Month: April 2024

  • Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

    Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3%, 2025-ci və 2026-cı illərdə isə 2,4% səviyyəsində proqnozlaşdırır.

    “Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

    Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-25-ci illərdə ÜDM-in artım tempi 0,1 faiz bəndi azalıb.

    Bankın gözləntilərinə əsasən, bu il ölkədə iqtisadi artıma yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar xam neft hasilatının daha az azalması səbəb olacaq.

    “Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4%-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub-saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, – hesabatda deyilir.

    Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4% civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır.

    Eyni zamanda, 2024-26-cı illərdə kənd təsərrüfatında 3% (2023-cü ildəki 3,2%-lik artıma qarşı), sənayedə 0,2% (2023-cü ildəki 0,9% azalmaya qarşı), xidmət sektorunda 2024-25-ci illərdə 5,3%, 2026-cı ildə 5,2% (2023-cü ildəki 3,8% artıma qarşı) artım gözlənilir.

    Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4%, 2025-ci ildə 3,9%, 2026-cı ildə isə 3,5% artacaq. 2023-cü ildə artım 9,6% olmuşdu.

    “Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1%-ə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1%-ə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profisitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5%-ə yaxınlaşacağı proqnozlaşdırılır”, – bankın analitikləri bildiriblər.

    Onların fikrincə, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşma istiqamətində səyləri gücləndirmək üçün fürsət ola bilər:

    “Təhrifli qalıq yanacaq subsidiyalarının aradan qaldırılması emissiyaları əhəmiyyətli dərəcədə azalda və yaşıl iqtisadiyyata keçidi sürətləndirə bilər”.

    Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.

  • Арарата Мирзояна допросили в суде

    Министр иностранных дел Армении Арарат Мирзоян вызван в Ереванский суд для дачи показаний по делу об избиении.

    Информацию об этом распространила армянская пресса.

    Допрошенный в суде А.Мирзоян заявил, что был избит группой лиц после заседания парламента 9 апреля.

    Напомним, что для главы армянского внешнеполитического ведомства это не первый подобный инцидент.

    После того как Армения подписала акт о капитуляции в 2020 году, разгневанные протестующие напали на Арарата Мирзояна и жестоко избили его.

  • Ararat Mirzoyan məhkəmədə dindirilib

    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan döyülməsi ilə bağlı dindirilmək üçün İrəvan məhkəməsinə çağırılıb.

    Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

    Qeyd olunur ki, məhkəmədə dindirilən A.Mirzoyan aprelin 9-da parlament iclasından sonra bir qrup şəxs tərəfindən döyüldüyünü bildirib.

    Xatırladaq ki, A.Mirzoyan bundan əvvəl də döyülüb.

    2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra qəzəblənən etirazçılar Ararat Mirzoyanı vəhşicəsinə döymüşdülər.

  • Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

    Naftalan-Səfikürd yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb bürosunun məlumatına görə, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ə.Əsgərov və 1989-cu il təvəllüdlü C.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı kəskin azalıb

    Bu ilin yanvar-mart aylarında Azərbaycanda 17 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

    “Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

    Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 79 yeni subdomen də verilib ki, bu da bir il əvvələ nisbətən 49% çoxdur.

    2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

  • “Azəriqaz”la bağlı ödənişlərdə PROBLEM yaranıb – RƏSMİ AÇIQLAMA

    Son iki gündür, abonentlər qaz sayğaclarına ödənişlərin mümkün olmadığını iddia edirlər.

    Bu barədə Oxu.Az-a bir neçə vətəndaş tərəfindən şikayət daxil olub. Vətəndaşlar iddia edirlər ki, smart-kart tipli sayğaclara ödəniş etmək istəyən zaman sözügedən problemlə qarşılaşırlar. Nə terminallardan, nə də mobil telefon üzərindən müvafiq tətbiqlər vasitəsilə ödənişi həyata keçirmək olur.

    Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Abonent Bazasına Xidmət Şöbəsinin rəisi Oqtay İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, iki gündür, proqram üzərində aparılan müvafiq işlərdən dolayı abonentlər müvəqqəti narahatlıqla üzləşiblər:

    “Dünən bu problem smart-kart tipli sayğaclara ödəniş edilməsi prosesində olub, lakin bu gün həmin sayğaclara ödəniş edilməsində hansısa problem yoxdur. Ümumilikdə serverin yeri dəyişdirildiyi üçün bağlantı (şəbəkə) məsələsində müəyyən fasilələr yaranır deyə bu cür şikayətlər meydana gəlir. Hazırda smart-kart tipli sayğaclara ödənişlərdə problem yoxdur. Lakin bildirişli, abonent kodu ilə aparılan ödənişlərdə müəyyən zamanlarda əlaqə qırılır, yenidən bərpa edilir.

    Hazırda problemin həll olunması üçün aidiyyəti şöbənin əməkdaşları çalışırlar, təəssüf ki, dəqiq vaxt demək mümkün deyil”.

  • Lufthansa приостановила авиасообщение с Ираном

    Немецкая авиакомпания Lufthansa приостановит авиасообщение с Ираном из-за опасной обстановки на Ближнем Востоке, так как Израиль может готовиться к ответному удару Тегерана за авиаудар по иранскому консульству в Дамаске (Сирия) 1 апреля.

    Об этом 11 апреля сообщает информационное агентство Reuters.

    “Мы постоянно следим за ситуацией на Ближнем Востоке и находимся в тесном контакте с властями. Безопасность наших гостей и членов экипажа является главным приоритетом Lufthansa”, – сообщил представитель авиакомпании.

    Иранские СМИ недавно опубликовали на своей странице в соцсети X сообщение о закрытии воздушного пространства над Тегераном для проведения военных учений. Хотя сообщение вскоре было удалено, немецкая авиакомпания сообщила о своем намерении прекратить полеты в Тегеран и обратно с 6 по 11 апреля.

    “Lufthansa и ее дочерняя компания Austrian Airlines – единственные два западных перевозчика, выполняющие международные рейсы в Тегеран, которые в основном обслуживается турецкими и ближневосточными авиакомпаниями”, – добавили в агентстве.

    По данным сайта FlightRadar24, компания Austrian Airlines, принадлежащая Lufthansa и выполняющая прямые рейсы по маршруту Вена – Тегеран, по-прежнему осуществляет полеты.

    Источник: “Известия” (Россия)

  • İrana beynəlxalq uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reysləri dayandırdı

    Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki təhlükəli vəziyyətlə əlaqədar İrana uçuşları müvəqqəti dayandıracaq. Səbəb isə İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava hücumuna görə Tehranın qisas almağa hazırlaşması ilə bağlı xəbərlərdir.

    Bu barədə şirkətdən xəbər verilib.

    “Biz Yaxın Şərqdəki vəziyyəti daim izləyirik və hakimiyyətlə sıx əlaqə saxlayırıq. Qonaqlarımızın və ekipajımızın təhlükəsizliyi “Lufthansa”nın əsas prioritetidir”, – deyə mənbədən vurğulanıb.

    Agentliyin məlumatına görə, İran mediası bu yaxınlarda “X” platformasında Tehran üzərində hava məkanının hərbi təlimlər üçün bağlanması ilə bağlı mesaj dərc edib. Mesaj tezliklə silinsə də, Almaniya aviaşirkəti apreldə Tehrana və Tehrandan uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.

    Qeyd edilib ki, “Lufthansa” və onun törəmə şirkəti “Austrian Airlines” Tehrana beynəlxalq uçuşlar həyata keçirən yeganə Qərb aviadaşıyıcılarıdır.

    Mənbə: Reuters

  • “Apple” istifadəçilərinin NƏZƏRİNƏ! – XƏBƏRDARLIQ EDİLDİ

    Texnologiya nəhəngi “Apple” Hindistanda və digər 91 ölkədəki istifadəçilərinə pullu casus proqramlarının hücumları barədə xəbərdarlıq edib.

    Xəbərdarlıqda mənbəyi məlum olmayan e-maildən gələn mesajları açmamaq tövsiyə olunub.

    Şirkət 2021-ci ildən bəri ildə bir neçə dəfə istifadəçilərə oxşar xəbərdarlıq bildirişləri göndərib.

    Qeyd edək ki, bu günə qədər 150-dən çox ölkədə istifadəçilərə xəbərdarlıq edilib.
    //sfera.az

  • Qəbələdə açılan yeni obyekt ildə 230 min ton yanacağa qənaət edilməsinə imkan verəcək

    Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonunda açılışını etdiyi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası 22 kənd, bir aeroport, bir dəmiryol vağzalı və suvarma sistemlərini enerji ilə təmin edəcək.

    Bu barədə “Report”un Şimal-qərb bürosuna Qəbələ Elektrik Şəbəkəsinin rəisi Elvin Bayramzadə məlumat verib.

    Onun sözlərinə görə, “Hacıalılı” yarımstansiyası rayon ərazisində olan istehlakçıların, xüsusən də əhalinin, dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatı keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatı ilə təmin olunması məqsədi ilə yenidən qurulub:

    “Elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası da inşa olunub. Onların tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq.

    Şəbəkə rəisi onu da əlavə edib ki, yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib:

    “Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur.

    “Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur”.

    E.Bayramzadə rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, iki qəsəbənin və 13 kəndin elektrik təsərrüfatının da yeniləndiyini diqqətə çatdırıb.