Month: April 2024

  • Konsulun vəzifələri artırıldı – FƏRMAN

    Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.

    APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

    İndiyə qədər karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verib.

  • DSX əməkdaşı Qazaxda minaya düşdü

    Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

    Mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.

    O, xəstəxanaya yerləşdirilib.
    //oxu.az

  • Prezident icra başçısını vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • Bakının məşhur restoranında rəqs edən kişi öldü

    Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.

    Oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə “Ay İşığı” restoranında baş verib.

    Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Министр культуры Ирана посетит Азербайджан

    Министр культуры и исламской ориентации Ирана Мохаммад Мехди Исмаили посетит Азербайджан.

    Об этом сам министр заявил местным СМИ.

    По его словам, цель визита – продолжить путь улучшения отношений со странами региона и участие в международном саммите.

    М.М.Исмаили подчеркнул, что встретится с официальными лицами и постарается сообща повысить уровень взаимосвязей.

    Источник: snn.ir

  • İranın mədəniyyət naziri Azərbaycana gələcək

    İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək.

    Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib.

    Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir.

    M.M.İsmaili rəsmilərlə görüşəcəyini və birgə qarşılıqlı əlaqələrin səviyyəsini yüksəltməyə çalışacaqlarını vurğulayıb.

    Mənbə: Snn.ir

  • Qətldə şübhəli bilinirdi: İnfarkt keçirib öldü

    Dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Sadiq Hüseyin oğlu Əhmədov qətlə yetirilib.

    Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən bir saat sonra vəfat edib.

    Belə ki, saxlanılan 70 yaşlı kişi ilkin ifadəsində törətdiyi əməli etiraf edib və bir qədər sonra o, infarkt keçirərək dünyasını dəyişib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Dadaşovun ürəktutmadan öldüyü bildirilib.

    O da məlum olub ki, S.Əhmədovla N.Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər. Dava-dalaş da tərəflər arasında yaşanan mübahisə zəminində baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb

    Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xadimə işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

    Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

  • Установлены личности 64 человек, похороненных во время первой Карабахской войны без опознания

    Установлены личности 64 человек, ставших шехидами в годы первой Карабахской войны и похороненных неопознанными на 21 кладбище, расположенном на территории 13 городов и районов Азербайджана.

    Об этом в интервью АПА сказал секретарь, руководитель рабочей группы Государственной комиссии Азербайджанской Республики по делам военнопленных, заложников и без вести пропавших граждан Исмайыл Ахундов.

    По его словам, в общей сложности были обнаружены останки 586 человек, из которых 108 уже опознаны.

    “Сведения о 35 из них уже обнародованы. Для распространения информации о 73 человек проводятся соответствующие процедуры. Останки 64 человек из 73 были найдены в неизвестных могилах, а останки девяти погибших были обнаружены в массовых захоронениях в селах Эдилли, Дашалты и Сарыджалы”, – сказал И.Ахундов.

  • Birinci Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib

    “Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib”.

    Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

    İşçi Qrupun rəhbəri bildirib ki, ümumilikdə 586 nəfərə aid meyit qalığı aşkar edilmiş və onlardan 108 nəfərin artıq şəxsiyyəti müəyyən edilib: “Onların 35 nəfəri artıq ictimaiyyətə elan olunub. 73 nəfərin ictimaiyyətə elan olunması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Həmin 73 nəfərdən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndlərində aşkarlanmış kütləvi məzarlıqlardan götürülüb”.