Month: April 2024

  • Bakıda məktəbli öldü – FOTO

    Bakıda məktəbli vəfat edib.

    Publika.az xəbər verir ki, Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Çingiz Səbuhi oğlu Quliyev xəstəxanada dünyasını dəyişib.

    Bildirilib ki, martın 27-də yüksək temperaturla Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün davam edən müalicəyə baxmayaraq, Ç.Ş.Quliyev vəfat edib.

  • Позиции азербайджанской армии подверглись обстрелу

    5 апреля с 15:10 до 17:35 подразделения вооруженных сил Армении пытались провести работы по инженерному усовершенствованию траншей перед позициями азербайджанской армии в направлении населенных пунктов Гаджалы, Агбулаг, Агдам, Гаралар, Кехня Гышлаг Товузского района и Галакенд Гедабейского района с целью подготовки почвы для дальнейших провокаций.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “В результате срочных мер, принятых подразделениями нашей армии, работы были немедленно остановлены.

    Кроме того, около 17:25 из стрелкового оружия были обстреляны позиции нашей армии, расположенные в направлении населенного пункта Мунджуглу Товузского района”, – говорится в сообщении.

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

    Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

    Bundan başqa saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

  • Konqo prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

    Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 5-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Konqo Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

  • Sumqayıtda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

    Sumqayıt şəhərində beş yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.

    2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.

    Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda yeni radio fəaliyyətə başlayır

    Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış radio fəaliyyətə başlayır.

    Bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası məlumat yayıb.

    Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan edilib. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən iki iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı – “Sağlam Media” MMC (radio redaksiyanın adı “Sağlam Radio”) qalib elan olunub və müsabiqə üzrə yekun qərar verilib.

    Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki “Poylu” RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki “Dağlı” RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki “Şirvan” RTYS-dan 104.5 MHs radiotezlikləri “Sağlam Radio” kanalının yayımı üçün “Sağlam Media” MMC-nin istifadəsinə ayrılıb.

  • AMEA-da yeni təyinat olub

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

    Bununla bağlı akademiyanın prezidenti akademik İsa Həbibbəyli sərəncam imzalayıb.

    Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri gətirilib.

    Xatırladaq ki, S.Xavəri 1973-cü il mayın 26-da Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildən AMEA sistemində çalışan S.Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib. O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, dörd monoqrafiyanın müəllifidir.

  • Konqo Prezidenti Deni Sassu-Nqesso Səngəçal terminalında olub – FOTO

    Azərbaycanda rəsmi səfərdə olan Konqo Prezidenti Deni Sassu-Nqesso və digər rəsmi şəxslər aprelin 5-də Səngəçal terminalında olublar. Terminalın Xəzər Enerji Mərkəzində qonaqları SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qarşılayıblar.

    AZƏRTAC xəbər verir ki, bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qonaqlara Azərbaycanın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verib.

    Bildirilib ki, dünyada ilk dəfə mexaniki üsul ilə neft quyusu 1846-cı ildə Bakıda – Bibiheybət ərazisində qazılıb. Azərbaycan dünyada ilk dəfə 1949-cu ildə açıq dənizdən – Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu hadisə “Ginnesin Rekordlar Kitabı”na ilk dəniz neft platforması kimi düşüb.

    Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə dünyanın yeddi ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” kimi tanınan Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzalanıb. Bu müqavilə ölkəmizin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

    Sonra qonaqlar avtobusla Səngəçal terminalının ərazisini gəziblər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.

    Q.Rəhimli qeyd edib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağındakı platformalardan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan qaz terminala daxil olur, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir. Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycandan, 249 kilometri Gürcüstandan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düymə (86,36 santimetr) enir.

    Dünyanın ən böyük terminallarından sayılan Səngəçal terminalının sahəsi 688 hektardan çoxdur. Terminal gündə 1,2 milyon bareldən çox xam neft və 81 milyon kubmetr qaz emal etmək gücündədir. Xam neft saxlama həcmi isə 3,2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub.

    Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.

    Qonaqlara “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri çərçivəsində terminalda görülən işlər barədə də ətraflı məlumat verilib. Onlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı əsas nasos stansiyası ilə də tanış olublar.

    Ali qonağa məlumat verilib ki, Səngəçal terminalı Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirib və Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır.






  • В Балакенском районе автомобиль насмерть сбил ребенка

    5 апреля около 13:00 в селе Шариф Балакенского района автомобиль ГАЗ-24, за рулем которого находился Шамиль Хорджолов, сбил С.Абдуллаеву (2016 г.р.).

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    От полученных травм ребенок скончался.

    По данному факту ведется расследование.

  • Balakəndə avtomobil azyaşlını vuraraq öldürüb

    Aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi QAZ-24 markalı avtomobillə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.