Month: April 2024

  • Türkiyə kəşfiyyatı Suriyada antiterror əməliyyatı keçirib, qadın terrorçuların başçısı öldürülüb

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Ayn-əl-Arab şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “məsul şəxslərindən” biri Vahidə Atalay ölüb.

    Məlumata görə, o, “Sorhin Çele” kod adı altında İraq və Suriyada müxtəlif terror hücumlarını təşkil və idarə edib.

    Vahidə Atalay bundan başqa Suriyada YPG-nin qadın qolunda da əhəmiyyətli rola malik olub.

    O, 2006-cı ildən indiyədək Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror hücumlarında iştirak edib. Atalay 2006-2014-cü illərdə PKK terror qruplaşmasının tərkibində İraqda fəaliyyət göstərib. 2014-cü ildə Suriyaya keçərək Kamışlı, Ayn-əl-Arab və Rasulayn bölgələrində silahlı fəaliyyət həyata keçirib.

    2022-ci ildə Ayn-əl-Arabda YPJ-nin (qadınlardan ibarət terrorçu qruplaşma) rəhbərlərindən olub.

    Mənbə: TRT Haber

  • İki nəfərin ölümünə səbəb olan şəxsə yeddi il həbs cəzası verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

    Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Elçin, dostları Anar, Vüsal və Əli ilə birgə VAZ markalı avtomobillə yola çıxıb. Onlar yolda olarkən başları söhbətə qarışıb və maşın saatda 80-90 kilometr sürətlə hərəkətdə olarkən qarşıda dönmə manevri edən “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü 46 yaşlı İlkin Xası oğlu Əzizov və Elçinin sərnişini 40 yaşlı Əli Şamil oğlu Moqomov hadisə yerində ölüblər. Digər şəxslər isə xəsarət alıblar.

    Məhkəmənin hökmü ilə qəzaya səbəb olan sürücüyə yeddi il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan Elçin məhkəmə zalındaca həbs edilib.

  • Эрдоган утвердил соглашение об экономическом сотрудничестве между Азербайджаном, Турцией и Туркменистаном

    Президент Турции Реджеп Тайип Эрдоган подписал указ об утверждении межправительственного соглашения “О торгово-экономическом сотрудничестве между Азербайджаном, Турцией и Туркменистаном”.

    В соответствии с документом, три страны договорились о развитии долгосрочного сотрудничества в следующих областях: торговля товарами и услугами, энергетика, сельское хозяйство, продовольствие и животноводство, строительный сектор, включая производство машин, оборудования и материалов, машиностроение и производство транспортных средств, химическая и текстильная промышленности, транспорт и логистика, финансовый сектор и инвестиции.

    Источник: resmigazete.gov.tr

  • Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” sazişi təsdiqləyib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Sənədə əsasən, üç ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, qida və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və avtomobil istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiya.

    Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin inkişafı, kompüter, informasiya və kommunikasiya texnologiyaları, kosmik sektor və aerokosmik sənaye, eləcə də poçt xidmətləri sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını nəzərdə tutur.

    Mənbə: resmigazete.gov.tr

  • Гошгар Тахмазли: В Азербайджане приостановлена деятельность 4 рынков

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) провело проверки на 83 действующих в стране продовольственных рынках, по результатам мониторингов деятельность четырех из них была приостановлена.

    Как сообщает Report, об этом заявил журналистам председатель агентства Гошгар Тахмазли.

    По его словам, ситуация на продовольственных рынках Азербайджана не радужная.

    “Хотел бы напомнить всем хозяйствующим субъектам на рынках сбыта животных и продовольственных рынках, что их деятельность напрямую связана со здоровьем населения. Поэтому они должны соблюдать требования законодательства. В противном случае в отношении их будут предприняты административные или ограничительные меры”, – сказал он.

  • Azərbaycanda dörd ərzaq bazarının fəaliyyəti dayandırılıb

    “Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan dördü fəaliyyətini dayandırıb”.

    “Report” xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Azərbaycanda ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil:

    “Bir neçəsinə qarşı müvafiq sanksiyalar tətbiq edilib. Həmin ərzaq bazarlarının qarşısında qısa müddət ərzində həyata keçirilməli olan tədbirlər proqramı hazırlanıb və təqdim olunub.

    Fürsətdən istifadə edib istər heyvan satışı bazarlarında, istərsə də ərzaq bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq etmək istəyirik ki, onların fəaliyyət sahələri əhalinin bilavasitə sağlamlığına təsir edir. Bu sahədə qanunvericiliyin tələblərinə uyğun şəkildə işlərini qurmalıdırlar. Əks halda qanunda nəzərdə tutulmuş qaydada lazım olan tədbirlərin hamısı həyata keçiriləcək. Yəni onlara qarşı inzibati tədbirlər və ya məhdudlaşma tədbirləri həyata keçiriləcək”, – deyə Q.Təhməzli bildirilib.

  • Şəhid polkovnikin qızı: “Hədəfim ikinci imtahanda 400 bal toplamaqdır”

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

    İmtahanda yüksək nəticə göstərənlər arasında şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin də var. O, buraxılış imtahanından 282 bal toplayıb.

    Aysu Elzamin Modern.az-a açıqlamasında gələcək hədəfi barədə danışıb:

    “Növbəti imtahanda hədəfim maksimum – 400 bal toplamaqdır. Buna görə də ən yüksək səviyyədə hazırlaşıram. Atam məni həkim görmək istəyirdi. Həkim olmaq istəyimin yaranmasına da atam səbəb olmuşdu. Məni həkimə aparanda həkimdən qorxmuşdum. Onda atam mənə həkimlərə güvənə biləcəyimi demişdi. O gündən sonra məndə həkim olmaq istəyi yarandı.

    Atam məni “doktor qızım” deyib çağırırdı. Dərslərimlə hər zaman maraqlanırdı. Onun hər şeyi bilməsi məni çox heyran edirdi. Hər bir sualımı izah edirdi. Hər zaman onun kimi savadlı olmaq istəmişəm. Mən də bu qədər oxumaq həvəsini yaradan atam olub”.

    Aysu Elzamin Azərbaycan Tibb Universitetində təhsil almaq istədiyini vurğulayıb:

    “Beyin cərrahı olmaq istəyirəm. Daha sonra ali təhsilimi xaricdə – Almaniyada almaq istəyirəm. Dərslərimi bitirənə qədər əlavə məşğuliyyətlərə vaxt ayırmıram. Yüksək nəticə göstərməyimdə anam, müəllimlərim mənə dəstək olurlar, inanırlar. Ən böyük motivasiyanı da inam verir. İnsan çalışdıqda çox yaxşı nəticələr əldə edə bilir. Əziyyət çəkən bəhrəsini görür. Ümid edirəm ki, öz sahəsini çox yaxşı bilən beyin cərrahı olacağam”.

    Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunu olub. ABŞ-də, Almaniyada, Pakistanda, İraqda, Sloveniyada və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. Həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib.

    Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi olub. O, Murov yüksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlər göstərib.

    Polkovnik-leytenant E.Təhməzov 2020-ci il sentyabrın 29-da düşmənin minaatan mərmisinin yanına düşməsi nəticəsində şəhid olub.

    Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

    Qeyd edək ki, şəhidimizin iki qız övladı yadigar qalıb.

  • Bakı-Qazax yolunda qəza: Xəsarət alanlar var

    Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olan KIA markalı maşına çırpılıb.

    Nəticədə “Mercedes”in sürücüsü, Lerik sakini, 33 yaşlı İlkin Elsevən oğlu Suvarov və KIA-da olan qadın sərnişin xəsarət alıblar.

    KIA-nın sürücüsü, Bakı şəhər sakini, 48 yaşlı Yasin Əli oğlu Quliyev isə heç bir xəsarət almayıb.

    Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda bələdiyyələr birləşdiriləcək: Yekun qaydalar müəyyən edildi

    “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda təsdiqlənib.

    “Report” xəbər verir ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Dəyişikliklər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

    Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.

    Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

    Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

    – Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

    – Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

  • Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtomobillərlə bağlı AÇIQLAMA: “Taksi kimi istifadə oluna bilməz”

    Sumqayıt-Bakı və əks istiqamətdə qanunsuz sərnişin daşıyan avtobuslara qarşı mərkəzləşmiş qaydada tələblər qoyulsa da, bəzi sürücülər bu tələblərə riayət etmirlər. Belə ki, sürücülərin qeyri-müntəzəm sərnişindaşıma fəaliyyətlərini qanuniləşdirmələri üçün oktyabr ayının 1-dən qüvvəyə minən qaydalar var.

    Bəs qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin, eləcə də nəqliyyat vasitələrinin texniki parametrlərini taksi fəaliyyətində tətbiq edilən yeni proqram kimi tənzimləyəcək proqram hazırlana bilərmi?

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin tutumu doqquz yerdən çox olan həmin nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilməz.

    Həmin nəqliyyat vasitələri sifarişli sərnişindaşıma fəaliyyəti göstərir. Sürücülər fəaliyyətlərini qanuni şəkildə davam etdirmək məqsədilə sifarişli daşımalar üçün icazə almalıdırlar. Bunun üçün rüsum tələb olunmur. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi elektron qaydada müraciət edilməklə alınmalıdır.

    Bunun üçün AYNA informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. Bu sistemə daxil olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət etmək mümkündür. Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sisteminə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib.

    Bəs sərnişin tutumu doqquz yerdən az olan nəqliyyat vasitələri üçün bu qaydalar hansı formada tənzimlənir?

    AYNA-dan verilən məlumatda qeyd edilib ki, bu cür minik avtomobilləri taksi fəaliyyətinə dair tələblərə cavab verməlidir.