Month: April 2024

  • Fransalı deputat: “Ölkənin maliyyə vəziyyəti fəlakətlidir”

    Fransanın dövlət maliyyə sektoru fəlakətli vəziyyətdədir.

    Bu barədə Avropa Parlamentinin Fransadan olan üzvü Cefroy Didye Avropa Komissiyasına müraciətində bildirib.

    “Fransa 2017-ci ildən bəri əlavə 900 milyard avro borc alıb, onun hökumət kəsiri 2023-cü ildə ümumi daxili məhsulun ən azı 4,9%-nə çatıb və ölkənin borc yükü 2024-cü ildə 57 milyard avroya yüksələcək. “Moody’s”, “Fitch” və “Standard & Poor’s” müvafiq olaraq aprelin 26-da və ya mayın 31-də Fransanın reytinqini aşağı salsa, bu, Makron və onun hökumətinin nüfuzunu, eləcə də onların Fransanı idarə etmək imkanlarını daha da sarsıdacaq”, – o, müraciətində qeyd edib.

    Didyenin sözlərinə görə, Fransa Senatının Maliyyə Komitəsi İqtisadiyyat Nazirliyində yoxlama aparıb və Nazirlər Kabinetini “məlumatı gizlətdiyinə” görə tənqid edib.

    Mənbə: iz.ru

  • Braziliyalı futbolçu Neymarın qazancı 1 milyard dollara çatıb

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı futbolçusu Neymarın qazancı 1 milyard dollara çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu peşəkar karyerası ərzində 933,2 milyon avro qazanıb.

    Bu məbləğə maaş, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir. Neymar 1 milyard dollar qazanan 10-cu idmançı olub.

    Qazancı milyard dollara çatan idmançıların siyahısı belədir:

    1. Maykl Cordan (ABŞ, basketbol) – 2,7 milyard

    2. Tayqer Vuds (ABŞ, qolf) – 1,85 milyard

    3. Kriştianu Ronaldu (Portuqaliya, futbol) – 1,57 milyard

    4. Lebron Ceyms (ABŞ, basketbol) – 1,36 milyard

    5. Lionel Messi (Argentina, futbol) – 1,36 milyard

    6. Rocer Federer (İsveçrə, tenis) – 1,17 milyard

    7. Floyd Meyvezer (ABŞ, boks) – 1,14 milyard

    8. Devid Bekhem (İngiltərə, futbol) – 1,13 milyard

    9. Fil Mikelson (ABŞ, qolf) – 1,05 milyard

    10. Neymar (Braziliya, futbol) – 1,01 milyard

  • ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırıb

    ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır.

    Bunu Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli sammitinin yekunları üzrə dövlət ABŞ katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Brüsseldə üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib:

    “Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq”, – ABŞ rəsmisi bildirib.

    Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq.

    Mənbə: Sputnik

  • Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Bakıda olimpiadaya lisenziya qazanıb

    Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

    “Report”un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı Macarıstan təmsilçisi Kristian Vantsa ilə üz-üzə gəlib.

    Rəqibinə qalib gələn Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

  • Almaniya müdafiə naziri: Müharibəyə hazır olmalıyıq

    Cənubi Koreyanın Rusiyadakı səfiri Li Do Xun Xarici İşlər Nazirliyinə çağırılıb.

    Səfirdən bu ölkənin fiziki və hüquqi şəxslərinə tətbiq olunan sanksiyalarla bağlı izahat istənilib.

    O da bildirilib ki, rəsmi Moskva Pxenyanla əməkdaşlığın Cənubi Koreya əleyhinə yönəlməsi ilə bağlı əsassız ittihamları qəbul etmir: “Bu faktor heç bir şəkildə ikitərəfli münasibətlərə təsir edə bilməz. Eyni zamanda bildiririk ki, Rusiya özünə qarşı yönəlmiş hər hansı qeyri-legitim addımlara səssiz qalmayacaq. Biz rəsmi Seulu sanksiyalardan imtina etməyə çağırırıq. Çünki bu, ilk növbədə Cənubi Koreyanın özünə son dərəcə neqativ təsir göstərəcək”.

    ///Apa

  • MN-də 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ: “Rəisimiz bölgünü belə təyin etmişdi”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Şahid Vüqar Cəfərov bildirib ki, yoxlamalar zamanı 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Mənimsənilən məbləğdən onun üzərinə 99 min 600 manat pul düşüb. Onu da tam ödəyib.

    “İşlədiyim ikinci hərbi hissədə yoxlama olmayıb. Mənimsənilən məbləğlərin 20-50 faiz nisbətinə görə bölünürdü. İstintaq dövründə mənim mənimsədiyim pul 124 min manat məbləğində göstərilmişdi. Sonradan bildirdim ki, həmin pulun təxmini 20 faizini Süleyman Abbasova vermişəm. Mən işlədiyim dövrdə bir dəfə xüsusi tapışırıq olmuşdu. Ümumi puldan 35 min manatını da həmin xüsusi tapşırıq əsasında vermişəm, – o deyib.

    Şahid Bəxtiyar Ələkbərov bildirib ki, 2021-ci ilin mart ayından Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissədə 224 min 365 manat çatışmazlıq aşkar olunub. O, təftişə cəmi bir dəfə pul verdiyini və mənimsənilən pullardan öz üzərinə düşən məbləği tam ödədiyini deyib.

    Məhkəmə iclasında şahid qismində ifadə verən Elman Mirzəyev deyib ki, təftiş vaxtı həbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. O, həmin hərbi hissədə 658 min manatdan çox pul mənimsənildiyini, 91628 manatının onun üzərinə düşdüyünü və həmin məbləği də büdcəyə tam ödədiyini bildirib.

    Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında maliyyə xidmət rəisi işləyən Hüseyin Yusibov bildirib ki, hospitalda yoxlamalar zamanı 3 milyon manat çatışmazlıq aşkar olunub:

    “Həmin puldan 1 milyon 235 min manat mənə qalıb, qalan pulları təftişə və maliyyələşməyə vermişəm. Mənim üzərimə düşən məbləğin 380 min manatını büdcəyə ödəmişəm qalanını da ödəyəcəyəm”.

    O, həmçinin vurğulayıb ki, 335 min manat pulu xüsusi tapşırıqla müəyyən adamlara verib.

    Şahid Füzuli Ələkbərli deyib ki, təftiş dövründə 3 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissələrin hamısında mənimsənilən pulların bölüşdürmə standartları eyni olub.

    “Pulların 65 faizini Cəlal Kazımova vermişəm, 35 faizi isə özümə qalıb. Rəisimiz bölgünü belə təyin etmişdi. Bir hərbi hissədə çatışmazlıq təxmini 400 min manatdan çox idi. İşlədiyim digər hərbi hissədə isə 693 min manat mənimsəmə faktı müəyyən olunmuşdu. Bütün hərbi hissələrdəki mənimsənilən pullardan 500 min manatı mənə qalıb, 100 min manatını büdcəyə qaytarmışam, qalanını da qaytaracağam”.

    Müttəhim Cəlal Kazımov şahid F.Ələkbərlinin ifadələrinə etiraz edərək onun sözlərinin yalan olduğunu deyib:

    “Kişi ol! düz danış! Bu adam yalan və absurd ifadələr verir. Bunun belə görünməyinə baxmayın, özündən yeni şeylər kəşf edib, ənənəvi sistemdən fərqli işləyib”.

    Şahid F.Ələkbərli vəkillərin suallarını cavablandırarkən müəyyən olunub ki, onun mənimsənilən pullarla bağlı bildirdiyi məbləğin hamısı Cəlal Kazımovun dövrünə düşməyib. O, daha sonra həmin pullarla bağlı bildirdiyi məbləğin işlədiyi bütün dövrləri əhatə etdiyini deyib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Российский суд арестовал еще одного участника нападения на “Крокус”

    Басманный суд Москвы (РФ) арестовал 11-го фигуранта дела о нападении на “Крокус Сити Холл” Мухаммада Шарипзоду.

    Об этом сообщили в пресс-службе суда.

    “Басманным районным судом города Москвы избрана мера пресечения в отношении Шарипзоды Мухаммада Зоира, уроженца Республики Таджикистан, обвиняемого в совершении преступления, предусмотренного п. “б” ч. 3 ст. 205 УК РФ (Террористический акт, совершенный организованной группой, повлекший гибель человека). Судом избрана мера пресечения в виде ареста сроком на 1 месяц 18 суток, то есть до 22 мая”, – сказали в пресс-службе.

    В Следственном комитете РФ также заявили, что “доказали связь устроивших теракт с украинскими националистами”.

    Источник: ТАСС

  • “Crocus City Hall”dakı terrorda təqsirləndirilən on birinci şəxs həbs edildi

    Moskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən on birinci şəxsi, Tacikistan vətəndaşı Məhəmməd Şaripzodanı həbs edib.

    Məlumata görə, məhkəmə onun barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

    Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.

    Mənbə: TASS

  • Lənkəranda kollec tələbəsi vəfat etdi – FOTO

    Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi vəfat edib.

    Bu barədə Sosial və Aqrar-Texnoloji Kolleci məlumat yayıb.

    Bildirilib ki, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Əliyev Əlirza Əlikramoviç pnevmoniyadan dünyasını dəyişib.

  • Fazil Mustafaya sui-qəsddə təqsirləndirilənlərin məhkəməsi təxirə salınıb

    Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilənlərlə bağlı cinayət işi üzrə məhkəmə prosesi aprelin 5-də davam etdirilməli idi.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxslərdən Səbuhi Şirinovun vəkili prosesə gəlmədiyi üçün proses təxirə salınıb.

    Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.

    Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər maddələri ilə cinayət işi başlanılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.