Month: April 2024

  • MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov dindirilib.

    Qeyd edilib ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirlində baş verən 143 milyon manatlıq yeyinti cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda cinayət işinə məhkəmədə baxılır.

    Sabiq idarə rəisi ifadəsində bildirib ki, işlədiyi dövrdə iki dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib: “Nəcməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən baş qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, buna da baş qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı baş qərargah rəisinə məruzə etmişəm. Baş qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”.

    Məlikməmməd Qurbanov bildirib ki, Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyəti olmayıb:

    “Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib. 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb. Həmin illərdə pullar ən çox “Azərsun holdinq”dən alınıb”.

    General Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərək qeyd edib ki, satınalma ona aidiyyəti olmayan bir sahədir: “2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Əgər Məlikməmməd Qurbanovun dediyi pulu alsaydım, danmazdım, deyərdim. Nəcməddin Sadıkovun mənə nə borcu var idi, nə tabeçiliyi. Nə də məndən qorxusu var idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi. Mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. “Azərsun holdinq”in nümayəndəsi ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”.

    Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran Məlikməmməd Qurbanov şirkətlərdən gələn faizləri kimlərə verilməsi ilə bağlı suallara cavab verməkdən imtina edib.

    Məhkəmədə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev də dindirilib. Şirkət rəhbərləri Müdafiə Nazirliyi ilə bağlanan 670 min manatlıq müqavilə bağladıqlarını təsdiq ediblər.

    Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib:

    “Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi. Hansı şirkətlə işləməyimizi Baş Qərargah rəisi məsləhət görürdü”.

    Məhkəmə prosesi mayın 3-də davam edəcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

  • Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı

    Sumqayıtda azyaşlı itkin düşüb.

    Hadisə 12-ci mikrorayon ərazisində baş verib.

    Doqquz yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.

    Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959-90-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

  • KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək.

    Bu barədə “MediaHub” öz mənbələrinə istinadla xəbər verib.

    Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğunu bir daha göstərmək istəyir.

    Mənbədən vurğulanıb ki, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq.

    “Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir”, – deyə mənbədən əlavə edilib.

  • Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

    Sabirabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

    “Report” xəbər verir ki, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Ramil Mübariz oğlu Məmmədovu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada dünya çempionu tapdığı yeddi milyonu sahibinə qaytarıb

    Pauerliftinq üzrə dünya çempionu və İnquşetiyadan olan polis serjantı Rüstəm Kukurxoyev yeddi milyon rubl olan çanta aşkar edib və onun sahiblərinin izinə düşüb, onların Qroznıdan olduqları üzə çıxıb.

    Məlumata görə, Rüstəm yaxınları ilə birlikdə Nazrandan Sunjaya gedirmiş, onlar toy üçün alış-verişə çıxıbmışlar. Qadınlar bazarlıqla məşğul olarkən Kukurxoyev Mərkəzi Məscidə girib və yolda içində pul olan çanta tapıb. Həmin şəxs tapıntı barədə sosial şəbəkələrdə paylaşım edib. Məlum olub ki, pul bir uşağın müalicəsi üçün nəzərdə tutulub və məsciddə dayanacaqda qalıb. Ev sahibləri taksi ilə Qroznıya qayıdırmışlar.

    “Uca Allaha şükür edirəm ki, nadanların heç biri onlara toxunmayıb. Nazrandan Sunjaya getməli oldum, amma məsciddə namaz qılmaq fikrim yox idi. Sadəcə, biz tezliklə toy planlaşdırırıq və buna görə də ailəmdən qadınları mağazaya apardım”, – deyə Kukurxoyev bildirib.

    Xəstə uşağın atası sonda kömək etdiyinə görə idmançını mükafatlandırıb.

    Mənbə: runews24.ru

  • Yens Stoltenberq Ukraynada səfərdədir

    NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevə səfər edib.

    Bu barədə Alyansdan bildirilib.

    Y.Stoltenberq səfərin məqsədini açıqlamasa da, bununla bağlı “X” hesabında belə bir paylaşım edib: “Ukrayna cəbhəsində vəziyyət çətindir. Lakin Ukraynanın qalib gəlməsi hələ ki gec deyil. Daha çox dəstək yoldadır”.

    Y.Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, hazırda tərəflər birgə mətbuata bəyanatlarla çıxış edirlər.

  • В апреле в Азербайджане температура воздуха на 12 градусов превысила климатическую норму

    Причиной повышения температуры воздуха на территории страны в последние дни является преобладающий умеренный юго-восточный ветер, вызванный потоком теплого воздуха с юга.

    Об этом сообщил начальник Национальной службы гидрометеорологии Назим Махмудов.

    “В течение апреля температура воздуха была на 12 градусов выше климатической нормы. Максимальная температура за месяц была зафиксирована 27 апреля – 30 градусов в Баку и на Абшеронском полуострове и 32 градуса в регионах”.

    По словам начальника службы, несмотря на это рекордный показатель не был обновлен. Согласно многолетним данным, рекордное значение апреля было зафиксировано в 1998 и 2012 годах, когда в Баку было 31,5 градуса тепла, а в регионах – 36-38 градусов.

    “Жаркая погода, наблюдаемая на территории страны, продлится до 2 мая, максимальная температура воздуха в Баку и на Абшеронском полуострове составит 25-30 градусов тепла, а в некоторых регионах – 27-32 градуса”, – сообщил он.

  • Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

    Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    Xidmət rəisi qeyd edib ki, müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.

    “Aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb”.

    Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998 və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31.5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

    “Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin may ayının 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”.

  • Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

    Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    “Qaynarinfo”nun məlumatına görə, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminində atasını döş boşluğundan bıçaqlayıb.

    22 avqust 2023-cü il tarixində şübhəli şəxs qismində tutulan Ülviyyə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin psixi pozuntular nəticəsində hadisəni anlaqsız vəziyyətdə törətməsi məlum olub.

    Məhkəmənin qərarına əsasən, Ülviyyə Şükürova Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.

  • Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? – VİDEO

    Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur.

    Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib.

    Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:

    “Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulacaq övlad üçün ciddi çətinliklər doğurur”.

    Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) süjetində: