Month: April 2024

  • Tacikistan prezidenti Azərbaycana səfər edəcək

    Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb.

    Qeyd edək ki, nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.

    “Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, – deyə XİN-dən bildirilib.

    Həmçinin, beynəlxalq gündəm məsələləri də müzakirə edilib.

    Mənbə: TASS

  • Kianu Rivz çəkiliş zamanı dizini sındırıb

    Aktyor Kianu Rivz “Uğur” filminin çəkilişləri zamanı xalçada büdrəyib və dizini sındırıb.

    Bu barədə layihənin direktoru Əziz Ənsari məlumat verib.

    “Çəkilişlərin təxminən 15-ci günü ona dedim ki, get qrim otağında 15 dəqiqə dincəl. O, gedərkən yolda xalçanın üstündə büdrədi və “dizim!”, – deyə qışqırdı”, – Ənsari bildirib.

    İş zədəsinə baxmayaraq, Rivz çəkiliş meydançasında qalıb və film üzərində işləməyə davam edib. O, bir neçə səhnədə rol alıb və hətta latın rəqsi oynamağa hazırlaşıb, lakin rejissor sənətçini fikrindən daşındıra bilib.

    Rejissorun sözlərinə görə, Kianunun bu cür fədakarlığı onu təəccübləndirməyib, çünki aktyor filmlərində çox vaxt çətin səhnələri özü ifa edib. Məsələn, “Matris” və “Sürət” filmlərində aktyor kaskadyorlar olmadan işləyib.

    Mənbə: Gazeta.ru

  • Məhkəmə azyaşlıya təcavüz edən şəxslə bağlı qərar VERDİ

    Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Natella şikayətçi olmadığını bildirib və məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edib.

    İttiham aktına görə, ötən ilin iyun ayında Ceyhun dostu Naillə birlikdə çimərliyə gedərkən yolda ona “TikTok” sosial şəbəkəsindən tanış olduğu Amina (ad şərtidir) adlı qız zəng edib. Nail ona birlikdə çimərliyə getməyi təklif edib. Amina isə Nailə rəfiqəsi Natella (ad şərtidir) ilə birgə gəlmək istədiyini bildirib. Onlar razılaşıblar və dostlar qısa müddət sonra qızları Yasamal rayonundan götürüb çimərliyə gediblər. Çimərlikdə birlikdə dincəldikdən sonra Nailin Nizami rayonunda kirayə yaşadığı mənzilə gəliblər. Bir müddət deyib-güldükdən sonra Natella yataq otağında Ceyhunla öz razılığı ilə cinsi əlaqədə olub. Belə ki, Natella ona 15 yaşının olduğunu bildirib. Hətta Nail ilə Amina da onların necə cinsi əlaqədə olmalarının şahidi olublar. Sonra Nail taksi çağırıb və qızları öz evlərinə yola salıb.

  • Neftçalada saxlanılan narkotacirlərdən biri axund imiş – FOTO

    Neftçala rayonunda axund narkotacir kimi həbs edilib.

    Bakupost.az-ın məlumatına görə, ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları rayonda narkotikin istifadəsinə və satışına qarşı əməliyyat keçiriblər.

    Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Samid Şakir oğlu Salmanov olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.

    Neftçalada mədrəsədə çalışırmış.

    Axund Samid Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.



  • “Formula-1”: 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

    “Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün təqviminin ilkin versiyası açıqlanıb.

    Bu barədə yarışın mətbuat xidmətindən bildirilib.

    Vurğulanıb ki, sayca 9-cu olacaq Azərbaycan Qran-prisi gələn il sentyabrın 19-21-də baş tutacaq.

    Qeyd edək ki, təqvimin yekun versiyası payızda təsdiqlənir və ilkin versiyadan, demək olar ki, fərqlənmir.

    Xatırladaq ki, Bakıda builki yarış sentyabrın 13-15-də gerçəkləşəcək.

  • Азербайджан потребовал в Гааге обеспечить выплату Арменией компенсации

    Азербайджан потребовал в Гааге (Нидерланды) обеспечить выплату Арменией полной компенсации за причиненный вред окружающей среде.

    Об этом говорится в заявлении в пресс-службе Министерства иностранных дел (МИД) Азербайджанской Республики (АР).

    В МИД отметили, что 12 апреля во Дворце мира в Гааге состоялся первый официальный судебный процесс по иску, предъявленному Азербайджаном в рамках межгосударственного арбитража в соответствии с Бернской конвенцией об охране дикой флоры и фауны и природных сред обитания в Европе.

  • Azərbaycan Ermənistandan təzminat tələb edir

    Bu gün, 2024-cü il aprelin 12-də Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən, dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.

    “2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub”, – deyə məlumatda qeyd edilib.

    Diqqətə çatdırılıb ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir:

    “Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasını təmin etmək, habelə konvensiyada sadalanan, o cümlədən köç edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə ehtiva edir. Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib. Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu öz növbəsində, ədaləti təmin etmək üçün ciddi səydir”.

  • Qarqarçaydan sel keçir

    Son günlər ölkə ərazisində havanın yağışlı keçməsi səbəbindən çaylarda sululuq artıb.

    APA-nın Qarabağ bürosu xəbər verir ki, ötən günlərdə Qarabağın dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti mənbəyini Qarabağ dağlarından götürən Qarqarçaya sel sularının gəlməsinə səbəb olub. Hazırda Qarqarçayın Ağdam rayonu ərazisindən keçən hissəsindən sel suları keçir.

  • Masallıda oğul anasını döydü – TƏFƏRRÜAT

    Masallı rayonunda 1982-ci il təvəllüdlü Lətif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Mədinəyə (adlar şərti göstərilib) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun Banbaşı kəndində baş verib.

    Lətif kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətində anası Mədinənin ona spirtli içki qəbul etməsini irad tutması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu baş nahiyəsindən qəsdən əl ilə vurub yerə yıxıb. Bununla da o, anasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O, anasına xəsarət yetirməsindən peşman olduğunu deyib.

    Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifin barəsində olan cinayət təqibinə xitam verilib.

    O, cinayət məsuliyyətindən azad edilib.

  • Hansı ixtisas qruplarına qəbul olmaq asandır?

    Hər il abituriyentlərin üz-üzə qaldığı məsələlərdən biri də hansı ixtisas qrupunu seçsələr, daha rahat ali məktəbə qəbul oluna biləcəkləri ilə bağlıdır.

    Hətta bəziləri öz maraq dairələrini kənarda qoyub, ali məktəbə daha asan qəbul oluna biləcəkləri ixtisas qrupuna üz tuturlar.

    Bəs, görəsən 5 ixtisas qrupu üzrə abituriyentlərin daha asan qəbul ola biləcəkləri qruplar hansılardır?

    Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər asanlıq baxımından daha çox I və II qrupa üstünlük verirlər:

    “Çünki III və IV qrupa qəbul olmaq, abituriyentlər üçün bir qədər çətindir. Hətta subbkalavrlar belə II qrupa daha asan qəbul ola bilirlər. Abituriyentlərin “Təki diplomum olsun” deyərək universitet və ixtisas seçimi etmələri əsla doğru yanaşma deyil.

    Çünki həmin şəxslər gələcəkdə iş tapmaqda və özlərinə karyera qurmaqda çox çətinlik çəkəcəklər. Ona görə də kortəbii formada ixtisas qrupunun seçilməsi qəbuledilməzdir”.

    Ekspert qeyd edib ki, hər il 70-75 min və daha üzəri abituriyent müsabiqədə iştirak edir. Amma onların içərisində 50-55 nəfəri universitetlərə qəbul oluna bilir:

    “Sorğu aparsaq görərik ki, onların içərisində təxminən yalnız 5-6 min abituriyent öz ixtisası ilə bağlı biliklərə sahibdir və ya həmin ixtisası seçərkən araşdırma aparıb. Yerdə qalanlar kortəbii formada prosesdən keçiblər. Ona görə də əlbəttə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır”.

    E.Əfəndinin sözlərinə görə bəzən abituriyentlər ixtisas seçimi edərkən istedadlarına önəm vermirlər:

    “Burada məqsəd I və II ixtisas qrupunu seçən namizədləri azaltmaq deyil. Biz istəyirik ki, abituriyentlər az bal toplayacağını nəzərə alaraq ixtisas qrupu seçməsinlər. Ola bilər ki, kiminsə tibb istiqamətində potensialı var, lakin I və II qrupda oxuyur. Məqsəd bunun qarşısını almaqdır.

    Yaxşı olar ki, abituriyentlər mütamadi olaraq konsultasiyada iştirak etsinlər. Bu barədə həm onları, həm də valideynlərini maarifləndirmək lazımdır”.