Month: April 2024

  • В Баку снесена незаконная постройка – ВИДЕО

    Государственное агентство по надзору за безопасностью в строительстве Министерства по чрезвычайным ситуациям (МЧС) выявило факт незаконного проведения строительных работ на территории Сабаильского района Баку.

    Об этом сообщили в пресс-службе МЧС.

    Было отмечено, что в результате мер, принятых госагентством при участии представителей Государственного комитета по градостроительству и архитектуре и местной Исполнительной власти, работы были прекращены, а незаконные постройки снесены.

  • Bakıda qanunsuz tikilini hasarın üzərindən sökdülər – VİDEO

    Bakı şəhəri, Səbail rayonu ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

  • Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

    Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində iki evdən 15 min manatlıq qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан запустит на орбиту очередной спутник в 2026 году

    Азербайджан запустит на орбиту свой очередной спутник в 2026 году.

    Как сообщает Report, об этом сказал журналистам председатель правления Космического агентства Азербайджана (“Азеркосмос”) при Министерстве цифрового развития и транспорта Самеддин Асадов.

    “Мы рассматриваем возможность запуска очередного спутника оптического наблюдения на орбиту в 2026 году”, – сказал он.

  • Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

    “Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq”.

    “Report” xəbər verir, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.

    “Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük”, – S.Əsədov bildirib.

    Qeyd edək ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

    “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. IAI peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.

    IAI proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.

  • Məmura xəsarət yetirən şəxslər həbs edildilər – TƏFƏRRÜAT

    Ali Məhkəmədə narkotik və digər maddələrlə ittiham edilən Rüfət Zaitov və İsmayıl İsmayılovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında, habelə polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxslər tutularaq məsuliyyətə cəlb olunublar.

    Belə ki, Bakı şəhəri sakinləri – Rüfət Raufoviç Zaitov, İsmayıl Mədət oğlu İsmayılov və qeyrilərinin mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmələri barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu məlumat əsasında 2020-ci il martın 21-də gecə saat 2 radələrində təşkil olunmuş əməliyyat tədbirində iştirak edən polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirib onlara özlərini təqdim edib təslim olmalarını tələb edib. Bu zaman cinayət məsuliyyətindən yayınmaq məqsədilə Rüfət Zaitovun polis əməkdaşına xəsarət yetirərək İsmayıl İsmayılovun idarə etdiyi avtomobillə uzaqlaşmağa cəhd edərkən xidməti silah tətbiq edilməsi nəticəsində Rüfət Zaitovun sağ ayağın güllə yarası, İsmayıl İsmayılovun isə döş qəfəsinin güllə yarası xəsarətləri almalarına baxmayaraq, ərazidən avtomobillə qaçıblar.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində onlar paytaxtın Qaradağ rayonu ərazisində saxlanılıblar.

    Fakta görə 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

  • Пункт продовольственного контроля “Гырмызы керпю” заработает в ближайшее время

    Пограничный пункт контроля безопасности продовольственных продуктов “Гырмызы керпю”, строительство которого уже завершено, заработает в ближайшее время.

    Как сообщает Report, об этом председатель Агентства продовольственной безопасности Азербайджана (АПБА) Гошгар Тахмезли заявил на совещании на тему “Оценка системы продовольственного контроля” в Баку.

    Он отметил, что помимо укрепления законодательной базы, агентство сформировало контрольно-надзорную систему и проводит целенаправленные меры в этом направлении.

    “Мы придаем большое значение осуществлению контроля безопасности пищевых продуктов при импортно-экспортных операциях. С этой целью начнет функционировать пункт “Гырмызы керпю”. Кроме того, в поселке Агбенд Зангиланского района, входящего в состав Восточно-Зангезурского экономического района, на азербайджано-иранской границе планируется строительство пункта для обеспечения контроля безопасности пищевых продуктов”.

    Г.Тахмезли добавил, что АПБА одобрило около 350 иностранных предприятий, желающих импортировать продовольственные товары в Азербайджан.

  • “Qırmızı körpü”də YENİLİK

    “Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsinin tikintisi başa çatdırılıb və yaxın zamanda fəaliyyətə başlaması planlaşdırılır”.

    “Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə bildirib.

    O qeyd edib ki, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, agentlik ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemi formalaşdırıb, bu istiqamətdə aktual və məqsədyönlü tədbirlər həyata keçirməkdədir:

    “İdxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinə ciddi önəm veririk. Bu məqsədlə “Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsi fəaliyyətə başlayacaq. Eyni zamanda “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan-İran sərhədində, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağbənd qəsəbəsində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması nəzərdə tutulur. Yeri gəlmişkən, agentlik xarici ölkələrdə fəaliyyət göstərən və məhsullarını respublikamıza idxal etmək niyyətində olan qida obyektlərinin təsdiqi prosesini də davam etdirir. Bu vaxtadək 350-yə yaxın xarici qida müəssisəsi təsdiq olunub”.

  • Əmisi qızını öldürərək yandıran şəxs barədə Ali Məhkəmədən qərar

    Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Əfrayıl Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə cəza təyin olunmayıb. Hökmdə qeyd edilib ki, məhkum cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Şirvan Apellyasiya Məhkəməsi Əfrayıl Məmmədovun şikayətini təmin etməyib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, 5 iyul 2015-ci ildə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 8 fevral 2022-ci ildə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonu, Təklə kənd sakini Əfrayıl Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobillə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla onun boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla öldürüb. Daha sonra sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlədib, təxminən 25-30 gün sonra cəsədi gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb. O, cinayətini gizlətmək məqsədilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırıb, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb. Əfrayıl Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf edib, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilib, aşkar edilmiş insan sümük fraqmentlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrayıl Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Mahmud Mahmudov da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Onun cinayət işi ayrıca icraata ayrılıb.

    Xatırladaq ki, əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl 2021-ci ildə televiziya verilişlərindən birinin efirinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib. 2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə iki dəfə şillə vurduğunu bildirib:

    “Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloqramlıq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır”.

    Səidə Cəfərovanın anası isə həmin vaxt qızının hər gün yaşadıqlarını gündəliyə yazdığını, orada Əfrayıl tərəfindən, hətta təcavüzə məruz qaldığını qeyd etdiyini bildirib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Майские фьючерсы на марку WTI подорожали на 0,15% – до 86,72 доллара за баррель, июньские на Brent – на 0,32%, до 90,94 доллара за баррель.

    Источник: Bloomberg