Month: April 2024

  • İsrail ordusu HƏMAS-ın Rəfahda maliyyədən məsul olan üzvünü məhv edib

    İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfahdakı təşkilatın hərbi qanadının maliyyələşdirilməsindən məsul olan Fələstinin radikal HƏMAS hərəkatının üzvünü məhv edib.

    Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, ordu ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti – Qeyd) dəstəyi ilə terrorçu Naser Yaqub Cabberı zərərsizləşdirib.

    HƏMAS-ın hərbi qanadındakı fəaliyyətinin bir hissəsi olaraq, o, təşkilatın Rəfahdakı hərbi fəaliyyətinin böyük hissəsinin maliyyələşdirilməsinə cavabdeh idi.

    Keçən dekabrda o, hərbi fəaliyyətlər üçün HƏMAS-a yüz minlərlə dollar köçürüb.

  • Hansı vərdiş telefonun batareyasını öldürür?

    Telefonunuzun batareyasına bir çox amillər təsir edir, lakin onu yavaş-yavaş öldürə biləcək bir vərdiş var.

    İstifadəçilərin bəziləri belə hərəkətləri ilə batareyaya ciddi ziyan vurduqlarının fərqinə varmadan batareyanı daim sıfır faizə boşaldır. Hər bir cihaz batareyasının müəyyən bir xidmət müddəti olduğunu xatırlamaq vacibdir. Buna görə də telefonun daha uzun və normal işləməsi üçün onu düzgün idarə etmək lazımdır.

    İstifadəçilərə akkumulyatoru uzun müddət boşalmış vəziyyətdə qoymamaq barədə xəbərdarlıq edilir. Çünki o, “dərin boşalma vəziyyətinə” keçə və işini dayandıra bilər. Bunun qarşısını almaq üçün şarj 20 faizə və ya daha da aşağı düşdükdə “aşağı güc rejimini” yandırmalısınız.
    //lent.az

  • Bakıda evdən naməlum kişi meyiti tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb.

    Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

    Araşdırma aparılır.

  • Община Западного Азербайджана ответила послу США в Армении

    В Общине Западного Азербайджана прокомментировали утверждения посла США в Армении.

    В заявлении Общины говорится:

    “Посол Соединенных Штатов Америки (США) в Армении Кристина Квин подняла вопрос безопасного возвращения армян, уехавших из Азербайджана, и сказала, что этот вопрос не закрыт. Говоря о праве на возвращение, посол должна сначала высказать свое мнение о ситуации в этой сфере в стране, где она аккредитована. Интересно, почему посол Квин ни разу не заговорила об изгнании азербайджанцев из Армении, уничтожении их культурного наследия и непредоставлении им Арменией права на возвращение.

    Мы еще раз призываем правительство США положить конец этнической и религиозной дискриминации азербайджанцев, изгнанных из Армении, и поддержать их мирное, достойное и безопасное возвращение”.

  • Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

    Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib.

    İcmanın açıqlamasında deyilir:

    “Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib. Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?”

    “Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq”, – açıqlamada bildirilir.

  • Dəridəki pis xolesterinin səviyyəsini necə təyin etmək olar?

    Yüksək xolesterinin əlamətlərini görməməzlikdən gəlmək təhlükəlidir. Qanda yüksək xolesterol səviyyəsi ürək və qan damarlarında ciddi problemlərə səbəb ola bilər.

    Xolesterol səviyyənizi təyin etmək və eşitmədiyiniz təhlükəli nəticələrin qarşısını almaq üçün sadə bir yol var.

    Xolesterolun iki növü olduğunu bilmək vacibdir – “pis” və “yaxşı”. Lipoproteinlər bədəndə xolesterolun daşınmasına cavabdehdir və eyni zamanda iki növə bölünür – yüksək və aşağı sıxlıq.

    Yüksək sıxlıqlı lipoproteinlər qan damarlarında yığılmır, lakin bədənin bütün orqan və toxumalarında paylanır, buna görə də zərərsiz sayılırlar.

    Aşağı sıxlıqlı lipoproteinlər, əksinə, qan damarlarının divarlarında toplana bilər və ciddi xəstəliklərin əsas səbəbidir.

    Amerika Dermatologiya Akademiyası (AAD) dərimizin bədəndəki artıq xolesterol səviyyəsini göstərə biləcəyini müəyyən edib. Dərinizdə kiçik sarımtıl-narıncı böyümələr görsəniz, xolesterol səviyyəniz çox güman ki, yüksəkdir. Bu böyümələr ksantelazma adlanır və dərinin müxtəlif bölgələrində, məsələn, ayaqlarda, ovuclarda, göz qapaqlarında və arxada görünə bilər.

    Xolesterol səviyyəsinə nəzarət etmək üçün yağlı qidalardan imtina etmək, fiziki fəaliyyətlə məşğul olmaq, siqaretdən imtina etmək və spirt istehlakını məhdudlaşdırmaq vacibdir.
    //lent.az

  • Türkiyədə meşə yanğını başladı

    Türkiyədə Antalyanın Göynük rayonunda meşəlik ərazidə yanğın baş verib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Məlumata görə, hadisə yerinə yanğınsöndürən briqadaları sövq edilib.

    Ərazidə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

  • Bakıda yanacaq məntəqəsindəki problemlə bağlı açıqlama

    “SOCAR Petroleum” QSC “İST Petrol” yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialarla bağlı açıqlama yayıb.

    Açıqlamada qeyd olunur:

    “Belə ki, “SOCAR Petroleum” QSC 11 aprel 2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb. Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb”.

    Qeyd olunur ki, 11 aprel 2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb. Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib.

  • Tiktoker Ləman Vəliyeva saxlanılıb?

    Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır.

    Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdiyi üçün saxlanıldığı qeyd olunub.

  • Azərbaycanın iki universiteti dünya reytinqində…

    Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb.

    Bu barədə Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 301-340 universitetlərinin siyahısına daxil olub.

    Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” proqramı üzrə dünyanın ən yaxşı 351-400, “İctimai elmlər və menecment” proqramı üzrə isə dünyanın ən yaxşı 501-550 universitetlərinin siyahısına daxil olub.

    Qeyd edək ki, müvafiq reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.