Month: April 2024

  • Ali və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olundular

    Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar.

    “Report” xəbər verir ki, bu, Milli Məclisin bugünkü keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunublar.

    Həmçinin, Bakı,Gəncə, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediliblər.

    Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə şəhər Məhkəməsinin hakimi (sədrin müavini) Tural Qocayev, Hacıqabul Rayon Məhkəməsinin sədri Zaur Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudov, Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafa Mustafayev, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əli Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcəklər. Ədil Məmmədov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

    Göygöl Rayon Məhkəməsinin hakimi Əyyub Kərimov, Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayev, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar.

    Füzuli Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov, Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynov, Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənov, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri İlkin Abdullayev və Məhəmməd Bağırov vəzifələrindən azad ediliblər.

    Bundan əlavə, Müşfiq Həsənovun Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı namizədliyi Milli Məclisdə təsdiqlənib.

    Təqdimata əsasən, Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsinə bir nəfər namizəd göstərilib. Həmin namizəd Müşfiq Kamil oğlu Həsənovdur.

    Qərar layihəsi müzakirəyə çıxarılaraq səsvermədən sonra qəbul edilib.

  • “Formula-1”: “Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib”

    Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.

    8-ci dəfə keçiriləcək mərhələnin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır.

    Seçim mərhələsini uğurla başa vuran könüllülər yarışın keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərəcəklər. Əvvəlki illərin təcrübəsi nəzərə alınaraq, seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək. Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər.

    BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülər üçün təlimlərin təşkilinin nəzərdə tutulduğunu bildirib:

    “Hər il olduğu kimi, bu il də yarış öncəsi hazırlıqlarla yanaşı, könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına töhfə verməkdir”.

    Könüllülük proqramına qoşulmaq istəyənlər linkə keçid edərək, qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login

    Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda keçiriləcək.

  • Gəncədə 78 yaşlı kişi intihar edib

    Gəncədə intihar hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evdə qeydə alınıb.

    Orada yaşayan 1946-cı il təvəllüdlü Mübariz Teymurovun evinin həyətində özünü asaraq intihar etdiyi bildirilir. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İntiharın səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Создана рабочая группа по межпарламентским связям между Азербайджаном и Турецкой Республикой Северного Кипра

    Создана рабочая группа по межпарламентским связям между Азербайджаном и Турецкой Республикой Северного Кипра.

    Как сообщает Report, на сегодняшнем пленарном заседании парламента обсуждался проект постановления “Об избрании руководителей рабочих групп по межпарламентским связям Милли Меджлиса Азербайджанской Республики”.

    Руководителем рабочей группы избран депутат Джаваншир Фейзиев.

  • Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

    Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

    “Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi parlamentin bugünkü iclasında müzakirə edilib.

    İşçi qrupunun rəhbəri isə deputat Cavanşir Feyziyev seçilib.

  • В Азербайджане председатель суда освобожден от должности

    Председатель Гянджинского апелляционного суда освобожден от должности.

    Как сообщает Report, это отражено в законопроекте “О назначении судей Верховного суда Азербайджанской Республики”, который обсуждался на сегодняшнем заседании Милли Меджлиса.

    Согласно проекту, судьями Сумгайытского апелляционного суда назначены судьи Гянджинского апелляционного суда Мирбахеддин Гусейнов и Афиг Гусейнзаде.

    Отметим, что Мирбахеддин Гусейнов был председателем Гянджинского апелляционного суда.

    В то же время судья Сумгайытского административного суда Исмайыл Гулиев в связи со сменой должности был назначен судьей Сумгайытского апелляционного суда.

    Латифа Мамедова освобождена от должности судьи Сумгайытского апелляционного суда в связи со сменой должности.

  • Azərbaycanda məhkəmə sədri vəzifəsindən azad edildi

    Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

    “Report” xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

    Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apellyasiya Məhkəməsinin sədri olub.

    Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

    Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

  • Армянский военнослужащий подорвался на мине на условной границе с Азербайджаном

    Армянский военнослужащий подорвался на мине в Тавуше на условной границе с Азербайджаном.

    Об этом сообщили армянские СМИ.

    Отмечается, что инцидент произошел ночью.

    Он был доставлен в Иджеванский медицинский центр. По предварительной информации, солдату ампутировали обе ноги.

  • Erməni hərbçi Azərbaycanla şərti sərhəddə minaya düşüb

    Erməni hərbçi Tavuşda – Azərbaycanla şərti sərhəddə minaya düşüb.

    Bu barədə Ermənistan mediası xəbər verib.

    Bildirilir ki, hadisə gecə saatlarında baş verib.

    Partlayışdan sonra o, İcevan Tibb Mərkəzinə çatdırılıb. İlkin məlumata görə, onun hər iki ayağı amputasiya edilib.

  • İki dəfə narkotiklə bağlı ittiham olundu və hər dəfə bəraət aldı

    Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Tural Əzizovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Tural Əzizovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

    Qeyd edək ki, Tural Həsən oğlu Əzizov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.

    Tural Əzizov keçən ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində eyni maddə ilə bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Sonradan yenidən narkotiklə bağlı saxlanılıb.