
Məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində açılışını etdiyi Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu 20 mindən artıq sakinin gediş-gəlişini yaxşılaşdıracaq”.
Bu barədə “Report”un Şimal-qərb bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı “Yol İstismar” MMC-nin mühəndisi Azər Mehralıyev məlumat verib.
Onun sözlərinə görə, bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
“Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb”, – mühəndis qeyd edib.
A.Mehralıyev bildirib ki, əvvəllər əhalinin bu yolla gediş-gəlişi çətin olub:
“Yol əvvəllər çınqıl örtüklü idi. Prezidentin göstərişi ilə tikilmiş yol əhalinin rahat gediş-gəlişini təmin edəcək”.
Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafını diqqətdə saxladığını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.
Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata əsasən, Baş Prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin üç ay müddətinə Qazaxıstana verilməsi haqqında qərar qəbul olunub.
Bildirilib ki, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Vurğulanıb ki, Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, Qazaxıstan Baş Prokurorluğu Azərbaycandan qaçaqmalçı cinayətkar qrupun liderinin ölkəsinə ekstradisiya olunması barədə məlumat yayıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 7 milyon 865 min 699 elektron poçt emal edilib, onlardan 7 milyon 185 min 983-ü istifadəçilərə çatdırılıb, 679 min 716-sı zərərli tərkibli olduğu üçün blok edilib.
“Report”un XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış zərərli elektron poçt sayı 17% azalıb.
Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 24 milyon 756 min elektron poçt daxil olub, onlardan 24 milyon 716 mini istifadəçilərə çatdırılıb, 2 milyon 773 mini zərərli tərkibli olduğu üçün blok edilib.

Erməni futbolçu Henrix Mxitaryanın işğal dövründə Şuşada tikdirdiyi villanın son görüntüləri yayılıb.
Bununla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş etdirilib.
Ətraflı videonu təqdim edirik:

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu yenidən qurulub.
Bu barədə “Report”un Aran bürosuna 20 nömrəli yol-istismar idarəsinin baş mühəndisi Əlnaib Kərimov bildirib.
Ə. Kərimovun sözlərinə görə, sözügedən avtomobil yolu iki ilə yaxındır, bərbad vəziyyətə düşüb. Nəticədə sakinlər yolsuzluqdan əziyyət çəkir, gedəcəkləri ünvana vaxtında çata bilmirdilər. Ölkə başçısının sərəncamı əsasında yolun inşasına başlamaqla, əhalini narahat edən bu problemə son qoyuldu:
“Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla Dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrindən götürür. Uzunluğu uzunluğu 39 kilometr olan yol 8 yaşayış məntəqəsini birləşdirir. Yolun 22-ci kilometrində Pirsaat çayı üzərində üçaşırımlı 72 paqonometr uzunluğunda körpü tikilib”.
Baş mühəndisin sözlərinə görə, yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun hərəkət hissəsinin eni 6 metr, torpaq hissəsi ilə birlikdə isə 10 metrdir. 12500 sakinə xidmət edən, iki zolaqdan ibarət yolda müvafiq yol nişanları quraşdırılıb, suötürücü qurğular tikilib. Qeyd olunan yaşayış məntəqələrinin sakinləri bundan sonra yoldan rahatlıqla istifadə edəcək, kənd təsərrüfatı məhsullarının daşınmasında problemlə qarşılaşmayacaqlar.
Bölgələrimizdə infrastrukturun təkmilləşdirilməsinə istiqamətlənmiş bütün bu işlər Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını müntəzəm diqqətdə saxlamasının daha bir mühüm göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir, yerlərdə zəruri infrastruktur layihələrinin icrasına dair müvafiq sərəncamlar imzalayır.

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
Klubun mətbuat katibi Mübariz Süleymanlının oxu.az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.
Bnunla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş etdirilib.
Bildirilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Министр иностранных дел Азербайджанской Республики Джейхун Байрамов отправился с рабочим визитом в Беларусь.
Об этом сообщили в МИД Азербайджана.
Отмечается, что в рамках визита глава внешнеполитического ведомства примет участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств (СНГ), которое пройдет в Минске 12 апреля.
В рамках поездки также запланированы двусторонние встречи Джейхуна Байрамова.