Month: April 2024

  • Sumqayıtda mənzildən kişi meyiti tapılıb

    Sumqayıt şəhərində 68 yaşlı kişinin meyiti tapılıb

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü İsmayıl Mayis oğlu Nəcəfovun meyiti yaşadığı evdə aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку мотоцикл сбил молодую девушку

    В Сабунчинском районе столицы произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, мотоцикл сбил переходившую дорогу Гюляр Мамедову (2003 г.р.).

    Пострадавшая была госпитализирована в больницу с травмами различной степени тяжести.

    По данному факту проводится расследование.

  • Bakıda yolu keçən gənc qızı motosiklet vurub

    Bakının Sabunçu rayonunda 21 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülər Asif qızı Məmmədova yolu keçərkən motosiklet onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri başlayıb

    Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri “Sea Shield-24” başlayıb.

    Məlumata görə, bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi – Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa iştirak edir. Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika və s. cəlb olunub.

    Təlim aprelin 21-də başa çatacaq.

    Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib, təlimlərin ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.

    Mənbə: TASS

  • Arvadından ayrılmış gənc xalası qızı tək olanda evinə gəldi: “Qapını bağladı…” – TƏFƏRRÜAT

    Abşeron rayonunda 1992-ci il təvəllüdlü Nicat xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib – red.) təcavüz edib.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nicat cinsi ehtirasını təmin etmək niyyəti ilə 6 iyul 2021-ci ildə saat 16 radələrində Ləmanı qardaşına məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evə dəvət edib.

    Orada yalandan onunla ailə quracağın deyib, evdə heç kimin olmadığından istifadə edərək onu soyundurub. Sonra onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

    Bundan başqa Nicat təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 21 sentyabr 2021-ci ildə saat 15 radələrində Ləmanı eyni vədlə aldadaraq onunla yenidən cinsi əlaqəyə girib.

    İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadından ayrıldığına görə 2020-2021-ci illərdə Atyalı yaşayış massivində xalası Mahirənin evində onlarla birlikdə yaşayıb: “Ləman xalam Mahirənin qızıdır. Həmin vaxtı Ləman 9-cu sinifdə oxuyurdu. Xalam arvadımdan ayrıldığına görə qızı Ləman ilə ailə qurmağımı təklif etdi. Mən razı olmadım. Ləmanın azyaşlı olduğunu, onu istəmədiyimi bildirdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra xalasının evindən çıxıb və başqa ünvanda yaşamağa başlayıb: “Ləmanla ailə qurmağı rədd etdiyimə görə həm xalam özü, həm də qızı mənə qarşı qərəzli olublar. Buna görə mənə şər atıblar. Ləman ilə heç vaxt təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişəm”.

    İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Atyalında valideyinlərinin himayəsində yaşayır: “2021-ci ildə Qobu qəsəbəsində orta məktəbin 9-cu sinfində oxumuşam. Nicat vəfat etmiş xalam Xumarın oğludur. O mənim 9-cu sinifdə oxuduğumu bilib. Ad günlərimdə gələrək qohum kimi iştirak edib. Hökməli qəsəbəsində qardaşı Mahirin evində yaşayıb. Evlidir, bir uşağı var. Lakin arvadı ondan ayrı yaşayıb.

    Nicat xalam oğlu kimi bizə tez-tez gəlib-gedib. Nicatın evi ilə bizim ev arasında təxminən 50-60 metr məsafə var. Buna görə də gününün çox hissəsini bizim evimizdə keçirib”.

    Ləman qeyd edib ki, 6 iyul 2021-ci ildə saat 16 radələrində evdə tək olduğu zaman xalası oğlu onlara gəlib və qapını bağlayıb: “Evdən çölə çıxmaq istədim, Nicat məni çıxmağa qoymadı. Nə üçün belə etdiyini başa düşmədim. Sonra məni qucaqladı. Mənimlə evlənəcəyini və məni sevdiyini bildirdi. Boş olan yataq otaqlarında paltarlarımı əynimdən çıxardaraq, məni soyundurdu, döşəməyə uzatdı.

    Razılığım əsasında mənimlə cinsi əlaqədə oldu, seksual xarakterli hərəkətlər etdi. Sonra paltarlarımızı geyindik. Nicat mənə bu barədə heç kimə deməməyi tapşırdı. Yaxın günlərdə mənimlə evlənəcəyini, məni sevdiyini bildirdi. Valideyinlərimdən qorxduğuma görə bu barədə onlara və başqalarına heç nə demədim”.

    Ləman bildirib ki, 21 sentyabr 2021-ci ildə Nicat onlara gəlib: “Həmin gün saat 15 radələrində Nicat yaşadığım evdə mənimlə yenə də təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldu. Anam məni həyəcanlı gördükdə, nə baş verdiyini soruşdu. Anama Nicatın mənə evlilik təklif etdiyini dedim. Anam mənə iradını bildirdi, bunun heç zaman mümkün olmadığını bildirdi. Valideyinlərimdən qorxduğum üçün həmin gün onlara və başqalarına heç nə demədim.

    Anam dəfələrlə məndən Nicatla nə kimi münasibətimin olduğunu soruşdu. Buna görə də anama sentyabrın 22-də Nicatla cinsi əlaqədə olmağımı dedim”.

    Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Kürdəmirdə kinoklub baxımsız vəziyyətdədir – VİDEO

    Kürdəmirdə Nizami Gəncəvinin adını daşıyan kinoklub illərdir baxımsız vəziyyətdədir.

    Bir zamanlar sakinlərin gəlib sevə-sevə tamaşa etdiyi məkanın əşyaları ya oğurlanıb, ya da satılıb.

    Kürdəmirlilər kinoklubun bərpa olunub yenidən fəaliyyət göstərməsini istəyirlər.

    Bəs onların bu istəyi reallaşacaqmı?

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • В Баку компания обманывает граждан под видом трудоустройства в Европе? – ВИДЕО

    Десятки жителей Баку заплатили по 2500-3000 манатов одной из местных компаний, в которой обещали обеспечить их работой в Европе, однако никто из соискателей трудоустроен не был.

    Об этом граждане сообщили в своем обращении в передачу Xəzər Xəbər.

    По их словам, речь идет о компании Avion, которая попросту кормила их пустыми обещаниями.

    Следует отметить, что обманутые граждане также обратились в правоохранительные органы.

    Подробнее – в сюжете Xəzər TV:

  • Bakıda şirkət vətəndaşlara Avropada iş vəd edərək aldadır? – VİDEO

    Kimi 2500, kimi 3000 kimi isə daha çox məbləğdə pul ödəyib. Lakin heç biri işlə təmin edilməyib.

    Bu iddianı “Xəzər Xəbər”ə müraciət edən onlarla şəxs səsləndirib.

    Onların iddialarına görə, Avropa ölkələrində işlə təmin edilmək üçün Bakıda fəaliyyət göstərən “Avion” adlı şirkətə minlərlə manat pul ödəyiblər.

    Lakin sözügedən şirkət onları yalan vədlərlə aldadıb.

    Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edilib.

    Ətraflı süjetdə:

  • В Баку на основании обращений граждан снесены незаконные постройки – ВИДЕО

    Были снесены незаконные постройки перед зданием, расположенным по адресу: Баку, Ясамальский район, Ени Ясамал, 1.

    Местные жители отметили, что в течение многих лет гаражи портили внешний вид двора, занимали территорию, которая предназначена под игровые площадки для детей.

    Как сообщил Xəzər Xəbər начальник районного Объединения жилищно-коммунального хозяйства Вюсал Гусейнов, работы по сносу проводятся на основании обращений граждан.

    Он подчеркнул, что после полного завершения процесса демонтажа планируется установка скамеек, предназначенных для отдыха детей и взрослых, а также проведение других работ по благоустройству территории.

    Подробнее – в сюжете:

  • Yasamalda sakinlərin sökülən qarajları ilə bağlı rayon icra hakimiyyətindən MÜNASİBƏT – VİDEO

    Paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1 ünvanında yerləşən binanın qarşısında sakinlər tərəfindən qeyri-qanuni tikilən qarajlar sökülüb.

    Sakinlər deyirlər ki, uzun illərdir ərazidəki qarajlar həm məhəllənin görünüşünə xələl gətirib, həm də uşaqlar üçün oyun ərazilərini zəbt edib.

    Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov “Xəzər Xəbərə” bildirib ki, ərazidəki söküntü işləri sakinlərin müraciəti əsasında aparılır.

    Qurumun rəsmisi onu da qeyd edib ki, söküntü işləri tam yekunlaşdıqdan sonra, ərazidə uşaq və böyüklərin istirahəti üçün skamyaların quraşdırılması və ümumilikdə məhəllənin abadlaşdırılması nəzərdə tutulub.

    Ətraflı süjetdə: