азербайджанцев, покинувших Армению.

    Об этом Report заявили в посольстве США в Баку, отвечая на вопрос о том, готова ли американская сторона оказать поддержку азербайджанцам, желающим вернуться в Армению, откуда они были изгнаны 30 лет назад.

    “Соединенные Штаты поддерживают создание условий для справедливого и достойного мира в регионе, где уважаются права всех, независимо от их этнической принадлежности или страны происхождения”, – заявили в дипмиссии.

    Кроме того, посольство отметило, что единственный путь к устойчивому миру, который отвечает интересам всех, – это сесть за стол переговоров.

    Отметим, что недавно посол США в Армении Кристина Квин заявила, что США поддерживают право на безопасное возвращение армян, уехавших из Карабахского региона Азербайджана.

  • ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarının qorunmasını dəstəkləyirik

    Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.

    Bu barədə “Report”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib.

    “Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir”, – diplomatik missiyadan bildirilib.

    Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.

    Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.