Month: April 2024

  • MTN-nin keçmiş idarə rəisi əfvdən yararlanmaq istəyir

    May ayında əfv sərəncamı veriləcəyi barədə məlumatlar yayıldıqda sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Mövlam Şıxəliyev bu sərəncamdan yararlanmaq üçün hərəkətə keçib.

    Qaynarinfo-ya daxil olan məlumata görə, keçmiş idarə rəisi əfv olunmaq üçün müraciət etmək niyyətindədir.

    Bəzi iddialara görə isə onun müraciəti artıq hazırdır. Sadəcə əfv barədə məlumatın dəqiqləşməsini gözləyir.

    Mövlam Şıxəliyevin əfvə düşüb-düşməyəcəyi bəlli deyil. Amma o, hər halda buna cəhd etmək niyyətində israrlıdır.

    Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyib. “MTN işi” çərçivəsində saxlanılaraq bir sıra ağır cinayətlərdə təqsirli bilinib. O, Bakı Hərbi Məhkəməsinin hakim Elbəyi Allahverdiyevin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

    Mövlam Şıxəliyev Ali Məhkəməyə kassasiya şikayəti verib.

  • Azərbaycanın 3×3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb

    Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

    “Report” xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çilini məğlub edib.

    B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.

  • Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti tapılmayıb: Selin apardığı ehtimal olunur

    Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

    Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir.

    Onun axtarışlarına başlanılıb.

    Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

    Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

    Faktla bağlı araşdırma aparılır.

  • Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

    Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən doqquz ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, iki ədəd partlayıcı başlığı, iki ədəd “M-75” əl qumbarası, dörd ədəd avtomat darağı və çox sayda patron aşkar olunub.

    Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

  • İrəvanda həyəcan: Məktəb və ticarət mərkəzlərində terror aktları təhlükəsi

    Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi İrəvan məktəblərində törədiləcək terror aktlarının hazırlanması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

    Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, daha əvvəl anonim “Telegram” kanallarından birində naməlum şəxsin aprelin 12-də İrəvanda 17 məktəbdə, eləcə də 2 ticarət mərkəzində terror aktları törətməyi planlaşdırdığı barədə xəbər yayılıb. Məktəb çatında sürətlə yayılan xəbər valideynlərdə narahatlıq yaradıb.

    “Hazırda məktəblərdə dərslər davam edir, lakin biz hüquq-mühafizə orqanlarından mesajları yoxlamağı xahiş etdik”, – deyə nazirlikdən bildirilib.

    Mənbə: Erməni KİV

  • Sabah Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq – PROQNOZ

    Aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

  • Ağdərədə odlu silahlar aşkarlanıb

    İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman üç pulemyot, bir qumbaraatan və bir avtomat aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,7 доллара (0,76%) и составила 92,96 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0,7 ABŞ dolları və ya 0,76% artaraq 92,96 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Единственный выживший в Ходжавендской операции разведчик: Меня подвергали жестоким пыткам

    Несмотря на тяжелые ранения, полученные в бою, армяне подвергали меня жестоким пыткам в плену на протяжении почти двух лет.

    Как передает Report, об этом сообщил единственный выживший в Ходжавендской операции разведчик Агиль Ахмедов.

    “В апреле 1997 года погибли семеро моих сослуживцев. Я был тяжело ранен и попал в плен к врагу, находясь в бессознательном состоянии. В плену я пробыл год и 11 месяцев. Через полгода благодаря усилиям великого лидера Гейдара Алиева останки моих сослуживцев были захоронены в Баку. В марте 1999 года я был освобожден из плена также в результате усилий Гейдара Алиева”, – сказал он.

    Агиль Ахмедов добавил, что уже несколько раз посещал места, где проходила Ходжавендская операция, чтобы почтить память сослуживцев.

    Напомним, члены семей разведчиков, погибших в ходе Ходжавендской операции в 1997 году, сегодня посетили Ходжавендский район.

    Визит приурочен к 27-й годовщине Ходжавендской операции. Члены семей погибших разведчиков посетили местность, где проходили боевые действия, возложили цветы и почтили память шехидов.