Month: April 2024

  • Bakı 1953-cü il – Hökumət evinin qarşısına qoyulan Leninin heykəli belə hazırlanıb (VİDEO)

    AzTV-nin “Qızıl fondu” 1953-cü ildə Bakıda-indiki Azadlıq meydanında Leninin heykəlinin qoyulmasından bəhs edən arxiv video paylaşıb.

    Videoda Leninin heykəlinin 1954-cü ildə açılacağı, hansı formada olacağından bəhs edilir. Eyni zamanda materialda həmin dövrə uyğun fraqmentlər və çıxışlar yer alıb.

  • Novxanıda yolda qoyun otaran şəxs həbs edildi

    Abşeron rayonu, Novxanı qəsəbəsində magistiral yolda qoyun otaran şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Elvin Cəfərov (ad-soyad-şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, polislər Elvinin Novxanı qəsəbəsində avtomobil yolunun üzərində qoyun otardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək irad bildiriblər. Həmin şəxs isə polislərə özü haqqında heç bir məlumat verməyəcəyini deyib və aqressiv hərəkətlər edib.

    Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə günü spirtli içki qəbul etdiyini və əsəbi olduğunu vurğulayıb. Əməlindən peşman olduğunu deyib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbmüddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

  • “Telegram” hesabları bu üsulla ələ keçirilir (XƏBƏRDARLIQ)

    Son vaxtlar “Telegram” hesablarının oğurlanması kütləvi hal alıb.

    İKT mütəxəssisi Elvin Abbasov deyir ki “Telegram” hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

    Vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqda istifadəçilərdən mobil nömrələrini daxil etmələri tələb olunur. Daha sonra təsdiqləmə kodu göndərilir ki, bu şifrəni daxil etdikdə şəxsin hesabı və yazışmaları ələ keçirilir. Mütəxəssis bildirib ki, dələduzlar “Telegram” hesablarını ələ keçirəndən sonra ondan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar.

    Elvin Abbasov deyir ki, heç kəs özünün sosial şəbəkə hesabının kiməsə lazım olmadığını düşünməməlidir. Onun sözlərinə görə, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.

    Elektron Təhlükəsizlik Xidməti də “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.

  • Bu ərazilərdə kirayə evlər kəskin bahalaşdı (QİYMƏTLƏR)

    Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata təklif edilir.

    Artıq 4 ilə yaxındır ki, Qarabağda sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş ərazilərdə bu müddət ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.

    İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev tuturlar. Tələbin çox olması isə qiymətləri 2-3 dəfə artırıb.

    Bölgələrdə fəaliyyət göstərən rieltorlar deyirlər ki, kirayə verilən evlər orta şəraitli kənd evləridir. Ailəli şəxslər üçün verilən evlərlə subaylara verilən evlər arasında fərq var. Hətta evdə bir neçə nəfər qalırsa, əlavə şəxsə görə də pul ödənir.

    Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.

  • Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzi çaylarda daşqın olacaq

    Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • Задержанный бывший вице-президент Эквадора объявил голодовку

    Задержанный в ходе штурма посольства Мексики в Кито бывший эквадорский вице-президент Хорхе Глас объявил голодовку.

    Об этом сообщила его адвокат Соня Габриэла Вера Гарсия.

    “Мы установили контакт с Хорхе, который объявил голодовку. Он заявил о благодарности мексиканскому правительству, сказав, что убежище не дало ему свободы, но дало достоинство человека, преследуемого по политическим мотивам”, – написала юрист в X (ранее Twitter).

    Напомним, что ранее эквадорский телеканал Teleamazonas сообщил, что Глас находится в коме. По данным правоохранительных органов, он мог принять в тюрьме большое количество антидепрессантов и седативных препаратов. Позднее эквадорские власти отметили, что плохое самочувствие бывшего вице-президента могло быть вызвано “отказом принимать пищу, предоставленную государственной службой”.

  • Ekvadorun saxlanılan keçmiş vitse-prezidenti aclıq aksiyasına başlayıb

    Meksikanın Kitodakı səfirliyinə basqın zamanı saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas aclıq aksiyasına başlayıb.

    Bu barədə onun vəkili Sonya Qabriela Vera Qarsiya məlumat verib.

    “Aclıq aksiyası keçirən Xorxe ilə əlaqə saxladıq. O, Meksika hökumətinə minnətdarlığını bildirdi, dedi ki, sığınacaq ona azadlıq vermədi, amma siyasi motivlərlə təqib edilən insan ləyaqəti verdi”, – vəkil “X”də yazıb.

    Xatırladaq ki, bir müddət əvvəl Ekvadorun “Teleamazonas” telekanalı Qlasın komada olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, həbsxanada külli miqdarda antidepressant və sakitləşdirici dərman qəbul edə bilərdi. Ekvador hakimiyyəti daha sonra qeyd edib ki, keçmiş vitse-prezidentin səhhətinin pisləşməsinə onun dövlət xidməti tərəfindən verilən yeməkləri qəbul etməkdən imtinası səbəb ola bilər.

  • Maştağada mağazadan soyğunçuluq edilib

    Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.

    Aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1 000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

    Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

    Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər.

    “Vedomosti”nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.

    Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiya operatorlarından SİM-kartları yalnız Dövlət Xidmətləri portalında biometrikadan istifadə etməklə qeydiyyatdan keçdikdə və rabitə mağazalarında şəxsi səfər zamanı əldə edə biləcəklər.

    Sənəd Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, “Roskomnadzor”, Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib.

    Qurumlar aprelin 15-dək bununla bağlı razılığa gəlməlidirlər.

    Sənədin mətnində qeyd edilir ki, miqrant biometrik məlumatları təqdim etməkdən imtina edəcəyi təqdirdə Rusiya ərazisində mobil rabitədən istifadə imkanından məhrum olacaqlar.

    Tələblər diplomatik işçilərə, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə və qaçqınlara şamil edilməyəcək.

  • ВБ обновил прогнозы экономического роста в Азербайджане

    Всемирный банк (ВБ) прогнозирует в 2024 году экономический рост в Азербайджане на уровне 2,3%, в 2025 и 2026 годах – 2,4%.

    Как передает Report, об этом говорится в обнародованном сегодня апрельском докладе ВБ об экономике Европы и Центральной Азии “Раскрытие силы частного сектора”. По сравнению с январским прогнозом, темпы роста ВВП в 2024-2025 годах снизились на 0,1 процентных пункта.

    По ожиданиям ВБ, экономический рост в стране в этом году будет обусловлен менее выраженным снижением добычи сырой нефти, обусловленным вводом в эксплуатацию новых нефтяных платформ. “Рост неэнергетического сектора ожидается, что в 2024 году улучшится до 4%, в первую очередь за счет активного расширения строительного сектора, чему способствуют инвестиции государственного сектора в реконструкцию. Ожидается, что в других отраслях также сохранятся темпы роста. Что касается спроса, ожидается, что рост потребления стабилизируется, в то время как рост инвестиций, по прогнозам, останется умеренным, поддерживаемым государственными инвестициями, но сдерживаемым анемичным ростом частных инвестиций”, – говорится в докладе.

    В среднесрочной перспективе ВБ прогнозирует, что темпы роста ВВП будут колебаться в районе 2,4%, но могут ускориться, если будет поддержан более быстрыми темпами реализации структурных реформ. При этом в сельском хозяйстве в течение 2024-2026 годов ожидается 3%-ный рост против 3,2% роста в 2023 году, в промышленности прогнозируется рост на уровне 0,2% против снижения в 2023 году на 0,9%, в секторе услуг рост ожидается на уровне 5,3% в 2024-2025 годах и 5,2% – в 2026 году против 3,8%-го роста в 2023 году.

    Согласно докладу, валовые инвестиции в основной капитал в 2024 году увеличатся на 5,4%, в 2025 году – 3,9%, а в 2026 году – 3,5%. В 2023 году рост составил 9,6%.

    “В 2023 году экономический рост в Азербайджане замедлился до 1,1% в результате снижения добычи нефти и вялого роста в неэнергетическом секторе. Годовая инфляция резко упала до 2,1%, поскольку внешнее и внутреннее давление ослабло. Высокие цены на энергоносители способствовали значительному внешнему и бюджетному профициту. В среднесрочной перспективе прогнозируется, что рост приблизится к примерно 2,5%, поскольку падение добычи сырой нефти замедлится, а рост неэнергетического сектора ускорится”, – подчеркивают аналитики банка.

    По их мнению, проведение 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) в Азербайджане в ноябре 2024 года может стать возможностью активизировать усилия по смягчению последствий изменения климата и адаптации к ним: “Устранение искажающих субсидий на ископаемое топливо могло бы существенно сократить выбросы и ускорить переход к зеленой экономике”.

    Правительство Азербайджана на 2024 год рост ВВП прогнозирует на уровне 2,4%.