Month: April 2024

  • Ramazan bayramının namaz vaxtı AÇIQLANIB

    Ölkədə Ramazan bayramı münasibətilə bayram namazının qılınacağı vaxt dəqiqləşib.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev məlumat verib.

    O bildirib ki, aprel ayının 10-da məscidlərdə namaz vaxtları müvafiq olaraq səhər saat 8-11 aralığında olacaq: “Belə ki, “Əjdərbəy” və “Heydər” məscidində bayram namazı 08:00-da elan olunur.

    Digər məscidlərdə bayram namazının vaxtı saat 09:00 olaraq təyin olunur. Amma bayram namazı qılmaq istəyənlər istənilən məscidə elə səhər saat 08:00-da yaxınlaşsınlar. Çünki ola bilər ki, məscidlərdə icma rəhbərləri və imamlar bayram namazının vaxtını gələn camaatın sayına müvafiq olaraq bir qədər irəli və geri çəkə bilərlər. Bu mənada sərbəstlik var. Amma ümumilikdə hər il olduğu kimi məscidlərimizdə bayram namazlarının vaxtları dəyişilməz olaraq qalır”.
    //oxu.az

  • Работы по благоустройству в Баку в 1950 году – ВИДЕО

    Азербайджанское государственное телевидение (AzTV) опубликовало редкие кадры 1950-х годов.

    На видеозаписи, которая хранится в Золотом фонде телевидения, показаны работы по благоустройству Баку.

    Подробнее – в видео.

  • 1950-ci ildə Bakıda abadlaşdırma işləri – VİDEO

    AzTV-nin “Qızıl Fond”u 1950-ci illərin görüntülərini yayımlayıb.

    Süjetdə Bakıda abadlıq işlərinin nadir kadrlar əks olunub.

    Həmin videosüjetii təqdim edirik:

  • Rektor universitetin yataqxanasında baş verən yanğından danışdı – VİDEO

    Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla universitetin yataqxanasında baç verən yanğın barədə danışıb.

    Baku TV-ə açıqlama verən rektor bildirib ki, baş verən yanğına ilkin olaraq naqillərin səbəb olduğu ehtimal edilir:

    “Müəyyən qaydalara riayət etməyiblər, naqillər alışıb. Tüstülənmə yaranıb və insanlar təşvişə düşüb. Tüstüdən ziyan görənlərə ilkin tibbi yardım göstərilib. FHN çox sağ olsun ki, vaxtında hadisəyə müdaxilə ediblər. Yataqxananın adı bizimdi, faktiki olaraq 1 tələbəmiz belə burada yaşamır. Ancaq qaçqınlar yaşayır. Onlar daxili məsələləri ilə Qaçqınkom məşğuldur.

    İndi yəqin ki bu hadisə bir evdən qaynaqlanıb. Yəqin o adam da cavab verər ki niyə baş verib. Binanı elə hala gətiriblər ki, tüstü tez yayılıb. Tüstü tez yayılanda da sakinlər təşvişə düşüb. Hər şey normaldır. Ən əsası da bizim əlaqədar qurumla vaxtında hadisəyə müdaxilə ediblər”, deyə Kamal Abdulla qeyd edib.

  • Снизилась средняя цена на отели в Азербайджане

    В апреле 2024 года средняя цена отелей в Азербайджане по всем звездным классификациям на booking.com по сравнению с предыдущим месяцем незначительно снизилась и составила 131,67 маната.

    В январе средняя цена проживания в отелях по стране составила 87,5 маната, в феврале – 102,67, а в прошлом месяце – 134,33 маната.

  • Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

    Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə booking.com üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib.

    Yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə booking.com üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,33 manat təşkil edib.

  • В Словакии началось голосование во втором туре выборов президента

    Голосование во втором туре президентских выборов началось в Словакии. Участки открылись в 07:00 по местному времени (09:00 по бакинскому – ред.).

    Всего правом голоса обладают около 4,3 млн жителей республики с населением 5,5 млн человек. Они должны определить, кто в предстоящие пять лет будет руководить государством.

    Во второй тур вышли спикер парламента Словакии, лидер партии “Голос – социальная демократия” Петер Пеллегрини и бывший глава МИД республики либерал Иван Корчок. Семь их соперников выбыли в первом туре голосования 23 марта. Тогда за Корчока проголосовали 958 393 избирателя (42,51%). Пеллегрини получил голоса 834 718 сограждан (37,02%). Явка составила 51,91%.

    Корчок и Пеллегрини имеют почти равные шансы на победу. Согласно распространенным 3 апреля газетой SME итогам социологического опроса, экс-руководитель словацкой дипломатии опирается на поддержку 51,7% избирателей, а спикер парламента может получить 48,3% голосов. Результаты предыдущих опросов свидетельствовали о незначительном преимуществе Пеллегрини.

    В Словакии работают 5 938 избирательных участков. Голосование продлится до 22:00 (00:00 по бакинскому времени – ред.), после чего в течение нескольких часов будет проходить подсчет голосов. Результаты выборов станут известны утром в воскресенье.

    Источник: ТАСС

  • Slovakiyada prezident seçkisinin ikinci turunda səsvermə başlayıb

    Slovakiyada prezident seçkisinin ikinci turu üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılıb.

    Ümumilikdə 5,5 milyon əhalisi olan respublikanın 4,3 milyona yaxın sakini səsvermə hüququna malikdir. Onlar yaxın beş ildə dövlətə kimin rəhbərlik edəcəyini müəyyənləşdirməlidirlər.

    İkinci tura Slovakiya parlamentinin spikeri, “Səs – Sosial Demokratiya” Partiyasının lideri Peter Pelleqrini və respublikanın liberal keçmiş xarici işlər naziri İvan Korçok keçiblər.

    Korçok və Pelleqrininin qalib gəlmək şansları demək olar ki, bərabərdir.

    Səsvermə saat 22:00-a qədər davam edəcək, bundan sonra səslər bir neçə saat ərzində hesablanacaq. Seçkinin nəticələri bazar günü səhər məlum olacaq.

  • Ermənistan hərbi qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir – VİDEO

    Bu gün Brüsseldə keçirilən görüşdən və Qərb tərəfdaşlarından alınan təminatlardan ruhlanan Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir.

    “Caliber” xəbər verir ki, İrəvan silahlı qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir.

    Ermənistan rəsmiləri öz havadarları ilə birgə “Bu, Azərbaycana qarşı yönəlməyib”, – desələr də, biz əksini görürük.

  • Ermənistan yenə “Maşa” olmağa razıdır

    Bu gün Brüsseldə Ermənistan, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında 3 tərəfli görüş keçirildi. Lakin, bu görüşdə Azərbaycan tərəfinin iştirakı nəzərdə tutulmamışdı. Belə olan halda həm ABŞ dövlət katibi Entoni Blinken, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Azərbaycanı inandırmağa çalışdı ki, görüş yalnız iqtisadi xarakter daşıyır və sülhə maneə yaradacaq heç bir müzakirədən söhbət gedə bilməz. Amma istisna edilmir ki, görüşdə hərbi məsələlər və Ermənistana bu istiqamətdə yardımların edilməsi də müzakirə mövzusudur. Hər halda ABŞ və Aİ rəsmiləri yaxşı başa düşür ki, Brüsseldə Azərbaycana qarşı atılacaq hər hansı təxribat xarakterli addım onlardan da yan keçməyəcək. Birinci növbədə Avropa öz enerji təhlükəsizliyini riskə atmaq istəməz. İkinci növbədə isə, tərəflər yəqin ki, Makronun taleyini yaşamağa razı olmazlar. Yadınızdadırsa, Praqa görüşündən cəmi bir gün sonra Makronun Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi Fransanı sülh danışıqlarından həmişəlik uzaqlaşdırdı. Necə deyərlər, fransız xoruzunu Makronun qoltuğuna verib yola saldıq. İndiki mənəzərədə isə Avropa Parlamentinin və Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi fonunda görüşün məqsədinin əslində regionda yeni müharibəni alovlandırmağa yönəldiyi məlumdur.

    Acınacaqlı hal ondan ibarətdir ki, Paşinyan görüş zamanı Alma-Ata bəyannaməsinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dedi. Ancaq, görüşün bitməsindən bir neçə dəqiqə sonra Tovuz və Gədəbəy atəşə tutuldu.

    Digər tərəfdən rəsmi Moskva da bəyan edir ki, görüş Cənubi Qafqazda sabitliyi pozmaq məqsədi daşıyır. Həmçinin, qardaş Türkiyənin xarici işlər naziri də bildirib ki, görüş bölgəni geosiyası toqquşmalar meydanına çevirməyə xidmət edir.

    Cənub qonşumuz İran isə hələlik susur. Yəqin ki, başı qarışıb Ermənistanı silahlandırmağa. Son 30 ildə olduğu kimi.

    Xülasə, başa düşmək çətin deyil ki, indi qərbin əsas məqsədi iqtisadi yardım adı altında Ermənstanın əli ilə bölgəni savaş poliqonuna çevirməkdir. Paşinyan rejimi isə bu dəfə də maşa olmaq missiyasını layiqincə yerinə yetirməyə hazırdır.