Month: April 2024

  • Rusiya XİN: “Qərb mediasına “Crocus” terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”

    “Qərb mediasına ictimaiyyəti əsl təşkilatçılardan yayındırmaq üçün “Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”.

    Bu açıqlama Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən verilib.

    Qeyd olunub ki, Qərb mediasında törədilmiş terror aktına rəğbət, eləcə də humanizm nümayişlərinə icazə verilmir.

    “Faciənin əsl miqyasını mediada işıqlandırmamaq üçün qəti göstəriş qərbin dünya ictimaiyyətini real təşkilatçılardan və bundan faydalananlardan yayındırmaq cəhdləri, terror aktının qurbanlarının sayının açıqlanmaması onların xüsusi etinasızlığını göstərir”, – deyə nazirliyin “Telegram” kanalında paylaşdığı məlumatda bildirilir.

    Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı ən azı 145 nəfər ölüb, 550-dən çox insan yaralanıb.

    Mənbə: kp.ru

  • Bakıda saxlanılan üç narkokuryerdə 18 kq narkotik aşkarlanıb

    Paytaxtda saxlanılan üç narkokuryerdə 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar. C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə üç kiloqrama yaxın marixuana müəyyən edilib. Hər üç saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • Sabah Bakıda 18, rayonlarda 21 dərəcə isti olacaq

    Aprelin 9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

  • Gürcüstanda minlərlə vətəndaşın dövlətə olan milyonlarla borcu silinəcək

    Gürcüstanda 145 min vətəndaşın ümumi məbləği 590 milyon lari (220 milyon dollar) məbləğində vergi borcu silinəcək.

    Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

    “Gürcüstanda çoxlu sayda fiziki şəxsin vergi borcu var və bu səbəbdən onlar iqtisadi fəaliyyət göstərmək imkanından məhrumdurlar. Bütün fiziki şəxslərin, o cümlədən fərdi sahibkarların 2021-ci il yanvarın 1-dək yaranmış ödənilməmiş vergi borcları, o cümlədən borcun üzərinə hesablanmış cərimələr tamamilə silinəcək”, – deyə İrakli Kobaxidze bildirib.

    Mənbə: “Sputnik” Gürcüstan

  • Bakıda məşhur liseyin köhnə binasının söküntüsü dayandırılıb

    Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.

    “Report”un sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin verdiyi cavaba əsasən, əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

    “Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqlar. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq”.

  • Daha bir deputat səlahiyyətini itirir: Parlamentdə boş qalan yerlər 10-a çatır

    Prezident İlham Əliyevin Ramin Məmmədovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin etməsindən sonra parlamentdə boş qalan deputat yerlərinin sayı 10-a çatacaq.

    2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçki zamanı baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələri ləğv edilib.

    Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsi olub.

    2020-ci il avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov da dünyasını dəyişib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.

    Bundan başqa, Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin ediləndən sonra onun deputat mandatına son verilib.

    Deputatlar Madər Musayev və Qənirə Paşayevanın vəfatından sonra boş qalan deputat yerlərinin sayı 9-a çatıb.

    Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndində bildirilir ki, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) deputatın səlahiyyəti itirilir.

    Deməli, Ramin Məmmədov da dövlət orqanında vəzifəyə təyinat aldığına görə, deputat səlahiyyətlərini itirəcək.

    Bununla da, boş qalan deputat yerlərinin sayı 10 olacaq.

  • Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb

    Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.

    Həmin şəxsdən üç kiloqrama yaxın narkotik vasitə – marixuana aşkarlanıb

    Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

  • Депутат назначен председателем Госкомитета по работе с религиозными организациями – ДОСЬЕ

    Рамин Алемшах оглу Мамедов назначен председателем Государственного комитета по работе с религиозными организациями Азербайджанской Республики.

    Соответствующее распоряжение подписал Президент Ильхам Алиев.

    Отметим, что Рамин Мамедов является депутатом, представляющим в Милли Меджлисе второй Сабирабадский избирательный округ №64.

    Рамин Мамедов родился 17 февраля 1979 года в городе Агдере. Окончил факультет международного права и международных отношений Бакинского государственного университета, а также степень магистра международных отношений. Награжден медалями “За отличие в государственной службе” и “Терегги”.

    Владеет английским и русским языками.

    С 2001 года работал специалистом в Министерстве культуры Азербайджанской Республики, с 2002 года специалистом, помощником председателя, заведующим отделом в Государственном комитете по делам азербайджанцев, проживающих за рубежом.

    В 2008-2009 годах работал вице-президентом Avrositi Holdinq, в 2009-2020 годах – помощником председателя Госкомитета по работе с диаспорой, заместителем руководителя Аппарата, заместителем председателя.

    В настоящее время он является членом Комитета по вопросам семьи, женщин и детей Милли Меджлиса, а также Комитета по международным и межпарламентским связям. Также является членом рабочих групп по связям с парламентами Болгарии, Китая, Франции, Израиля, Италии, Кореи, Сербии.

    Р.Мамедов также член азербайджанской делегации в Парламентской ассамблее Организации Черноморского экономического сотрудничества и Комитета по парламентскому сотрудничеству Евросоюз – Азербайджан.

    Также отметим, что 1 марта 2023 года Рамин Мамедов был назначен ответственным за контакты с армянскими жителями Карабахского региона Азербайджана.

    Женат, есть ребенок.

  • Deputat Dini Komitənin sədri oldu – DOSYE

    Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Qeyd edək ki, Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən deputatdır.

    Ramin Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.

    İngilis və rus dillərini bilir.

    2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.

    2008-09-cu illərdə “Avrositi Holdinq”in vitse-prezidenti, 2009-20-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

    O, hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

    Onu da qeyd edək ki, 2023-cü ilin martın 1-də Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi.

    Evlidir, bir övladı var.

  • Джахангир Аскеров освобожден еще от одной должности

    Экс-председатель ЗАО Azerbaijan Airlines (AZAL) Джахангир Аскеров освобожден еще от одной должности.

    Как сообщает мodern.az, Дж.Аскеров, занимавший должность заведующего кафедрой “Организация авиатранспортного производства” Национальной академии авиации на протяжении нескольких лет, недавно лишился должности в учебном заведении.

    Имя Джахангира Аскерова также было удалено с сайта Национальной академии авиации. Так, на сайте указано, что в настоящее время завкафедрой “Организация авиатранспортного производства” является доктор философских наук в области технологий, доцент Эльман Наджафов.

    Отметим, что деканом факультета транспортных технологий, в состав которого входит данная кафедра, является Назим Нагиев. Н.Нагиев – бывший начальник полиции Сабаильского и Бинагадинского районов Баку, полковник в отставке.

    27-летняя карьера экс-председателя AZAL Джахангира Аскерова завершилась 1 сентября 2023 года. Он был освобожден от занимаемой должности приказом главы государства.

    Отметим, что Джахангир Аскеров являлся председателем ЗАО Azerbaijan Airlines с 1996 года. Дж.Аскеров, руководивший AZAL в течение 27 лет, ранее являлся капитаном авиаотряда, заместителем командира эскадрильи, командиром эскадрильи, а с 1993 года – главным представителем AZAL в Турции.