Month: April 2024

  • Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib.

    Modern.az xəbər verir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.

    Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.

    Qeyd edək ki, bu kafedranın daxil olduğu Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini Nazim Nağıyev icra edir. N.Nağıyev Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi işləyib, istefada olan polkovnikdir.

    AZAL-ın keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına 2023-cü sentyabrın 1-də son qoyulub. O, ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

    Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin sədri idi. 27 il AZAL-a rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.

  • Naxçıvanda 95 milyon manat vəsaitin istifadəsində nöqsanlara yol verilib

    Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2023-cü il üçün təsdiq olunmuş İş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi keçirilib və rəsmiləşdirilib.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 8,5 milyon manatı qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib.

    Bununla yanaşı, 94,5 milyon manat məbləğində vəsait üzrə bir sıra nöqsanlara yol verilib. Belə ki, əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılıb, o cümlədən pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına ödənilib, vəsaitlər müqavilə şərtlərindən artıq ödənilib, vəsaitlər normativlərə istinad edilmədən sərf olunub, yanacaq xərcləri əsassız silinib, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparılıb və enerji itkilərinə yol verilib.

  • Gözəllik salonundan yeddi min manatlıq əşya oğurlandı: İki qadın saxlanıldı

    Abşeron rayonunun Masazır qəsəbəsində gözəllik salonunda oğurluqda şübhəli bilinən iki qadın saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sözügedən ərazidə yerləşən gözəllik salonlarının birindən 7 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki qadın müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 1,26 доллара и составила 89,91 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dollar aşağı düşərək 89,91 dollar təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Учитель, приговоренный к пожизненному сроку за тройное убийство, снова предстанет перед судом

    В Верховном суде началось судебное заседание по кассационной жалобе на приговор в отношении Ахада Алиева, обвиняемого в убийстве женщины и двух ее малолетних детей в Баку.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Рашада Абдулова были уточнены анкетные данные обвиняемого.

    Судебное заседание было назначено на 9 апреля.

    Согласно приговору Бакинского суда по тяжким преступлениям, Ахад Алиев был признан виновным по предъявленным обвинениям и приговорен к пожизненному лишению свободы.

    Напомним, днем 20 февраля 2022 года в Низаминском районе Баку были убиты Гюльнар Гараханова (1983 г.р.) и ее дети – Ламия (2008 г.р.) и Атахан (2011 г.р.). В ходе проведенных оперативно-разыскных мероприятий появились обоснованные подозрения в том, что преступление совершил их родственник Ахад Алиев (1981 г.р.) на почве возникшего между ними конфликта.

    А.Алиеву были предъявлены обвинения по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом), 120.2.7 (умышленное убийство двух или более лиц), 120.2.9 (умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии), 120.2.11 (умышленное убийство сопряженное с разбоем, вымогательством, терроризмом; или бандитизмом), 181.2.4 (разбой в целях завладения значительным имуществом), 181.2.5 (разбой с применением оружия или предметов, используемых в качестве оружия), 181.3.3 (разбой с причинением тяжкого вреда здоровью потерпевшего) Уголовного кодекса Азербайджана, в его отношении была избрана мера пресечения в виде ареста.

    Кроме того, в суде выяснилось, что обвиняемый Ахад Алиев работал учителем, а в 2007-2014 годах был директором одной из школ Саатлинского района.

  • Ana və iki övladını öldürərək ömürlük cəza alan müəllim yenidən hakim qarşısında

    Ali Məhkəmədə ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin iclası aprelin 9-na təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, hadisə 2022-ci ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə alınıb. Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu – 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Əhəd Əliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.2.4(Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 181.3.3 (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub. Hadisə baş verən vaxt ev sahibi Fəsahət Qaraxanov Rusiyada olub.

  • Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

    Aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, dörd kiloqrama yaxın metamfetamin və tiryək olub.

  • В Шахбузе трагически погибла женщина

    В селе Кюлюс Шахбузского района Нахчывана погибла женщина.

    Как сообщает Report, вчера вечером местная жительница Булгейис Багирова (1960 г.р.) упала в реку с моста. Ночью жители села обнаружили ее тело в реке.

    По данному факту ведется расследование.

  • Şahbuzda qadın faciəli şəkildə öldü

    Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

    Belə ki, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bulqeyis Bağır qızı Bağırova kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

    Faktla bağlı araşdırma aparılır.