Month: April 2024

  • Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

    Günün yeganə matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıblar.

    Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.

  • В Шекинском районе автомобиль насмерть сбил 89-летнего пешехода

    В Шекинском районе произошло дорожно-транспортное происшествие с летальным исходом.

    Об этом сообщили в региональной группе пресс-службы МВД.

    12 апреля около 04:00 на территории села Аббас автомобиль Hyundai, за рулем которого находился Рустам Мамедов, сбил переходившего дорогу Мурсала Шамхалова (1935 г.р.).

    От полученных травм пешеход скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

    Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 12-də saat 4 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Mürsəl Əziz oğlu Şamxalovu vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Двукратный чемпион “Формулы-1” продлил контракт с “Астон Мартин”

    Двукратный чемпион мира по автогонкам в классе машин “Формула-1” испанец Фернандо Алонсо продлил контракт с командой “Астон Мартин”.

    Об этом сообщает пресс-служба “Формулы-1”.

    Согласно информации, новый контракт 42-летнего Алонсо рассчитан до 2026 года.

    Напомним, что Алонсо провел 381 гонку в “Формуле-1” и является рекордсменом по этому показателю. Испанец одержал 32 победы на этапах Гран-при. 106 раз он финишировал на подиуме и делит четвертое место по этому показателю с французом Аленом Простом. Выше располагаются только британец Льюис Хэмилтон (197), немцы Михаэль Шумахер (155) и Себастьян Феттель (122).

    Испанский гонщик перешел в “Астон Мартин” перед сезоном 2023 года. Ранее в “Формуле-1” он выступал за “Минарди”, “Рено”, Макларен”, “Феррари” и “Альпин”. Алонсо стал чемпионом мира в 2005 и 2006 годах. Еще три раза гонщик занимал второе место в общем зачете чемпионата (2010, 2012, 2013) и один раз – третье (2007).

    В текущем сезоне Алонсо после четырех этапов Гран-при занимает восьмое место в общем зачете, набрав 24 очка.

    Источник: ТАСС

  • İkiqat “Formula-1” çempionundan karyerası ilə bağlı mühüm QƏRAR

    “Formula-1” üzrə ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonso “Aston Martin” komandası ilə müqaviləsini uzadıb.

    Bu barədə “Formula-1”in Mətbuat Xidməti məlumat yayıb.

    42 yaşlı Alonsonun yeni müqaviləsi 2026-cı ilə qədərdir.

    Qeyd edək ki, Alonso “Formula-1”də 381 yarış başa vurub və bu göstərici üzrə rekordçudur. İspaniyalı Qran-pri mərhələlərində 32 qələbə qazanıb. O, 106 dəfə podiuma yüksəlib və bu göstəricidə fransalı Alen Prostla dördüncü yeri bölüşür. Pilot yalnız britaniyalı Lyuis Hemilton (197) və alman Mixael Şumaxer (155) və Sebastyan Fetteldən (122) geri qalıb.

    İspan sürücü 2023-cü il mövsümü ərəfəsində “Aston Martin”ə keçib. O, əvvəllər “Minardi”, “Renault”, “McLaren”, “Ferrari” və “Alpin” komandalarında yarışıb.

    Alonso 2005 və 2006-cı illərdə dünya çempionu olub. Daha üç dəfə pilot ümumi çempionatda (2010, 2012, 2013) ikinci, bir dəfə (2007) isə üçüncü yeri tutub.

    Bu mövsüm Alonso dörd Qran-pri mərhələsindən sonra 24 xalla ümumi sıralamada səkkizinci yerdədir.

    Mənbə: TASS

  • Раскрыта зарплата Лионеля Месси в “Интер Майами”

    Стала известная зарплата 36-летнего аргентинского нападающего Лионеля Месси в американском “Интер Майами”.

    По данным СМИ, звездный футболист зарабатывает 1,6 млн евро в месяц, а его годовая зарплата составляет 19,2 млн евро.

    Также сообщается, что аргентинец является самым высокооплачиваемым футболистом в MLS (Major League Soccer).

    Напомним, что Месси присоединился к “Интер Майами” минувшим летом на правах свободного агента. За этот период он принял участие в 20 матчах во всех турнирах, в которых отметился 17 голами и семью результативными передачами. Действующее трудовое соглашение форварда с клубом рассчитано до конца 2025 года. Согласно информации, представленной на портале Transfermarkt, рыночная стоимость игрока составляет 30 млн евро.

    Источник: “Чемпионат”

  • Messinin “İnter Mayami”dəki maaşı açıqlandı

    36 yaşlı argentinalı hücumçu Lionel Messinin ABŞ-nin “İnter Mayami” klubunda aldığı məvacib məlum olub.

    Məlumata görə, futbolçu ayda 1,6 milyon avro qazanır. Messinin illik maaşı isə 19,2 milyon avrodur.

    Argentinalının MLS-də ən çox maaş alan futbolçu olduğu da bildirilir.

    Xatırladaq ki, Messi keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 20 matçda iştirak edib, 17 qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

    Transfermarkt portalında verilən məlumata görə, argentinalı futbolçunun bazar dəyəri 30 milyon avrodur.

    Mənbə: champiponat.com

  • Tovuzda qəbiristanlıqda mal-qara otaranlar kimlərdir? – VİDEO

    Tovuzun Yuxarı Öysüzlü kəndindəki qəbiristanlıqda mal-qara otarılıb.

    Kənd sakinləri isə mövcud vəziyyətdən narazıdırlar.

    Onlar bildiriblər ki, örüş yerinə çevrilən qəbiristanlıqda yaxınları və doğmalarının məzarları var.

    “Mal-qaranın qəbiristanlıqda otarılması düzgün deyil”, – deyə kənd sakinləri qeyd ediblər.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Apteklərin sayı çoxalır, əczaçılar isə azalır: Problemi necə həll etmək olar? – VİDEO

    “İldən-ilə apteklərin sayı çoxalır, əczaçılar isə azalır”.

    Xezerxeber.az-ın məlumatına görə, bunu sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib.

    Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. O bildirib ki, apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb.

    Ekspert bildirib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yarada bilər.

    Ekspert əlavə edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var. Bununla qismən də olsa çatışmazlıqları aradan qaldırmaq olar.

    Qeyd edək ki, aptekdə çalışan və dərman vasitələrinin buraxılışını həyata keçirən şəxs və ya şəxslərin ali və ya orta əczaçılıq təhsilinə malik olmaması məsuliyyət yaradır.

    İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər üçün isə 1 000 manatdan 2 000 min manatadək cərimələnə bilərlər.

    Ətraflı süjetdə:

  • İllər sonra 20 min borcunun olduğunu öyrəndi: Bakıda avtosalon rəhbərliyi vətəndaşı aldadıb? – İDDİA (VİDEO)

    Bakıda avtosalon rəhbərliyi vətəndaşı aldadıb.

    Belə ki, zərərçəkən Yusif Eminov 2009-2011-ci illərdə avtosalonların birində gözətçi işləyib.

    Bakı qeydiyyatı olduğu üçün salon rəhbərliyinin xahişi ilə adına bank vasitəsi ilə üç avtomobil kreditləşdirilib, avtomobil alan şəxslərə etibarnamə verilib.

    Y.Eminov 13 ildən sonra 20 min manat borcunun olduğunu öyrənib.

    Daha ətraflı “ATV Xəbər”in süjetində: