Month: April 2024

  • Emin Hüseynov Aİ-nin komitə üzvlərinə minatəmizləmə əməliyyatları barədə məlumat verib – FOTO

    Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Rrezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “X” səhifəsində paylaşım edib.

    Komitə üzvlərinə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

  • Федерация борьбы Азербайджана примет юридические меры в связи с обвинениями Франка Чамизо

    Федерация борьбы Азербайджана сделала официальное заявление в связи с обвинениями итальянского борца Франка Чамизо о том, что ему якобы предлагали взятку за то, чтобы он проиграл азербайджанскому спортсмену Турану Байрамову.

    Median.Az представляет текст данного заявления:

    “57 апреля на Национальной гимнастической арене в столице Азербайджана прошел Европейский олимпийский отборочный турнир по борьбе. Подобное соревнование впервые проходило в Баку. Стоит отметить, что гимнастическая арена впервые принимала соревнования по борьбе.

    Несмотря на это, организация соревнований, проведенных Федерацией борьбы Азербайджана при поддержке других спортивных организаций и государственных структур, получила высокую оценку.

    Неслучайно президент Объединенного мира борьбы (UWW) Ненад Лалович в своем благодарственном письме в адрес нашей федерации, отметив высокий уровень организации мероприятия, подчеркнул, что сотрудники, медицинский персонал и волонтеры подошли к своей работе с максимальным вниманием. Президент UWW выразил уверенность, что в будущем Азербайджан снова станет местом проведения престижных соревнований по борьбе.

    Олимпийский лицензионный турнир вызвал большой интерес у СМИ. Наряду с местными журналистами, нашу страну посетили представители зарубежной прессы, освещавшие соревнования в прямом эфире. Для освещения турнира зарегистрировались более 100 представителей СМИ.

    Соревнование также вызвало большой интерес среди болельщиков. Особенно в последний день соревнований, когда на Национальной гимнастической арене был аншлаг. Это – яркий показатель любви к борьбе в нашей стране.

    В рамках соревнований 36 спортсменов в трех видах борьбы завоевали лицензии на Олимпийские игры-2024 в столице Франции Париже. Азербайджан завоевал пять лицензий на Олимпийские игры по вольной борьбе в весовых категориях 57, 65, 74, 86 и 125 кг. Нейтральные спортсмены (Россия и Беларусь) получили в общем 13 лицензий, Турция – три, Грузия, Украина и Германия – по две, Венгрия, Польша, Сербия, Болгария, Молдова, Финляндия, Франция, Литва и Румыния – по одной.

    В полуфинале соревнований в весовой категории 74 кг Туран Байрамов завоевал олимпийскую лицензию, победив итальянца Фрэнка Чамизо. Не смирившись с поражением, Франко Чамизо выдвинул серьезное обвинение: без каких-либо доказательств он стал утверждать, что за поражение в матче ему якобы предлагали взятку в размере 300 000 долларов.

    Важно отметить, что UWW уже начал расследование судейства данного поединка, и ожидается, что решение будет принято в ближайшие дни. В соответствии с принципом Duty to report, Франко Чамизо обязан был немедленно зафиксировать в протоколе протеста факт предложения взятки. Теперь ему необходимо либо доказать свое утверждение, либо заявить о его необоснованность.

    Хотелось бы особо подчеркнуть приверженность Федерации борьбы Азербайджана спортивным ценностям и принципам Fair Play. Федерация примет юридические меры в отношении обвинений, выдвинутых Франко Чамизо, и официально обратится в Объединенный мир борьбы для разрешения данного вопроса”.

  • Güləş Federasiyasından italiyalı sərbəst güləşçi Frank Çamizonun iddiaları ilə bağlı BƏYANAT

    Azərbaycan Güləş Federasiyası italiyalı sərbəst güləşçi Frank Çamizonun iddiaları ilə bağlı bəyanat yayıb.

    Median.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib:

    “Beş – yeddi apreldə Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi. Bu yarış ilk dəfə Bakıda təşkil edildi. Ümumiyyətlə, adı çəkilən arena ilk dəfə güləş yarışına ev sahibliyi etdi.

    Bütün bunlara baxmayaraq, Azərbaycan Güləş Federasiyasının digər idman təşkilatları və dövlət qurumlarının dəstəyi ilə keçirdiyi yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirildi. Təsadüfi deyil ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını bildirib.

    Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri də böyük maraq göstərdi. Yerli jurnalistlərlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi.

    Yarışa azarkeş marağı da böyük oldu. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir.

    Avropa Olimpiya Təsnifat turnirində üç güləş növünün cəmində 36 idmançı Paris-2024-ə lisenziya qazandı. Bu lisenziyalardan beşi Azərbaycanın payına düşdü. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə edildi. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə üç, Gürcüstan, Ukrayna və Almaniya iki, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə bir lisenziya əldə etdi.

    Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

    Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo “Duty to report” qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.

    Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman “Fair Play” ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcək”.

  • Messi daha bir beynəlxalq mükafat üçün yarışır

    Lionel Messi daha bir mükafat ala bilər. Argentinalı dünyanın ən yaxşı idmançısına təqdim edilən Laureus Dünya İdman Mükafatına namizədlər sırasındadır.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Laureus Dünya İdman Mükafatı 2000-ci ildən verilir.

    İlk laureat 2001-ci ildə qalib gələn qolfçu Tayqer Vuds olub. Qolfçu Andre Aqassi, Moris Qrin, Mixael Şumaxer və başqalarını keçib.

    Hazırda ən çox qələbə qazanan Rocer Federerdir. Əfsanəvi tennisçi mükafatı beş dəfə alıb.

    Lakin Lionel Messi tezliklə isveçrəlilərə yaxınlaşa bilər. İndiyədək argentinalı iki dəfə qalib gəlsə də, yenidən namizədlər siyahısındadır.

    “İnter Mayami”nin oyunçusundan başqa, daha bir futbolçu – “Mançester Siti”nin hücumçusu Erlinq Holland da mükafata layiq görülüb. Siyahını Maks Verstappen, Noah Layls, Armand Duplantis və Novak Cokoviç tamamlayır.

    Laureus Dünya İdman Mükafatı 2024-ün təqdimetmə mərasimi aprelin 22-nə planlaşdırılıb. Təntənəli tədbir Madriddə keçiriləcək.

  • Naxçıvanın tarixinə şahidlik edən “Naxçıvanqala”nın divarı uçub – VİDEO

    Naxçıvanın tarixinə şahidlik edən “Naxçıvanqala” Tarixi-Memarlıq Muzey Kompleksinin divarı uçub.

    Bu barədə görüntülər Baku TV-də yayımlanıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Həmin görüntüləri təqdim edirik:

  • Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru: Minaya düşərək xəsarət alan şəxsin vəziyyəti ağırdır

    İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.

    “Report”un Qarabağ bürosu xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib.


    “Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir”, – V.Məmmədov deyib.

    Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır.

  • Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada vəfat edib

    Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib.

    “Report”un yerli bürosu məlumat verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, hadisə martın 20-də Ceyranbatan qəsəbəsində qeydə alınıb. “Opel” markalı avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü Şirvan Hüseyn oğlu Qasımovu vurub. Xəsarət alan piyada Bakıda xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan millisinin Gürcüstanla oyunlar üçün heyəti açıqlanıb

    Aprelin 14-16-da Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq Futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

    Bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.

    Vurğulanıb ki, aprelin 13-də yola düşəcək komandamızın heyətində baş məşqçi Vitali Borisov 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçıya şans verib.

    Millinin heyəti: Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).

  • Позиции азербайджанской армии подверглись обстрелу

    12 апреля около 16:50 подразделения вооруженных сил Армении со своих позиций вблизи населенного пункта Караиман Басаркечарского района обстреляли позиции нашей армии, расположенные в направлении населенного пункта Астаф Дашкесанского района.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Подразделения азербайджанской армии приняли адекватные ответные меры в указанном направлении”, – говорится в сообщении.

  • Azərbaycan Ordusunun Daşkəsən istiqamətindəki mövqeləri atəşə tutulub

    Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.